Dünya

Navalnının maliyyə dəstəkçisi olmuş biznesmen ABŞ-da ölüb

17 Avqust, 2022
113

Açıq mənbələrdən götürülüb

Moskvanın “Soho Rooms” klubunun yaradıcısı 53 yaşlı Den Rapoport ABŞ-da gözlənilmədən vəfat edib.

RBK xəbər verir ki, Rapoportun həyat yoldaşı Alena Rapoport ölümün səbəbini açıqlamayıb, amma araşdırmanın aparıldığını deyib. 

Alena Rapoport əlavə edib ki, ərinin intihar etməsiylə bağlı sosial mediada yayılan iddialar həqiqətə uyğun deyil.  

https://toplum.tv/dunya/sanksiyalarin-rusiya-kitab-bazarina-tesiri-medeni-muhit-deqredasiyaya-ugrayacaq

"Soho Rooms"-dan RBK-nın Rapoportun ölümü ilə bağlı xəbərlərini şərh edərkən, biznesmenin artıq onlarla heç bir əlaqəsinin olmadığını vurğulayıblar. 

Den Rapoport Latviyada, Riqada anadan olub. 1980-ci ildə onun ailəsi siyasi sığınacaq aldıqdan sonra ABŞ-a mühacirət edib. 1991-ci ildə Hyuston Universitetini bitirib. Məzun olduqdan qısa müddət sonra Rapoport Rusiyaya köçüb, burada investisiya bankiri olub. 2007-ci ildə Moskvada tərəfdaşlarıyla birgə "Soho Rooms" klubunu açıb. 2012-ci ildə Rusiyadakı etiraz aksiyalarından sonra ABŞ-a qayıdıb. İddialara görə, o, hazırda həbsdə olan tanınmış rusiyalı müxalif lider Aleksey Navalnıya maliyyə dəstəyi verdiyinə görə, Rusiya Federasiyasını tərk etməli olub.

2016-cı ildə iş adamı Kiyevə köçdüyünü elan edib. “Inventure” nəşri yazıb ki, ona məxsus “Rapoport Capital” öz maraqlarını təmsil etmək və Ukrayna aktivlərinə sərmayə yatırmaq üçün "US Asset Management"-dən (investisiyaların idarə edilməsi xidməti göstərir) mandat alıb .

2017-ci ilin yanvarında "Soho Rooms"un həmtəsisçilərindən olan Sergey Tkaçenko (Sergey Jeff) Moskvada intihar etmişdi.

Dünya

İran Məhsa Əmininin ölüm səbəbini açıqladı

7 Oktyabr 2022

Sosial Media

İran Ədliyyə Xidməti Məhsa Əmininin ölümünün beyin hipoksiyasına görə olduğunu müəyyən edib. Bu barədə "Reuters" xəbər yayıb.  Məhsa Əmininin tibbi ekspertizasında onun ölümünün "baş və həyati orqanlara vurulan zərbələrlə əlaqədar olmadığı" bildirilib. https://toplum.tv/dunya/xameneyi-irandaki-etirazlarin-arxasinda-abs-ve-sionistler-dayanir Məhkəmə-tibbi ekspertləri bildirib ki, Əmini 8 yaşında olarkən beyin əməliyyatı keçirib və ağır dərmanlar qəbul edib: “Mərhumun uşaqlıqda keçirdiyi xəstəlik və qəbul etdiyi ağır dərmanlar səbəbindən polis idarəsində huşunu itirib. Və bundan sonra onun orqanizminin vəziyyətə uyğunlaşmaq üçün lazımi qabiliyyəti olmayıb”. 22 yaşlı Əmininin İran əxlaq polisinin nəzarətində olarkən ölməsi ölkədə iki həftədən çox davam edən kütləvi etirazlara səbəb olub. Atası onun ayaqlarında qançırlar olduğunu və onun...
Dünya

Nobel Sülh Mükafatının qalibləri bəlli oldu 

7 Oktyabr 2022

Rəsmi səhifə

Rusiyanın “Memorial” hüquq müdafiə təşkilatı, belarus hüquq müdafiəçisi Ales Byalyatski və Ukraynanın “Mülki Azadlıqlar Mərkəzi” hüquq müdafiə təşkilatı Nobel Sülh Mükafatına layiq görülüblər.  Bu barədə oktyabrın 7-də Nobel Komitəsi məlumat yayıb.  Nobel Sülh Mükafatı 1901-ci ildən "sülhün möhkəmlənməsinə görkəmli töhfəsinə görə" verilir. 120 il ərzində 109 fiziki şəxsə və 25 təşkilat mükafata layiq görülüb. Laureatlar arasında ən gənc mükafatçı, 2014-cü ildə mükafatı alan 17 yaşlı pakistanlı hüquq müdafiəçisi Malala Yusufzai də daxil olmaqla 18 qadın var. Beynəlxalq Qızıl Xaç Komitəsi üç dəfə Nobel Sülh Mükafatına layiq görülüb. https://toplum.tv/dunya/putin-kadirova-general-polkovnik-rutbesi-verdi Nobel Sülh Mükafatının tarixi ərzində SSRİ və Rusiyanın üç vətəndaşı laureat olub:...

Seçilmiş Videolar

Toplum TV loqo