Nursultan şəhərinin adının dəyişdirilməsi üçün imzatoplama kampaniyası başladılıb
Açıq mənbələrdən götürülüb
Qazaxıstanda Nursultan şəhərinin yenidən Astana adlandırılması üçün imza toplanılır.
Qazaxıstanda ölkənin paytaxtı Nursultan şəhərinin yenidən Astana adlandırılması üçün imzatoplama kampaniyası start götürüb.
Bu barədə "KazTAG" məlumat verir.
Müvafiq petisiya internetdə yaradılıb. Müəlliflər iddia edirlər ki, Nursultan adı insanlar tərəfindən neqativ qarşılanır, məişətdə hələ də köhnə ad istifadə olunur.
“Cəmiyyətdəki əhval-ruhiyyəni nəzərə alaraq, Qazaxıstan Respublikasının prezidentindən, hökumətdən və parlamentdən paytaxtın əvvəlki adının qaytarılmasını xahiş edirik”, - petisiyada deyilir.
Sənəd müəllifləri eləcə də Qazaxıstan şəhərlərindəki Nursultan Nazarbayev adına küçələrə “dövlətçiliyi, ölkənin bütövlüyünü və müstəqilliyini vurğulayan adlar” verilməsini təklif edirlər.
Nazarbayev prezident postundan istefa verdikdən sonra Qazaxıstanın paytaxtı Astananın adı dəyişdirilərək Nursultan qoyulub.
Orda.kz
Açıq mənbələrdən götürülüb
Kulyokda sümüklərini verdilər, basdırdıq – Ölümünü saxtalaşdıran adamın kəndindən reportaj
Məmur müxbirimizə rüşvət təklif etdi, sonra telefonunu götürüb qaçdı
Paşinyandan Azərbaycanla bağlı açıqlamalar: Bu, bizim üçün qırmızı xətdir
Mağazasında nisyə dəftərləri yandırılan sahibkar Toplum TV-yə danışdı
Məmurlar niyə az cəza çəkir?