Dünya

Nikol Paşinyan KTMT-ni tənqid edib

17 May, 2022
183

Reuters

Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Moskvada keçirilən yubiley sammitində Ermənistanın Baş naziri Nikol Paşinyan hərbi bloku Azərbaycanın “Ermənistanın suveren ərazisinə müdaxilə”sinə zəruri reaksiya vermədiyinə görə tənqid edib.

Bu barədə "Azatutyun" yazır.

Paşinyan çıxışı zamanı deyib ki, bu, Ermənistan üçün mühüm mövzudur: "Ötən il, elə bu günlərdə, Azərbaycan qoşunları Ermənistanın suveren ərazisinə girdilər. Ermənistan KTMT-yə müraciət etdi ki, “Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının böhranlı vəziyyətlərə reaksiya qaydası haqqında Nizamnamə”də nəzərdə tutulan mexanizmlər işə salınsın... Təəssüf ki, təşkilatın Ermənistan Respubikasının gözlədiyi şəkildə reaksiya verdiyini söyləmək mümkün deyil”.

Hazırda KTMT-yə sədrlik edən Ermənistan lideri təşkilat üzvlərini Bakıya silah satmaqda ittiham edib: “Biz KTMT üzvü olan dövlətlərin Ermənistana dost olmayan dövlətə silah satmaları məsələsini uzun müddət qaldırmışıq. Nəticədə həmin silah Ermənistana, erməni xalqına qarşı istifadə olunub. Bu da bir problemdir”.

Paşinyan KTMT dövlətlərinin İkinci Qarabağ savaşı zamanı tutduqları mövqeni də tənqid edib, amma bu zaman Rusiya Prezidenti Vladimir Putini müharibənin dayandırılmasındakı roluna görə tərifləyib.

Dünya

Borrell: Avropa İttifaqının Rusiya ilə müharibə etmək niyyəti yoxdur

6 İyul 2022

Rəsmi səhifə

Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrell bildirib ki, Avropanın Rusiya ilə müharibə etmək planları yoxdur. O, bu barədə “Yomiuri” qəzetinə yazdığı məqalədə bildirib. Borrellin sözlərinə görə, Rusiyanın Ukraynadakı işğalçılıq siyasətinə əsas cavab bundan sonra da sanksiyalar siyasəti olacaq. O, sanksiyaların təsirinin daha da artacağına əminliyini ifadə edib.  Diplomat həmçinin Rusiyanın Avropa və ABŞ texnologiyalarından asılılığının Çindən altı dəfə çox olduğunu qeyd edib. Borrel hesab edir ki, buna görə də sanksiyalar altındakı Rusiya iqtisadiyyatı  ehtiyaclarını ödəyə bilməyəcək. Borrell artıq sanksiyalara görə Rusiyanın “İskəndər” və “X-101” kimi dəqiq raketlər istehsal etmək imkanlarının məhdudlaşdığına diqqət çəkib.  "Neft...
Dünya

Rusiya Xarkov Universitetini raketlə vurub

6 İyul 2022
İyulun 6-da gecə saatlarında Rusiya ordusunun Xarkovun Osnovyanski rayonlarına və Kiyev vilayətinə raket zərbəsi endirdiyi bildirilir.  Xarkov Vilayət Hərbi Administrasiyasının rəhbəri Oleq Sinegubov “Telegram”da məlumat yayıb. O, Novobavarskoyedə binaların bir hissəsinin dağıdıldığını qeyd edib. Oleq Sinegubov bildirib ki, raket zərbələri Xarkov Universitetini də dağıdıb: “Kiyev vilayətinə raket hücumu nəticəsində ali təhsil müəssisəsinin binası da dağıdılıb”. Oleq Sinegubov yaşayış binaları, açıq sahələr və buğda tarlasının yandığını əlavə edib.

Seçilmiş Videolar

Toplum TV loqo