Açıq mənbələrdən götürülüb
ABŞ kəşfiyyatı Rusiya Prezidenti Vladimir Putinin irəliləmiş onkoloji xəstəlikdən apreldə müalicə kursu alması barədə hesabat hazırlayıb.
Bu haqda sənədin məzmunu ilə tanış olan üç mənbəyə istinadən “Newsweek” xəbər verir.
Hesabatda həmçinin deyilir ki, mart ayında Rusiya Prezidentinə sui-qəsd cəhdi olub (bunu Ukrayna kəşfiyyatı da xəbər verirdi).
“Newsweek” yazır ki, bu, Vladimir Putinin səhhəti barədə Ağ Ev üçün hazırlanan dördüncü hesabatdır (hansı müddət ərzində, deyilmir). İki həftə əvvəl hazırlanan sənəd onu “ölümcül xəstə” kimi təsvir edirdi. Yeni hesabata görə, Putinin səhhətində müsbət dəyişikliklər baş verib.
Məqalədə bildirilir ki, hesabat müəllifləri həm də Rusiya prezidentinin foto və videogörüntülərini təhlil ediblər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Açıq mənbələrdən götürülüb