Dünya
Neft bazarında lider ölkə dəyişə bilər
23 Noyabr, 2020
Baxış: 150
Neft bazarında liderin dəyişəcəyi gözlənilir. 

 
Beynəlxalq Enerji Agentliyinin proqnozuna əsasən, 2021-ci ildə ABŞ qlobal neft emalı bazarındakı liderliyini Çinə təhvil verə bilər ("Bloomberg", 23 noyabr).

Hazırda ABŞ-ın neftayırma zavodları bağlanır. Çində isə bunun əksinə, dörd yeni müəssisə tikilir. Onların gündə ümumən 1,2 milyon barel neft emal edə biləcəyi gözlənilir. Təkcə bu dörd zavod ümumən İngiltərənin neftayırma zavodları gücündə olacaq. 

Çində neft emalının artması, Hindistan və Yaxın Şərqdə neftayırma zavodlarının inşası da qlobal enerji sisteminə təsir göstərir. Çin müəssisələri indi beynəlxalq yanacaq bazarlarında güc əldə edirlər. Eyni zamanda, qeyd edildiyi kimi, bu, yalnız ABŞ üçün deyil, digər Asiya ölkələri üçün də təhlükədir. Araşdırma şirkəti "Wood Machenzie" neft emalı gücünün yarısından çoxunun bu bölgədə inşa ediləcəyini və plastik yönümlü olacağını qeyd edib. 

Bununla belə, koronavirus pandemiyası qlobal yanacağa tələbatı azaldıb, nəticədə bu, neft hasilatına və onun emalına da təsir göstərir. Beləcə, rekord səviyyədə 1,7 milyon barrel ixtisar baş verib. Bundan başqa, nefti kimin və necə istehlak etməsi sahəsindəki dəyişikliklər də böhranı sürətləndirib. Çində və digər Asiya ölkələrində plastikə və yağa tələbat artır. Alternativ enerji mənbələrinə keçid səbəbindən neftə olan tələbatın uzunmüddətli perspektivləri də pisləşir. Çin, Hindistan və Yaxın Şərq iqtisadiyyatının böyüməsinə baxmayaraq, pandemiyanın vurduğu ziyanı bərpa etməyin illər çəkə biləcəyi qeyd olunub. 
 
Dünya

Cavad Zərif: "Azərbaycanın torpaqlarını geri qaytarmasına görə şadıq"

25 Yanvar 2021

Sosial media

İranın xarici işlər naziri Cavad Zərif dünən gecə Bakıya səfərə çıxmazdan əvvəl Tehran hava limanında jurnalistlərin suallarını cavablandırıb. TRT-nin yanvarın 25-də verdiyi xəbərə görə, nazir Azərbaycan Respublikasına səfəri çərçivəsində regional əməkdaşlıq məsələlərinin müzakirə ediləcəyini deyib. “Qardaş ölkə Azərbaycanın torpaqlarını geri qaytarmasına görə şadıq. Bu gün Azərbaycan torpaqları Azərbaycan xalqının əlindədir. Xalqın azad edilən bölgələrdə tezliklə evlərinə qayıtmaları üçün yardım etmək istəyirik”, - deyə Cavad Zərif bildirib. Nazir deyib ki, Bakıya səfər çərçivəsində azərbaycanlı tərəfdaşlarla Qarabağda sabitlik, sülh və bölgənin yenidən qurulması ətrafında diskusiyalar aparılacaq. Danışıqlarda tranzit yükdaşımaları və Cənub-Şimal nəqliyyat dəhlizi ilə bağlı məsələlər də gündəmdə olacaq.  
Dünya

Koronavirus statistikası: Gürcüstan və Ermənistan

25 Yanvar 2021

abc.az

Gürcüstanda son sutkada koronavirusa 298 yeni yoluxma halı qeydə alınıb, 1 311 nəfər müalicə olunaraq sağalıb, 16 pasiyent isə vəfat edib. Bu barədə yanvarın 25-də ölkənin Xəstəliklərə Nəzarət və İctimai Sağlamlıq Milli Mərkəzindən bildirilib. Məlumata görə, ölkədə pandemiya başlayandan indiyədək COVID-19-a 253 816 nəfərin yoluxduğu müəyyən edilib. Onların 243 396-sı sağalıb, 3 071-i isə ölüb. Aktiv koronavirus xəstələrinin sayı 7 323 nəfərdir. Ermənistanda isə son sutkada 54 nəfərin COVID-19-a yoluxduğu qeydə alınıb. Bu barədə məlumatı yanvarın 25-də ölkənin Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Milli Mərkəzi yayıb. Bununla da Ermənistanda virusa yoluxanların sayı 166 094-ə çatıb. Ölkədə pandemiyadan ölənlərin...
Seçilmiş Videolar