BBC
Rusiyanın İstintaq Komitəsi həbsdə olan müxalif siyasətçi Aleksey Navalnıya qarşı üçüncü cinayət işini qaldırıb. O, məhkəmə hakimi Vera Akimovanı təhqir etməkdə ittiham olunur.
Bu barədə A. Navalnı mayın 25-də özünün "İnstaqram" hesabında məlumat verib.
Siyasətçinin sözlərinə görə, bir neçə gün əvvəl o, həbsxanada İstintaq Komitəsinin nümayəndəsi tərəfindən cinayət işi barədə məlumatlandırılıb. Navalnı beləliklə, özünə qarşı üç cinayət işinin qaldırıldığını xatırladıb:
"Birincisi, təhqiqatçıların iddiasına görə, mən sizin Korrupsiyayla Mübarizə Fonduna göndərdiyiniz ianələri oğurlamışam. İkincisi, mənə qarşı çox ekzotik olan 239-cu maddə üzrə - "Vətəndaşların şəxsiyyətinə və hüquqlarına qəsd edən qeyri-kommersiya təşkilatının yaradılması" barədə cinayət işi qaldırılıb. Mənə qarşı qaldırılan üçüncü cinayət işi isə hakim Akimvanın təhqir olunmasıyla bağlıdır".
Bu ilin fevral ayında hakim Vera Akimova Navalnını İkinci Dünya müharibəsi veteranı İqnat Artemenkonun təhqir etməkdə təqsirkar bilmiş və onu 850 min rubl məbləğində cərimə ödəməyə məhkum etmişdi. Siyasətçi ona ünvanlanan bütün ittihamları rədd edir və onların qurama olduğunu bildirir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Yaxın Şərqdə müharibə: ABŞ atəşkəs başa çatdıqdan sonra İsrail üçün qırmızı xətlər çəkib
Açıq mənbələrdən götürülüb
Reuters
Ərəb-yəhudi qarşıdurmasının tarixi və səbəbləri
50 il əvvəlki neft embarqosu: ərəb ölkələri təkrar edə bilərmi?
Tarixçilər Ridli Skott-un "Napoleon" filmini niyə tənqid edirlər?
Vilayət Eyvazov "Abzas Media" işi ilə bağlı açıqlama verib
Korrupsiya ilə bağlı araşdırmalar hazırlayan Abzas Medianın direktoru nədə ittiham olundu?