Dünya

Nazarbayevin qızı gözə görünmür

12 Yanvar, 2022
97

Media-center.kg

Qazaxıstan parlamentinin deputatı Dariqa Nazarbayeva ictimai səhnədən yox olub. 

"İnterfaks" xəbər verir ki, sonuncu dəfə dekabrın 28-də gözə dəyən Nursultan Nazarbayevin ardınca qızı da gözdən itib.

Dariqa Nazarbayeva parlamentin toplantısına yenə gəlməyib. Parlament aparatından bildiriblər ki, deputat xəstədir. O, dalbadal ikinci gündür ki, iclaslarda iştirak etmir.

Daha əvvəl yayılan xəbərlərdə Dariqanın atası və ailəsi ilə birlikdə Qazaxıstanı tərk etdiyi deyilirdi. Nazarbayevlərin hara getdiyi barədə isə məlumat verilmirdi. Amma birinci prezidentin mətbuat katibi Aydos Ukibay onların ölkəni tərk etməsi barədə xəbəri təkzib edib

Dariqa Nursultan Nazarbayevin böyük qızıdır. O, atasının prezidentliyi dövründə Qazaxıstanda ciddi siyasi fiqura çevrilib – dövlət KİV-nə rəhbərlik edib. Hakim “Nur Otan” partiyasının rəhbərliyində təmsil olunurdu, bir neçə il Senatın sədri olub. Bundan əlavə, Nazarbayeva Qazaxıstanın ən varlı qadınlarından biri sayılır.

Dünya

Qırğızıstan-Tacikistan sərhədində toqquşma: həlak olanlar var

28 Yanvar 2022

TASS

Qırğızıstan və Tacikistan sərhədində baş verən konfliktdə ölənlərin sayı iki nəfərə çatıb. Bu haqda “Sputnik Tacikistan” məlumat yayıb. Tacikistanın Sərhəd qoşunlarının mətbuat xidməti bildirib ki, insanları sərhədyanı kənddən çıxarmağa çalışarkən təcili yardım maşınının 62 yaşlı sürücüsü Əbdüllətif Şaripov qırğız tərəfdən açılan minaatan zərbəsi nəticəsində həlak olub. Qırğızıstan tərəfindən atılan mərminin həyətində partlaması nəticəsində 1986-cı il təvəllüdlü bir sakinin həlak olması daha əvvəl xəbər verilirdi. Mətbuat xidmətindən bildiriblər ki, konflikt nəticəsində Tacikistan tərəfdə altı hərbçi və dörd mülki şəxs yaralanıb. Qırğızıstan tərəfdə isə 11 hərbçinin yaralandığı bildirilir. İki respublikanın sərhədində atışma dünən başlayıb. Tərəflər münaqişənin başlamasında bir birlərini günahlandırıblar. Daha sonra...
Dünya

NATO Rusiyaya yazılı təhlükəsizlik təkliflərini verdi

27 Yanvar 2022

Rəsmi səhifə

NATO çərşənbə günü Rusiya tərəfinə özünün təhlükəsizlik təkliflərini təqdim edib.  "İnterfaks" bildirir ki, bu barədə təşkilatın Baş katibi Yens Stoltenberq məlumat verib. “Bu gün NATO Rusiyaya yazılı təhlükəsizlik təkliflərini təqdim edib. Biz bunu Birləşmiş Ştatlarla paralel etmişik”, - o,dünən  Brüsseldə jurnalistlərə bildirib. Daha əvvəl xəbər verilirdi ki, ABŞ-ın Moskvadakı səfiri Con Sallivan Rusiyanın təhlükəsizlik təminatları ilə bağlı təkliflərinə Vaşinqtonun yazılı cavabını təqdim edib. Stoltenberq Şimali Atlantika alyansının cavabının Ukraynanı və onun ətrafındakı vəziyyəti əhatə etdiyini bildirib və Rusiyanı gərginliyi azaltmağa çağırıb.  “Rusiya Ukrayna, Gürcüstan və Moldovada bu ölkələrin razılığı olmadan yerləşdirdiyi qüvvələri çıxarmalıdır”, - NATO Baş katibi söyləyib. Stoltenberq Ukrayna...
Seçilmiş Videolar