Rəsmi səhifə
Sülh üzrə Nobel mükafatı rusiyalı və filippinli jurnalistə verilib.
Qurumun rəsmi "Tvitter" hesabında oktyabrın 8-də verilən məlumata görə, Rusiyanın "Novaya Gazeta" nəşrinin baş redaktoru Dmitri Muratov və filippinli jurnalist Mariya Ressa "demokratiya və dayanıqlı sülh üçün əsas şərt olan ifadə azadlığını qorumaq səylərinə görə" mükafata layiq görülüblər.
Dmitri Muratov - rusiyalı jurnalist, teleaparıcı, "Novoya Gazeta"-nın həmtəsisçisi və baş redaktorudur. O, Nobel sülh mükafatına layiq görülən üçüncü rus olub. Ondan əvvəl fizik və hüquq müdafiəçisi Andrey Saxarov ilə SSRİ-nin ilk prezidenti Mixail Qorbaçov təltif edilmişdi.
Mariya Ressa - jurnalist və yazıçıdır. O, "Rappler" xəbər saytının həmtəsisçilərindən biridir. Ressa 20 il Cənub-Şərqi Asiya üzrə müxbir kimi fəaliyyət göstərib.
Bu il Nobel sülh mükafatına 234 şəxs və 95 təşkilat namizəd idi.
2020-ci ildə mükafata BMT-nin Ümumdünya Ərzaq Proqramı layiq görülmüşdü.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Sosial media
Açıq mənbələrdən götürülüb