Dünya

Olena Zelenska: Rusiyaya ərazi güzəştləri müharibədə həlak olanlara xəyanət demək olacaq

29 Noyabr, 2022
383

Açıq mənbələrdən götürülüb

Volodimir Zelenski və Olena Zelenska

Ukraynanın birinci xanımı Olena Zelenska BBC-yə böyük müsahibə verib. Bu, “bütün dünya üzrə ən nüfuzlu və ilhamverici qadınlar”dan bəhs edən “100 qadın” layihəsi çərçivəsində baş tutub.  Zelenska Rusiyanın başladığı müharibənin fəsadlarının öhdəsindən ukraynalıların necə gəlmələri, eləcə də müharibənin necə qurtarmalı olduğu barədə danışıb.  

Toplum TV müsahibədən diqqət çəkən məqamları oxucularına təqdim edir.

Ukraynalıların nə qədər dözməyə hazır olmaları barədə

Bu basqının hər gününə, hər ayına davam gətirmək bütün Ukraynaya, bütün ukraynalılara, hər kəsə çox çətindir. Biz “Necəsiniz” sualına adətən “Dözürük” cavabını veririk. Bu, bizim doqquz ay ərzində etdiyimizin dəqiq ifadəsidir. Dözürük.

https://toplum.tv/dunya/rus-muxalif-lideri-hebs-ne-vaxtsa-bitecek-ozune-hormet-ise-qalacaq

Bu aylar ərzində biz o qədər qorxulu sınaqlardan keçmişik, o qədər qurbanlar, o qədər dağıntılar görmüşük ki, həqiqəti desək, blekaut (Rusiyanın enerji ifrastrukurunu dağıtması nəticəsinə əmələ gələn qaranlıq – tər.) başımıza gələ biləcək ən qorxulu şey deyil. Biz daha fərasətli oluruq, işıqla bağlı olan bütün işlərimizi işıq olanda görməyə çalışırıq, heç nəyi sonraya saxlamırıq.

Bu yaxınlarda sosial tədqiqat keçirildi, ukraynalılardan hələ nə qədər dözə biləcəkləri soruşulurdu. Biz bilirik ki, əgər evlərimizdə istilik olmasa, qış bizim üçün daha bir imtahan olacaq. Ukraynalıların əksəriyyəti, bu, 90 faizdən çox idi, cavab verdilər ki, əgər Avropa Birliyinə daxil olmaq perspektivini görsələr, iki-üç il dözməyə hazırdırlar. Onlar Avropa ailəsinin bərabərhüquqlu üzvü olmaq istəyirlər. Nəyin uğrunda olmasını da bilirik: qələbə uğrunda, şəxsi ləyaqət hissi uğrunda, bizi gözləyən demokratik ailə uğrunda -  biz başqaları ilə birlikdə orada olmaq istəyirik. Ukraynalılar dözməyə hazırdırlar.

Düşünürəm, biz hamımız ümid edirik, bu (iki-üç il müharibə) olmayacaq. Biz hamımız çox ümid edirik ki, hər şey bitəcək. Bilirsinizmi, qarşıda neçə kilometr qaldığını biləndə marafonu qaçmaq asandır.  Biz isə, təəssüf ki, qüvvəmizi neçə kilometrə bölməli olduğumuzu bilmirik. Bu çətindir. Bəzən çox ağır olur, amma sonra hansısa yeni emosiyalar peyda olur və tab gətirməyə kömək edir.

Ukrayna qadınları haqqında

Mənim ictimai rolumun nə qədər kömək etdiyini bilmirəm, amma tammiqyaslı təcavüzdən əvvəl də patriarxal olmadığımızı deyə bilərəm. Biz 24 fevrala qədər də cəmiyyətdə qadının rolunun möhkəmlənməsi üçün çox şey edirdik. Hətta müharibə vaxtında da gender çalarlı və ailədaxili zorakılığa qarşı mübarizə aparırıq. Gözləmək olardı ki, dövr başqadır, digər problemlər var, amma biz bununla işləməyi dayandırmırıq.

İndi qadınlar dinc dövrdə olduğundan daha çox məsuliyyətin altına giriblər. Ukrayna cəmiyyəti bölünüb. Qalanlar var – bunlar hərbçilərdir, qadın həkimlər, qadın müəllimlərdir, onlar gedə bilmirlər, çünki işləməlidirlər. Amma qələbə üçün çalışmaları ilə eyni zamanda onlar hər bir qadın kimi uşaqların qayğısına qalırlar, qohumların qayğısına qalırlar. Buna görə də qadınların yükü çoxalıb.

