Dünya

Nikol Paşinyan "İsgəndər" raketiylə bağlı dediklərini təkzib etdi

1 Mart, 2021
125

Sputnik.az

Ermənistanın baş naziri Nikol Paşinyan Rusiyanın “İsgəndər” operativ-taktiki raketlərinin effektivliyi ilə bağlı səhv məlumatlandırılıb.

"RİA Novosti"nin martın 1-də verdiyi xəbərə görə, bu barədə baş nazirin mətbuat katibi Mane Gevorkyan mətbuata açıqlamasında deyib. 

Gevorkyan bildirib ki, Paşinyanın “İsgəndər” raketlərinin yararsız olduğu, yaxud “10 faiz partladığı” barədə dedikləri “onun səhv məlumatlandırılmasından” irəli gəlib.

Mətbuat katibinin sözlərinə görə, “İsgəndər”in keyfiyyətinin Rusiya ilə Ermənistan arasındakı hərbi-texniki əməkdaşlıqla heç bir əlaqəsi yoxdur. 
Baş nazirin “İsgəndər” raketi ilə bağlı əvvəlki fikirlərini təkzib etməsinə Kreml da müsbət reaksiya verib. Rusiya prezidentinin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov açıqlama verib: "Məsələdə həqiqətin bərpa olunması çox vacibdir". 

Rusiya Müdafiə Nazirliyi ötən həftə “İsgəndər” raketindən Qarabağ müharibəsində tətbiq edildiyini təkzib etmiş və Nikol Paşinyanın dediklərinin “təəcüb və anlaşılmazlıq” doğurduğunu bəyan etmişdi. 

Bildirilib ki, Rusiya prezidenti Vladimir Putin də ötən həftə Ermənistan baş naziri Nikol Paşinyanla telefon danışığı zamanı ondan "İsgəndər" operativ-taktiki raket komplekslərinin II Qarabağ müharibəsindəki uğursuz tətbiqi barədə izahat istəyib. Paşinyanın təkzibinin məhz bu telefon danışığından sonra gəldiyi bildirilir.

Dünya

ABŞ İrana qarşı tətbiq olunan sanksiyaları ləğv etməyəcək

10 Aprel 2021

Panda Security

ABŞ 2017-ci ildə İrana qarşı tətbiq etdiyi sanksiyaları ləğv etməyəcək. CNN-nin məlumatına görə, bunu aprelin 10-da Dövlət Departamentinin rəsmisi deyib. O bildirib ki, İranın bütün sanksiyaların ləğv olunmasına dair tələbi qəbulolunmazdır: "Əgər İran 2017-ci ildə qəbul edilən sanksiyaların ləğv olunmasını tələb edib, əks təqdirdə sazişin əldə olunmayacağı ilə bağlı mövqeyində israr edəcəksə, o zaman danışıqlar dalana dirənəcək". İran ABŞ-ın tələb etdiyi nüvə sazişinin yenidən bərpa olunması üçün bütün sanksiyaların ləğvini tələb edir. 
Dünya

Gürcüstan prezidenti müxalifəti anlayışlı olmağa çağırdı

10 Aprel 2021

Agenda.ge

Salome Zurabişvili bütün siyasi partiyaları ölkənin ərazi bütövlüyünün həlli, pandemiya ilə mübarizə və siyasi gərginliyin azaldılması üçün həmrəyliyə çağırıb. "Sputnik Gürcüstan"ın aprelin 10-da verdiyi xəbərə görə, bu barədə Zurabişvili parlamentdəki çıxışı zamanı danışıb.  “Bu gün böyük çətinliklərlə üzləşən ölkə öz tarixi təcrübəsinə söykənməli və həmrəyliyə nail olmalıdır”, - prezident seçkilərin nəticələrinə etiraz olaraq parlamentdəki yerlərdindən imtina edən siyasi partiyalara müraciət edərkən deyib. O, partiya təmsilçilərini ölkənin siyasi həyatında fəal rol oynamağa və müxalifəti  ölkənin maraqlarına daha çox anlayış göstərməyə çağırıb.  Zurabişvilinin sözlərinə görə, Abxaziya və Cənubi Osetiyanın işğalına son verilməsi, Gürcüstanın NATO və Avropa İttifaqına inteqrasiyası prioritet məsələlər olmalıdır.  “Əgər...
Seçilmiş Videolar