Dünya

Nikol Paşinyan: "Azərbaycan Ermənistanı blokadada saxlamaq niyyətindədir"

15 İyul, 2021
342

PBS

Azərbaycanın mövqeyi göstərir ki, onlar regional kommunikasiyaları açmaq istəmirlər və Ermənistanı blokadada saxlamaq niyyətindədirlər.

"Sputnik Ermənistan"ın iyulun 15-də verdiyi məlumata görə, bunu hökumətin iclasında Ermənistanın baş naziri səlahiyyətlərini yerinə yetirən Nikol Paşinyan deyib. 

"Azərbaycanın mövqeyini anlmaq çətin deyil, o dəyişməyib: sülhpərvər bəyanatlara baxmayaraq, regiondakı sülh proseslərini pozmaq üçün hər şeyi edirlər və edəcəklər, bununla yanaşı, onlar bu fikri yayırlar ki, guya Ermənistan və Artsax (qondarma DQR - red.) sülhə və sərhədlərin müəyyən olunmasına qarşıdır", - deyə Paşinyan bildirib. 

Baş nazir əvəzi vurğulayıb ki, Azərbaycanın əsl məqsədi Ermənistanın blokadasını davam etdirməkdir.

"Baş verənlərlə bağlı mənim fikrim birmənalıdır: Azərbaycanın məlum bəyanatları (İlham Əliyevin Zəngəzurla bağlı bəyanatları - red.) üçtərəfli qrupun işini pozmaq və kommunikasiyaların açılmasına imkan verməmək üçün irəli sürür. Onların əsl məqsədi Ermənistanın blokadasını davam etdirməkdir. Ancaq biz bu blokadanı yarmaq və əlaqələrin açılmasına nail olmaq üçün üçtərəfli qrupdakı, həmçinin rusiyalı və beynəlxalq partnyorlarla işimizi davam etdirəcəyik", - deyə Paşinyan qeyd edib.  
 

Dünya

ABŞ, Avstraliya, Yaponiya və Hindistan yeni ittifaq yaradıb

25 Sentyabr 2021

Rəsmi səhifə

ABŞ, Avstraliya, Yaponiya və Hindistan “Dördlük” (“Quad”) yaradılması barədə razılıq əldə edib. “Report” “Haberturk”ə istinadən xəbər verir ki, bu barədə Avstraliyanın Baş naziri Skot Morrison bildirib. Onun sözlərinə görə, ABŞ Prezidenti Cozef Bayden, Hindistanın Baş naziri Narendra Modi, Yaponiyanın Baş naziri Suğa Yosihide və özü arasında Hind-Sakit okeanı bölgəsində “Çini sabitləşdirmək üçün” “Dördlük” (“Quad”) adlı formatı qəbul edənlərin Vaşinqtonda ilk görüşü keçirilib: “Dördlük” Çin, yaxud hər hansı bir ölkə üçün ortaqlıqdır. Bu, Hind-Sakit okean regionundakı xalqların rifahını yüksəltmək üçün müsbət təşəbbüsdür”. Ağ Evin Şərq Otağında bir araya gələn 4 lider koronavirusa qarşı mübarizə, yeni texnologiyalar, regional infrastruktur, təmiz enerji, iqlim dəyişikliyi, habelə regional...
Dünya

Tramp seçici bəyənməsinə görə Baydeni üstələyib

24 Sentyabr 2021

Açıq mənbələrdən götürülüb

ABŞ-ın keçmiş Prezidenti Donald Tramp sentyabrın nəticələrinə əsasən indiki Prezident Co Baydeni seçicilərin bəyənməsində qabaqlayır.  Bu barədə "The Hill" nəşri Harvard Mərkəzinin sorğu nəticələrinə istinadən xəbər verir. Sorğu nəticələrinə görə, Birləşmiş Ştatların keçmiş prezidentini seçicilərin 48 faizi, indikini isə 46 faizi dəstəkləyir. Respondentlərin 51 faizi Trampın Baydendən yaxşı prezident olduğunu düşünürlər.  "The Hill" qeyd edir ki, indiki prezidentin reytinqi koronavirus yoluxmalarının artması və Amerika qoşunlarının Əfqanıstandan çıxarılması fonunda azalır. İyulda Baydenin reytinqi 52% təşkil edirdi, bu da bir ay əvvəl ilə müqayisədə 10% az idi. Əfqanıstanda “Taliban”ın hakimiyyətə gəlməsi ilə Baydenin reytinqi 46 faizə düşüb.  Avqustun 13-də keçirilən analoji sorğuda...
Seçilmiş Videolar