Rəsmi səhifə
Rusiyanın “Memorial” hüquq müdafiə təşkilatı, belarus hüquq müdafiəçisi Ales Byalyatski və Ukraynanın “Mülki Azadlıqlar Mərkəzi” hüquq müdafiə təşkilatı Nobel Sülh Mükafatına layiq görülüblər.
Bu barədə oktyabrın 7-də Nobel Komitəsi məlumat yayıb.
Nobel Sülh Mükafatı 1901-ci ildən "sülhün möhkəmlənməsinə görkəmli töhfəsinə görə" verilir. 120 il ərzində 109 fiziki şəxsə və 25 təşkilat mükafata layiq görülüb. Laureatlar arasında ən gənc mükafatçı, 2014-cü ildə mükafatı alan 17 yaşlı pakistanlı hüquq müdafiəçisi Malala Yusufzai də daxil olmaqla 18 qadın var. Beynəlxalq Qızıl Xaç Komitəsi üç dəfə Nobel Sülh Mükafatına layiq görülüb.
https://toplum.tv/dunya/putin-kadirova-general-polkovnik-rutbesi-verdi
Nobel Sülh Mükafatının tarixi ərzində SSRİ və Rusiyanın üç vətəndaşı laureat olub: hüquq müdafiəçisi Andrey Saxarov, SSRİ prezidenti Mixail Qorbaçov və “Novaya qazeta”nın redaktoru Dmitri Muratov.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Açıq mənbələrdən götürülüb
Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb
Neft gəlirləri ədalətli bölünürmü? - SORĞU
İranla münasibətlər bərpa olunur, azərbaycanlı diplomatlar qayıdacaq
"Arxa cəbhədə olmuşuq deyə veteranlıq vermirlər"
Azad edilmiş ərazilərdə evlərini özləri inşa etmək istəyənlərin müraciətlərinə baxıla bilər