Dünya

2022-ci ildə qadın haqları: necə pozuldu və necə mübarizə getdi

9 Yanvar, 2023
184

Açıq mənbələrdən götürülüb

Ukrayna müharibəsi

Arxada qalan 2022-ci ildə qadın hüquqları və onlar uğrunda mübarizə dəfələrlə mətbuatın və cəmiyyətin diqqət mərkəzində oldu: abort hüququnun konstitusiya səviyyəsində təminatı Ali məhkəmə tərəfindən ləğv olunan ABŞ-dan başlayaraq Məhsa Əmininin ölümünə görə kütləvi etirazların baş qaldırdığı İrana qədər. “Nastoyaşeye Vremya” 2022-ci ildə müxtəlif ölkələrdə hansı hadisələrin qadın həyatına və hüququna təsir göstərməsi barədə məqalə hazırlayıb.

Toplum TV məqaləni azərbaycan dilində təqdim edir.

Reproduktiv hüquqlar

Ötən yayın əsas mövzularından biri ABŞ Ali məhkəməsinin qərarı oldu. O, 2022-ci ilin iyununda hesab etdi ki, abortlar daha vətəndaşların konstitusion hüququ deyil. Məhkəmə hələ 1973-cü ildə “Rou Ueydə qarşı” (Roe v. Wade) işi üzrə çıxardığı qərarı ləğv etdi. Həmin qərara görə, yaşadığı yerdən asılı olmayaraq istənilən qadın birinci trimestr ərzində hamiləliyi dayandıra bilərdi. 2022-ci ilin iyunundan isə abortlara icazə vermək, yoxsa qadağan etmək ştatların ixtiyarına buraxılıb. Artıq 13 ştatda bu prosedur cinayət elan edilib.

https://toplum.tv/dunya/pnbspnbspputin-niye-rusiyani-muumlharibe-bataqligina-saldip

Ümumiyyətlə, dünyanın 24 ölkəsində abort tamamilə qadağan olunub. Bu ölkələrdə 90 milyon qadın yaşayır (Amerika reproduktiv hüquqlar mərkəzinin məlumatı).

ABŞ-da qadınlar Ali məhkəmənin qərarına etiraz etdikləri vaxt digər ölkələrdə qadınlara hamiləliyi kəsmək icazəsi verilib. Latın Amerikasında Meksika və Argentinadan sonra (bu ölkələrdə müvafiq qanunlar bir il əvvəl dəyişmişdi) Kolumbiyanın Konstitusiya məhkəməsi 24-cü həftəyə qədər hamiləliyin dayandırılmasını dekriminallaşdırıb. İndiyə qədər bu prosedura hamiləlik zorlanmanın nəticəsi olduqda, ya da ananın həyat və sağlamlığına təhlükə törətdikdə icazə verilirdi. “Amnesty International” məhkəmənin hökmünü “qadın hüquqları uğrunda onilliklər boyu sürən mübarizənin tarixi qələbəsi” adlandırıb.

ABŞ-da qadın haqları aksiyası - Açıq mənbələrdən götürülüb

2022-ci ilin sentyabrında Hindistanın Ali məhkəməsi də ailə vəziyyətindən asılı olmayaraq, qadınlara 24 həftəyə qədər hamiləliyi dayandırmağa icazə verib. Əvvəllər yalnız rəsmi nikahda olan, boşanan, dul qalan və ya seksual zorakılığa məruz qalan qadınlara bu icazə verilirdi. Rəsmi nikahda olmayan pasiyentlər isə, əvvəla, stiqmatizasiyaya məruz qalırdılar, ikincisi abort hüququ 20 həftə ilə məhdudlaşırdı.

İspaniyada da qadının reproduktiv hüquqlarının müdafiəsi istiqamətində mühüm addım atılıb. 2022-ci ilin aprelində abortlar haqqında qanuna düzəlişlər qüvvəyə minib. Burada abort hüququ hələ 2010-cu ildən təmin olunub, indi isə söhbət kənar psixoloji təsirlərdən gedir. “Qadına hamiləliyini könüllü dayandırmaq hüququnu həyata keçirməyə zəhlətökən, təhqiramiz, təhdidedici və hədələyici yollarla mane olmağa çalışan” fəallar və tibb işçiləri cinayət məsuliyyətinə cəlb oluna bilərlər (maksimum cəza – bir il azadlıqdan məhrumetmə və ya ictimai işlər).

Rusiyada zorakılığa məruz qalmış qadınların hüquqularını 30 ildir müdafiə edən qadın qeyri-hökumət təşkilatları konsorsiumun mətbuat katibi Sofya Rusova hesab edir ki, dünyada qadınların reproduktiv sağlamlığı ətrafında mübahisələrin səngiməməsinin əsas səbəbi din amilidir: “Kilsənin cəmiyyət həyatında böyük rol oynadığı ölkələrdə - elə həmin ABŞ-da, Polşada - abort hüququ məsələsi daha kəskin durur.  Bundan əlavə, məmurlar düşünürlər ki, qadağa tədbirləri doğuma nəzarət imkanı verəcək və ölkə əhalisini artırmağa kömək edəcək. Yəni siyasətçilər xalqın mənafeyini düşündüklərini qadınların hesabına göstərməyə çalışırlar”.