Digər tərəfdən, bizim indi xaricdə olan səkkiz milyon məcburi köçkünümüz var, onlar əsasən qadın və uşaqlardır. Bu da çox mühüm roldur. Sən tanımadığın ölkəyə gedəndə üzərinə məsuliyyət götürürsən. Orada olanların əksəriyyəti həm işləyir, həm uşaqların və qohumların qayğısına qalır, həm də yad cəmiyyətə birtəhər inteqrasiya olmağa çalışırlar. Yəni sınaqlar çox böyükdür, amma mən yenə də inanıram ki, bütün bunlar bizi daha da güclü edir. Bunu yaşayan qadın geriyə addım atmayacaq. Mən əminəm ki, bizim özümüzə olan daxili əminliyimiz də artır.

Hətta ən yüksək səviyyədə cəmiyyətdə gedən bütün proseslər göstərir ki, Ukraynada qadının rolu daha aşağı düşməyəcək. Ümumiyyətlə, deyərdim ki, hazırda bizdə feminist hakimiyyətdir. Bizim xeyli qadın nazirlərimiz var, bizim xeyli qadın diplomatlarımız var, qadın səfirlər əvvəl olduğundan xeyli çoxdur. Qadınlarla yanaşı işləyən kişilər onların rolunu hiss edirlər, onlara ehtiram bəsləyirlər. Bizdə daha patriarxal yanaşma yoxdur. Bu, çox güclü təmayüldür və zəifləyəcəyinə inanmıram. Mətbəx-uşaq-kilsə - bu, daha bizim cəmiyyət üçün deyil.

https://toplum.tv/dunya/ukrayna-muqavimetinin-simvolu-severski-donets-cayi

Qərbin müharibədən yorulması haqqında

Mənim daim əlaqədə olduğum həmkarlarımın bizdən yorulduqlarını hiss etmirəm. Həqiqətən də buna görə minnətdaram, çünki onlar hamısı bunun sadəcə Ukraynada müharibə olmadığını, qlobal, dünyagörüş müharibəsi olduğunu anlayırlar. Burada hər kəs kiminlə olduğunu seçir. Onlar mənimlədir. Onlar bizimlədir. Sammit üzrə bütün həmkarlarım, biz bir yerdə çox işlər görürük. Düzünü desəm, onların bəziləri ilə elə sıx-sıx təmasda oluruq ki, görüş zamanı formal salamlaşmağa ayrılan 10 dəqiqəni buraxıb dərhal layihələrimizin müzakirəsinə keçə bilirik. Layihələr olduqca çoxdur – bu, humanitar yardımdır, bu, bizim uşaqların təxliyəsidir. İlk günlərdə biz onkoloji xəstə uşaqların təxliyəsinə başladıq və bu işdə digər ölkələrdən olan həmkarlarım nəhəng rol oynadılar. Onlar xanım Aqata Duda [Polşanın birinci xanımı], xanım Bricit Makron [Fransanın birinci xanımı] və Almaniyanın birinci xanımı Elke Büdebenderdir.

Müharibənin necə qurtaracağı haqqında

Mənə elə gəlir ki, bütün ukraynalılar üçün “sülh” sözü “qələbə” sözü ilə bərabərlik işarəsi altında qəbul olunur. Çünki biz anlayırıq, qələbəmiz olmadan ölkəmizdə sülh, təəssüf ki, mümkün deyil. Məhz belə bir düşmənimiz olduğuna görə, onun belə niyyətləri və belə müharibə aparmaq üsulları olduğuna görə.

Olena Zelenska - president.gov.ua

Hesab edirik ki, indi işğal altındakı ərazilərdə olanlara xəyanət edə bilmərik. Onları ata bilmərik. Həmin insanlar azad edilmələrini gözləyirlər. Bu, [Rusiyaya ərazi güzəştləri] müharibədə həlak olanlara xəyanət demək olacaq. Bu, o demək olacaq ki, onlar hədər yerə həlak olublar.  Bu, mənəviyyatsızlıq olar. Bu, prezidentin, ya da hökumətin mövqeyi deyil, ukraynalıların mövqeyidir.

