Dünya

Nika Meliya: "Mənim həbsim “Gürcü Arzusu” iqtidarının sonu olacaq"

23 Fevral, 2021
62

Agenda.ge

Gürcüstanın ən böyük müxalifət partiyasının lideri Nika Meliya bildirib ki, onun saxlanılması üçün aparılan xüsusi əməliyyat milyarder Bidzina İvanişvili tərəfindən yaradılan “Gürcü Arzusu – Demokratik Gürcüstan” Partiyası hakimiyyətinin sonu olacaq. 

Bu barədə fevralın 23-də "Sputnik Gürcüstan" xəbər verib.

Bu gün səhər tezdən “Vahid Milli Hərəkat” partiyasının mərkəzi ofisinin yaxınlığına Gürcüstan DİN-in çevik qüvvələrinin yüzlərlə əməkdaşı cəlb olunub. Nika Meliya həbs olunmazdan əvvəl açıqlama verib:

“Bu, böyük qələbənin başlanğıcıdır. Bizim üçün bu şərəfli mübarizədir. Rejimlər belə tükənirlər. Onlar vətəndaşlara qarşı xüsusi təyinatlılardan istifadə etməklə hakimiyyəti qorumağı bacarmayacaqlar. Biz getdikcə çoxalacağıq”, - Meliya söyləyib.

Nika Meliyanın adı 2019-cu il iyunun 20-də kütləvi iğtişaşların təşkili üzrə cinayət işində keçir. Prokurorluq istintaq zamanı onun haqqında həbs qəti-imkan tədbirinin seçilməsini tələb edib və bu ilin fevralın 17-də məhkəmə tələbi təmin edib.

Müxalif siyasətçi isə mövcud hakimiyyətin onu siyasi proseslərdən təcrid etməyə çalışdığını söyləyib.

Bu gün paytaxt Tbilisi şəhərində Daxili İşlər Nazirliyinin xüsusi təyinatlı polis dəstələri müxalif “Vahid Milli Hərəkat” partiyasının baş ofisində əməliyyat keçirib.

Səhər saatlarından binanın ətrafına çox sayda polis və xüsusi texnika yeridilib. Müxalif partiyanın sədri Nika Meliyanın dinc şəkildə təslim olması üçün yarım saat vaxt verilib. Ardınca isə polis baş ofisə daxil olaraq, partiya sədrini həbs edib. Polisin əməliyyat zamanı bibər qazı spreyindən istifadə etdiyi, ümumən 20-dən çox müxalifi saxladığı bildirilir.

Dünya

Ermənistan prezidenti Paşinyanın fərmanını yerinə yetirməkdən imtina etdi

2 Mart 2021

Radio Azatutyun

Ermənistan prezidenti Armen Sarkisyan Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanın istefası ilə bağlı baş nazir Nikol Paşinyanın fərmanını ikinci dəfə imzalamaqdan imtina edib. "Sputnik Ermənistan"ın martın 2-də verdiyi xəbərə görə, bu barədə prezidentin mətbuat xidmətinin məlumatında deyilir. Prezidentin mətbuat xidmətinin məlumatında deyilir ki, Sarkisyan məsələ ilə əlaqədar olaraq Konstitusiya Məhkəməsinə müraciət etmək qərarına gəlib. Prezident Sarkisyanın Konstitusiya Məhkəməsinə müraciəti Baş Qərargah rəisi Onik Qasparyanın vəzifədən azad edilməsi ilə bağlı deyil, Konstitusiya Məhkəməsi vəsatətə və baş nazirin bu vəsatəti göndərməsini mümkün edən qanunvericilik dəyişikliklərinə baxacaq. Düzəliş uyğun sayılarsa, qanuna görə, Paşinyanın fərmanı avtomatik olaraq qüvvəyə minəcək.
Dünya

Gürcüstana koronavirus qarşı vaksinin çatdırılması təxirə salınıb

2 Mart 2021

Pfizer

Gürcüstana COVAX platforması vasitəsilə koronavirusa qarşı peyvəndin çatdırılması daha 2-3 həftə gecikəcək.  "Sputnik Gürcüstan"ın martın 2-də verdiyi xəbərə görə, bunu ölkənin səhiyyə nazirinin müavini Tamar Qabuniya mətbuat konfransında deyib. Rəsmi bildirib ki, Gürcüstan, Ukrayna, Moldova və Bosniya və Hersoqovina “Pfizer” vaksinini fevral ayının sonunadək əldə etməli idi, amma çatdırılma təxirə salınıb.  "Biz COVAX-la əməkdaşlığı davam etdiririk və ləngimənin ən qısa vaxtda aradan qaldırılacağını gözləyirik", - Tamar Qabuniya qeyd edib.  Məlumata görə, Gürcstan COVAX təsisatına 575 min ABŞ dolları köçürüb. Vaksin Gürcüstana çatdırılan kimi peyvəndləməyə başalanacağı bildirilib. 
Seçilmiş Videolar