Dünya

Niderlandda sərt karantinə qarşı etirazlar: onlarla adam saxlanılıb

26 Yanvar, 2021
326

DW

Niderland polisi sərt karantin əleyhinə keçirilən etiraz aksiyaları zamanı 150-dən çox nümayişçini saxlayıb. 

Bu barədə yanvarın 26-da NOS televiziya kanalı məlumat verib. 

Məlumata görə, etiraz aksiayları ölkə miqyasında çox sayda şəhəri əhatə edib. İğtişaşlar zamanı ən azı 151 nəfər saxlanılıb. Həbslərin 1/3-i etirazçılarla polislər arasında toqquşmaların baş verdiyi Rotterdam şəhərinin payına düşüb. Burada etirazçılar polisə daş və petarda atıblar. 

Hadisələr Haarlem, Haaqa, Helmond və Zvolle şəhərlərində də eyni ssenari üzrə cərəyan edib. Hertogenbosda etirazçılar mağazaları qarət ediblər və bir avtomobili yandırıblar. Amsterdamda nümayişçilər polis maşının aşırmağa cəhd göstəriblər. Polis nümayişçiləri dağıtmaq üçün su şırnaqlarından və gözyaşardıcı qazdan istifadə edib. 

Hökumətin komendant saatı tətbiq etməsinə görə başlayan etirazlar iki gündür ki, davam edir. Baş nazir Mark Rütte etiraz aksiyalarını “cinayətkar zorakılıq” adlandıraraq qınayıb. 

Niderlandda dekabrın ortalarından tətbiq olunan sərt karantinin müddəti bir qədər əvvəl fevralın 9-na qədər uzadılıb. Karantin çərçivəsində Zanbaqlar Ölkəsində demək olar ki, bütün mağazalar, restoranlar və kafelər, muzey və kinoteatrlar, parklar və idman zalları bağlıdır, bütün təhsil müəssisələri distant fəaliyyət göstərir.  Bundan əlavə, ölkədə İkinci Dünya Müharibəsindən sonra ilk dəfə komendant saatı tətbiq olunub. Vətəndaşların saat 21.00-dan 04.30-a kimi evlərini tərk etmələri qadağan edilib. Polis komendant saatının pozulmasına görə artıq beş mindən çox cərimə tətbiq edib.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa Prezidenti Emmanuel Makron Avropa dövlət başçılarına Ukrayna məsələsində qorxaqlıq etməmək barədə çağırış edib.  Toplum TV xəbər verir ki, Makron bu barədə Çexiyaya səfəri zamanı Praqada həmvətənləri qarşısında çıxış edərkən bildirib.  "Avropada qorxaqlıq etməməyin vacib olduğu bir məqama yaxınlaşırıq. Bizi gözləyən dramlardan danışmaq həmişə çətindir. Amma düşünürəm ki, Fransa da, Çexiya da baş verənləri anlayır. Müharibə torpaqlarımıza gəlib çatıb, dayandırılması qeyri-mümkün olan qüvvələr bizə qarşı hücum təhlükəsini genişləndirməkdə davam edir", - deyə o bildirib.  https://toplum.tv/dunya/pputin-qerbi-hedeleyib-facievi-neticeleri-olacaqp Xatırladaq ki, Fransa Prezidenti fevralın 26-da Parisdə Ukraynaya dəstək üçün keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini bildirmişdi: "Bu gün quru...
Dünya

Fransa abort hüququnu konstitusiyaya salan ilk ölkə olub

5 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa qadınların abort hüququnu öz Konstitusiyasına salan ilk ölkə olub.  Toplum TV xəbər verir ki, qərar, lideri olduğu "Renessans" partiyası ilə birlikdə düzəlişlərin müəllifi olan Prezident Emmanuel Makron tərəfindən hərarətlə qarşılanıb. Fransa Parlamentinin sədri Yael Braun-Pive bildirib ki, 780 deputat təşəbbüsün lehinə, 72-si isə əleyhinə səs verib. https://toplum.tv/dunya/pquotpolitikoquot-fransa-nato-ya-qosunlarin-ukraynaya-goumlnderilmesini-teklif-edibp "Reuters" xəbərinə görə, parlamentin iclasında spikerin açıqlaması alqışlarla qarşılanıb. Dəyişiklik Konstitusiyanın 34-cü maddəsinə əlavə ediləcək. 

Seçilmiş Videolar

Toplum TV loqo