Sülh mütləq və çox tezliklə olacaq. Çünki biz öz gücümüzə əminik və biz haqlıyıq. Bizim qələbəyə inamla bağlı problemimiz yoxdur. İndi cəbhədə olan hər kəs. Ukrayna hərbi qüvvələrində döyüşən hər kəs. Onlar nə uğrunda döyüşdüklərini bilərək, təbliğatsız döyüşürlər. Ukraynada təbliğat yoxdur. Valideynləri cəbhədə olan çoxlu tanışlarım var, yaşı 50-dən çox olan kişilərdir. Onlar öz nəvələrindən ötrü vuruşurlar. Onlar hər gün döyüşə getməzdən əvvəl nəvələrinin necə oynamaları barədə videolara baxırlar. Bu, onlara ilham verir, çünki nə uğrunda döyüşdüklərini bilirlər. Gənclər öz gələcəkləri üçün döyüşürlər. Biz ölkəmiz uğrunda vuruşuruq, ona görə də qələbə ilə bağlı, həmçinin sülhlə bağlı şübhəmiz yoxdur.

Tərcümə: Yadigar Sadıqlı


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Ərdoğan: İsveçin NATO-ya üzvlük müraciətini qəbul etməyəcəyik

Toplum TV
1 Fevral 2023

Rəsmi səhifə

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan İsveçin NATO-ya üzvlük müraciətinin qəbul edilməyəcəyini bəyan edib.  Toplum TV xəbər verir ki, dövlət başçısı bu barədə parlamentdə hakim Ədalət və İnkişaf Partiyasının rəhbərlik etdiyi fraksiyanın iclasında bildirib.  Eyni zamanda o, Finlandiyanın alyansa qəbulu məsələsinin müsbət həll oluna biləcəyini vurğulayıb. "İsveç vaxt itirməməlidir. Nə qədər ki, müqəddəs kitabımızın - "Quran"ın yandırılmasına, cırılmasına icazə verirsiniz və bunun fonunda hüquq-mühafizə orqanlarının əməkdaşları fəaliyyətsiz qalırlar, biz sizin NATO-ya daxil olmanıza "hə" deməyəcəyik. Bununla belə, bu məsələdə Finlandiyaya müsbət münasibət bəsləyirik”, - deyə Ərdoğan bildirib. https://toplum.tv/dunya/perdoganin-muumlsaviri-bu-sertler-daxilinde-isveccedil-ve-finlandiyanin-nato-ya-uumlzvluumlyuuml-bas-tutmayacaqp Xatırlatma "Quran" sentyabrın 21-də Türkiyənin Stokholmdakı səfirliyi yaxınlığında ifrat sağçı siyasətçi və anti-İslamçı...
Dünya

Bayden Ukraynaya F-16 qırıcılarının verilməyəcəyini deyib

Toplum TV
31 Yanvar 2023

Forbes

ABŞ Prezidenti Co Bayden bildirib ki, Vaşinqton Kiyevə F-16 qırıcıları verməyəcək. Toplum TV CNN-ə istinadən xəbər verir ki, brifinq zamanı jurnalistlərin Ukraynaya təyyarələrin verilməsi ideyasını dəstəkləyib-dəstələmədiyini soruşduqda Bayden “Xeyr” cavabını verib. Bundan sonra ABŞ Milli Təhlükəsizlik Şurasının rəsmi nümayəndəsi Con Kirbi Baydenin bəyanatını şərh edib. O, bildirib ki, Vaşinqton artıq Kiyevi kifayət qədər silahla təmin edib. https://toplum.tv/dunya/pqerb-ukraynaya-tanklar-goumlnderir-amma-indi-basqa-problem-varp Kiyevə qırıcı təyyarələrin tədarükü məsələsi ötən həftə Qərb istehsalı olan tankların Ukraynaya göndərilməsi təsdiqləndikdən sonra müzakirə olunmağa başlayıb. Ukrayna ordusu 180-ə yaxın qırıcı təyyarəyə ehtiyac olduğunu bildirib. Hollandiya və Polşa Ukraynanı öz F-16 qırıcıları ilə təmin etməyə hazır olduqlarından bildiriblər. Yanvarın 30-da Polşanın...

Seçilmiş Videolar

Toplum TV loqo