Dünya

Nikol Paşinyan prezidentə ikinci dəfə müraciət etdi

1 Mart, 2021
367

Middle East Online

Ermənistanın baş naziri Nikol Paşinyan Silahlı Qüvvələrin Baş Qərargah rəisi Onik Qasparyanın vəzifəsindən azad olunması barədə təklifini növbəti dəfə prezident Armen Sarkiyana göndərib.

"Sputnik Ermənistan"ın martın 1-də verdiyi xəbərə görə, Ermənistan Prezident Aparatı məsələ barəsində artıq açıqlama verib. Bildirilib ki, Armen Sarkisyan konstitusiyaya uyğun olaraq mövqeyini üç gün ərzində bəyan edəcək.

Nikol Paşinyan fevralın 25-də Baş Qərargah rəisi Onik Qasparyanın vəzifəsindən azad olunması barədə sərəncam versə də, prezident sərəncamı təsdiq etməyib. 
Bu gün həmçinin bəlli olub ki, Ermənistan prezidenti Nikol Paşinyanın başçılıq etdiyi Təhlükəsizlik Şurasının iclasında iştirak etməyib. İclasa Silahlı Qüvvələrin Baş Qərargahının rəisi Onik Qasparyan da qatılmayıb. 

Fevralın 25-də Ermənistan Silahlı Qüvvələrin Baş Qərargahı Nikol Paşinyanın və hökumətin istefasını tələb edib. Baş Qərargahın xüsusi bəyanatını bütün rəhbərlik, eləcə də iri hərbi birləşmələrin komandirləri imzalayıblar. Məsələ ilə əlaqadar olaraq prezident və baş nazir arasında narazılığın baş verdiyi bildirilir. 
Hazırda paytaxt Yerevanda müxalifət tərəfdarları Nikol Paşinyanın istefası tələbiylə etiraz aksiyası keçirirlər. Onlardan bəzilərinin hökumət binasına soxulduğu deyilir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa Prezidenti Emmanuel Makron Avropa dövlət başçılarına Ukrayna məsələsində qorxaqlıq etməmək barədə çağırış edib.  Toplum TV xəbər verir ki, Makron bu barədə Çexiyaya səfəri zamanı Praqada həmvətənləri qarşısında çıxış edərkən bildirib.  "Avropada qorxaqlıq etməməyin vacib olduğu bir məqama yaxınlaşırıq. Bizi gözləyən dramlardan danışmaq həmişə çətindir. Amma düşünürəm ki, Fransa da, Çexiya da baş verənləri anlayır. Müharibə torpaqlarımıza gəlib çatıb, dayandırılması qeyri-mümkün olan qüvvələr bizə qarşı hücum təhlükəsini genişləndirməkdə davam edir", - deyə o bildirib.  https://toplum.tv/dunya/pputin-qerbi-hedeleyib-facievi-neticeleri-olacaqp Xatırladaq ki, Fransa Prezidenti fevralın 26-da Parisdə Ukraynaya dəstək üçün keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini bildirmişdi: "Bu gün quru...
Dünya

Fransa abort hüququnu konstitusiyaya salan ilk ölkə olub

5 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa qadınların abort hüququnu öz Konstitusiyasına salan ilk ölkə olub.  Toplum TV xəbər verir ki, qərar, lideri olduğu "Renessans" partiyası ilə birlikdə düzəlişlərin müəllifi olan Prezident Emmanuel Makron tərəfindən hərarətlə qarşılanıb. Fransa Parlamentinin sədri Yael Braun-Pive bildirib ki, 780 deputat təşəbbüsün lehinə, 72-si isə əleyhinə səs verib. https://toplum.tv/dunya/pquotpolitikoquot-fransa-nato-ya-qosunlarin-ukraynaya-goumlnderilmesini-teklif-edibp "Reuters" xəbərinə görə, parlamentin iclasında spikerin açıqlaması alqışlarla qarşılanıb. Dəyişiklik Konstitusiyanın 34-cü maddəsinə əlavə ediləcək. 

Seçilmiş Videolar

Toplum TV loqo