Rəsmi səhifə
NATO çərşənbə günü Rusiya tərəfinə özünün təhlükəsizlik təkliflərini təqdim edib.
"İnterfaks" bildirir ki, bu barədə təşkilatın Baş katibi Yens Stoltenberq məlumat verib.
“Bu gün NATO Rusiyaya yazılı təhlükəsizlik təkliflərini təqdim edib. Biz bunu Birləşmiş Ştatlarla paralel etmişik”, - o,dünən Brüsseldə jurnalistlərə bildirib.
Daha əvvəl xəbər verilirdi ki, ABŞ-ın Moskvadakı səfiri Con Sallivan Rusiyanın təhlükəsizlik təminatları ilə bağlı təkliflərinə Vaşinqtonun yazılı cavabını təqdim edib.
Stoltenberq Şimali Atlantika alyansının cavabının Ukraynanı və onun ətrafındakı vəziyyəti əhatə etdiyini bildirib və Rusiyanı gərginliyi azaltmağa çağırıb.
“Rusiya Ukrayna, Gürcüstan və Moldovada bu ölkələrin razılığı olmadan yerləşdirdiyi qüvvələri çıxarmalıdır”, - NATO Baş katibi söyləyib.
Stoltenberq Ukrayna sərhədi yaxınlığındakı rus və belarus qüvvələrinin yüksək döyüş hazırlığı vəziyyətində olduqlarını bildirib: “Gərginlik artır. Rusiya hərbi qüvvələrini artırır və biz təkcə Rusiya-Ukrayna sərhədində deyil, Belarusda da daha çox hərbçi görürük”
NATO Rusiyaya silahlara nəzarət üzrə danışıqlar aparmağı, alyansın Moskvada və Rusiyanın Brüsseldə nümayəndəliklərini bərpa etməyi təklif edir.
Eyni zamanda bildirilir ki, təşkilat özünün fudamental prinsiplərində güzəştə getməyəcək. “Həmin prinsiplərdən biri hər bir ölkənin öz yolunu seçmək hüququnun olmasıdır. NATO Ukraynanın alyansa üzv olmaq və ya məsələn, İsveç və Finlandiyanın üzv olmamaq istəklərinə hörmətlə yanaşır”, - Stoltenberq söyləyib.
Reuters
EPA/EFE
Putinlə Paşiyan görüşünün pərdə arxası – Rusiya nə istəyir?
Bakı gecələrində çörək pulu qazananlar - “Günə 8-10 manat da olsa, min şükür”
Vaginizmdən əziyyət çəkən qadın: “Elə bilirdim ağrıya dayana bilməyəcəm”
Azərbaycanda MİDA təcrübəsi: “Sanki adam döyüşdürürlər”
“Bu, onun sonuncu etirazı idi”