Dünya

Nazarbayevin qızı yeri bilinməsin deyə sosial şəbəkə hesablarını silib

14 Yanvar, 2022
111

Açıq mənbələrdən götürülüb

Qazaxıstanın keçmiş prezidenti Nursultan Nazarbayevin qızı Aliyə sosial şəbəkə hesablarını qəfildən ləğv edib. 

"Znak" xəbər verir ki, hadisə "İnstaqram"-ın Aliyənin BƏƏ-də olduğunu müəyyənləşdirəndən sonra baş verib. 

Aliyə öz ailə üzvləri arasında Qazaxıstandakı etirazları şərh edən birinci adam idi. Bu zaman istifadəçilər fikir veriblər ki, "İnstaqram" avtomatik olaraq onun geolokasiyasını BƏƏ kimi göstərib. Nazarbayevanın "Meta" kompaniyasının sosial şəbəkələrindəki akkauntları verifikasiyadan keçmişdi  Bu isə o deməkdir ki, həqiqətən də ona məxsusdur. 

“The Sunday Telegraph” qəzeti daha əvvəl xəbər verirdi ki, Aliyə Nazarbayeva hələ 2006-cı ildə ölkədən 300 milyon dollar çıxararaq Londonda, Dubayda daşınmaz əmlak və şəxsi təyyarə alıb. Bu barədə faktlar Aliyə və onun maliyyə müşavirləri arasında narazılıq yaranandan sonra ortaya çıxıb.

Qazaxıstanda vəziyyət yanvarın 2-də, maye qazın qiymətinin iki dəfə  artırılmasına qarşı ölkənin qərbində yerləşən Mangistau vilayətində etirazlarla gərginləşib. Sonrakı günlərdə etirazlar bütün ölkəni bürüyüb və siyasi tələbləri də əhatə edib. Yanvarın 4-5-də Almatıda etirazçılarla güc strukturları arasında toqquşmalar baş verib. Ölənlər və xəsarət alanlar var. Etirazlar hökumətin istefası və Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayevin siyasətdən getməsi ilə nəticələnib.

Nazarbayevlərin ölkədə getmələri barədə informasiya yayılsa da, onların harada olduqları hələ məlum deyil.

Dünya

Qırğızıstan-Tacikistan sərhədində toqquşma: həlak olanlar var

28 Yanvar 2022

TASS

Qırğızıstan və Tacikistan sərhədində baş verən konfliktdə ölənlərin sayı iki nəfərə çatıb. Bu haqda “Sputnik Tacikistan” məlumat yayıb. Tacikistanın Sərhəd qoşunlarının mətbuat xidməti bildirib ki, insanları sərhədyanı kənddən çıxarmağa çalışarkən təcili yardım maşınının 62 yaşlı sürücüsü Əbdüllətif Şaripov qırğız tərəfdən açılan minaatan zərbəsi nəticəsində həlak olub. Qırğızıstan tərəfindən atılan mərminin həyətində partlaması nəticəsində 1986-cı il təvəllüdlü bir sakinin həlak olması daha əvvəl xəbər verilirdi. Mətbuat xidmətindən bildiriblər ki, konflikt nəticəsində Tacikistan tərəfdə altı hərbçi və dörd mülki şəxs yaralanıb. Qırğızıstan tərəfdə isə 11 hərbçinin yaralandığı bildirilir. İki respublikanın sərhədində atışma dünən başlayıb. Tərəflər münaqişənin başlamasında bir birlərini günahlandırıblar. Daha sonra...
Dünya

NATO Rusiyaya yazılı təhlükəsizlik təkliflərini verdi

27 Yanvar 2022

Rəsmi səhifə

NATO çərşənbə günü Rusiya tərəfinə özünün təhlükəsizlik təkliflərini təqdim edib.  "İnterfaks" bildirir ki, bu barədə təşkilatın Baş katibi Yens Stoltenberq məlumat verib. “Bu gün NATO Rusiyaya yazılı təhlükəsizlik təkliflərini təqdim edib. Biz bunu Birləşmiş Ştatlarla paralel etmişik”, - o,dünən  Brüsseldə jurnalistlərə bildirib. Daha əvvəl xəbər verilirdi ki, ABŞ-ın Moskvadakı səfiri Con Sallivan Rusiyanın təhlükəsizlik təminatları ilə bağlı təkliflərinə Vaşinqtonun yazılı cavabını təqdim edib. Stoltenberq Şimali Atlantika alyansının cavabının Ukraynanı və onun ətrafındakı vəziyyəti əhatə etdiyini bildirib və Rusiyanı gərginliyi azaltmağa çağırıb.  “Rusiya Ukrayna, Gürcüstan və Moldovada bu ölkələrin razılığı olmadan yerləşdirdiyi qüvvələri çıxarmalıdır”, - NATO Baş katibi söyləyib. Stoltenberq Ukrayna...
Seçilmiş Videolar