DW
Ukrayna hökuməti gecə radələrində Rusiya hərbi qüvvələrinin Odessa ətrafındakı yaşayış binası və istirahət mərkəzinə raket hücumu nəticəsində 17 nəfərin öldüyünü və 30-dan çox insanın yaralandığını bildirib.
“İyulun 1-də səhər saat bir radələrində Belqorod-Dnestrovski rayonunun şəhər tipli qəsəbəsinə raket hücumu nəticəsində doqquzmərtəbəli yaşayış binası qismən dağılıb, ardınca ona bitişik mağazada yanğın baş verib”, - Ukraynanın Fövqəladə Hallar üzrə Dövlət Xidmətinin bəyanatında deyilir.
Qurumdan bildirilib ki, dağıntılar altından üçü uşaq olmaqla 7 nəfər xilas edilib. Xilasetmə işləri davam edir.
Ukraynanın “Cənub” operativ komandanlığı bildirir ki, zərbə Rusiyanın "Tu-22" strateji təyyarəsindən üç "X-22" raketi ilə endirilib.
Rusiya Müdafiə Nazirliyi hələ ki, məsələyə münasibət bildirməyib.
Odessaya hücum Rusiya Müdafiə Nazirliyinin Ukraynanın Qara dənizdəki İlan adasından qarnizonun çıxarılmasını “xoşməramlı addım kimi” elan etməsindən bir gün sonraya təsadüf edib. Qara dənizin şimal-qərb hissəsindəki ada Odessa regionunda sahilə nəzarət və Odessa limanına yaxınlaşmaq üçün vacibdir.
Açıq mənbələrdən götürülüb
Açıq mənbələrdən götürülüb
Nağıyevlər ailəsi: Dövlətin və büdcə təşkilatlarının keşiyində
Londondakı Azərbaycan səfirliyinə hücum edənlər kimlərdir? - YENİLƏNİB
Cəmil Həsənli Milli Şuranın sədrliyindən getmək istəyir
Londonda səfirliyə hücum - REAKSİYALAR (yenilənir)
Mustafa Cəmiloğlu: Azərbaycan bizim üçün ruslara yaxın bir ölkədir