Dünya

Nikol Paşinyan: "Ermənitanda hüquq və qanun diktaturası quracağıq"

21 İyun, 2021
261

Sosial Media

Ermənistdanda keçirilən növbədənkənar parlament seçkilərində ən çox səs toplayan (53,92%) Vətəndaş Müqaviləsi Partiyasının lideri Nikol Paşinyan seçkilərdəki qalibiyyətin ictimai və milli konsolidasiyanı bərpa edəcəyini bəyan edib.

"Sputnik Ermənistan"ın iyunun 21-də verdiyi xəbərə görə, Paşinyan bu barədə partiyasının qərargahındakı çıxışı zamanı bəyan edib. 

"Ermənistan xalqı öz qərarını verdi və bəyan etdi, bunun məğzi ortadadır. O hələ seçki öncəsi təşviqat dövründə formalaşmışdı. Gözlənilən baş verdi. Bu seçkilərdə vətəndaşların qaçılmaz qələbəsi gözlənilirdi", - deyə Paşinyan qeyd edib. 

O bildirib ki, partiyası təkbaşına hökumət quracaq, amma ölkənin qarşısında duran problemləri həll etmək üçün sağlam qüvvələrlə də əməkdaşlıq etməyə hazırdırlar: "Xalq mənə idarəçilik üçün mandat verdi. Amma biz mandatı müzakirə etmək və həyata keçirmək üçün bütün sağlam ictimai resursları cəlb edəcəyik". 

Paşinyan çıxışı zamanı ölkədə hüquq və qanunçuluq diktaturasının qurulacağını vurğulayıb. 
 

Dünya

“Neftçi” və “Qarabağ” avrokuboklarda nə qədər pul qazanıb?

17 Sentyabr 2021

Açıq mənbələrdən götürülüb

“Neftçi” və “Qarabağ”a cari mövsüm avrokuboklarda iştirakları qarşılığında UEFA-dan 5 milyon avrodan çox maliyyə vəsaiti ayrılıb. AFFA-nın rəsmi saytının məlumatına görə, vəsait milli assosiasiyanın vasitəçiliyi ilə hər iki klubun hesabına köçürülüb. “Neftçi” UEFA Çempionlar Liqasındakı çıxışı səbəbindən 1 210 000 avro, “Qarabağ” isə Konfrans Liqasındakı oyunlarına görə 3 000 000 avro qazanıb. Ağdam təmsilçisi həmçinin əmsallar cədvəlinə görə 934 500 avro əldə edib.
Dünya

Şahmat üzrə dünya çempionu seriala görə “Neftlix”-i məhkəməyə verib

17 Sentyabr 2021

Agenda.ge

Əfsanəvi şahmatçı Nona Qaprindaşvili “Neftlix”i təhqirdə ittiham edir və 5 milyon dollar məbləğində kompensasiya tələb edir.  Bu barədə "The New Times" nəşrinin verdiyi xəbərdə bildirilir.  Məsələ “Vəzir qambiti” mini-serialı haqqındadır. İddiaya görə, serialda Nona Qaprindaşvilinin nailiyyətləri barədə doğru olmayan informasiya səslənib. Epizodların birində deyilir ki, Qaprindaşvili heç zaman kişi şahmatçılarla görüşməyib, bu isə yalandır. İddiada qeyd olunur ki, “Vəzir qambiti”nin həmin epizodunda 1968-ci ilin hadisələri işıqlandırılır, həmin vaxta qədər isə Qaprindaşvili əllidən artıq kişi şahmatçı ilə yarışmışdı.  Qeyd olunur ki, “Neftlix” Nona Qaprindaşvilini Rusiya şahmatçısı kimi təqdim etməklə bir az da təhqir edib. “Neftlix”ə qarşı iddiada Qaprindaşvilini bir qrup Amerika...
Seçilmiş Videolar