Qadının hakimiyyətin və ya dinin buyurduğu kimi deyil, özünün lazım bildiyi kimi geyinməsi və öz istədiyi kimi görünməsi hüququ ilə bağlı əsas hadisə İranda 22 yaşlı Məhsa Əmininin ölümündən sonra başlayan kütləvi etirazlar oldu. Əmini 2022-ci ilin sentyabrında guya baş örtüyünü düzgün bağlamadığına görə əxlaq polisi tərəfindən saxlanılıb. Bundan üç gün sonra ölüb. Ailəsi və doğmaları onun döyülmə nəticəsində öldüyünü deyirlər, hakimiyyət isə səbəb kimi ürək tutmasını göstərir. Sakitləşməyən etirazlar fonunda ölkənin baş prokuroru Məhəmməd Cəfər Möntəziri İslam dress-koduna nəzarət edən əxlaq polisinin ləğv olunduğunu bildirdi. Amma prokuror əlavə etdi ki, bu, hicabın məcburi olması barədə qanunların ləğvi demək deyil. KİV məlumatlarına görə, etirazlar başlayandan İranda 18 min nəfər həbs edilib və 11 edam hökmü çıxarılıb.

İranda etirazlar - Açıq mənbələrdən götürülüb

Qadınların güclü basqı hiss etməyə başladığı daha bir ölkə Türkmənistandır. Burada 2022-ci ildə “gözəllik qadağası” tətbiq olunmağa başladı. Yeni prezident Sərdar Berdıməhəmmədov başda olmaqla hakimiyyət qadınların botoks inyeksiyası, mammoplastika və ya dodaq korreksiyası etmələrinə qəti qarşıdır – bu üzdən 2022-ci ilin aprelində onlarla stüardessa və bələdçi işlərini itiriblər. Özü də bu barədə rəsmi bildirişlər yoxdur, amma hökumətin siyasətini yerli strukturlarda, hətta küçələrdə həyata keçirirlər: qadınları saxlayıb böyüdülmüş dodaqlara və ya rənglənmiş kipriklərə görə cərimələyirlər. 

Ümumiyyətlə, türkmən qadınlarının xarici görünüşü ölkə hakimiyyətini 20 ildir ki, narahat edir: əvvəlcə tələbələr və dövlət qulluqçuları üçün milli dress-kod tətbiq edildi. Bu zaman atılan bəzi addımlarla bağlı hakimiyyət tərəfindən heç bir izahat verilmirdi. Məsələn, 2018-ci ildə ölkəyə qadın şortlarının və çimərlik paltarlarının idxalı dayandırıldı. Daha sonra qadağalar saç üçün rəngləri, kiprik və dırnaq böyütmək üçün materialları əhatə etdi. 2017-ci ildən qadınlar avtomobil idarə edə bilməzlər. 2022-ci ildə, artıq yeni prezidentin dövründə qadın hüquqlarının məhdudlaşdırılması davam edir.

Türkmən qadınlar - Açıq mənbələrdən götürülüb

Təhsil hüququ

Siyasi rejim üzündən 2022-ci ildə həyatı pisləşməyə doğru dəyişənlər arasında Əfqanıstan qadınları da var: bu il ölkə qadınlarını təhsildən tamamilə kənarlaşdırdılar. Taliban hökuməti əvvəlcə 2022-ci ilin martında orta və yuxarı siniflərin qız şagirdlərinə məktəbə getməyi qadağan etdi. Dekabrın 21-də isə qadınların universitetlərdə oxuya bilməyəcəklərini dedilər, ertəsi gün də qızlara ibtidai məktəbə getməyi qadağan etdilər. Taliban öz qərarlarını Əfqanıstanda “müvafiq İslam mühiti” yaratmaq cəhdi ilə izah edir.

Buna qədər isə yeni hakimiyyət qadınların hərəkət hüququnu məhdudlaşdırmışdı: kişi qohumun müşayiəti olmadan yalnız 72 kilometr. Parklarda kişi və qadın yerləri ayrıdır, qadınlar daha idman zalına gedə bilməzlər. Bundan əlavə, Taliban beynəlxalq qeyri-hökumət təşkilatlarına yerli qadınları əməkdaşlığa cəlb etməyi qadağan edib. Bundan sonra üç aparıcı QHT Əfqanıstanda fəaliyyətini dayandırdığını bildirib, Qərb ölkələri isə hakimiyyətin siyasətini sərt qınadılar.

Əfqan qadın - Açıq mənbələrdən götürülüb

Nəhayət, Talibanın yürütdüyü siyasət Əfqanıstan əhalisinin həyat keyfiyyətinin aşağı düşməsinə səbəb olub, bu da qadınların hələ körpə ikən hüquqlarının pozulmasına səbəb olur. Kasıb ailələr mehr (Şəriətdə kəbinin şərtlərindən biri: qadına verilən pul, qızıl-zinət əşyaları – tərc.) əldə etmək məqsədilə erkən nikahlar bağlayırlar. UNICEF xəbər verir ki, Əfqanıstanda qız anadan olan kimi valideynləri oğlan evi ilə sövdələşirlər. “Hazırda Əfqanıstanda qadının hər hansı subyektlikdən məhrum edilməsi və əşya səviyyəsinə endirilməsi baş verir”, - hüquq müdafiəçisi Sofya Rusova belə deyir.

Yaşamaq hüququ

2022-ci ildə həyat üçün təhlükəli vəziyyətə silahlı konflikt zonasında – ilk nöbvədə, Ukraynada – yaşayan qadınlar düşüb. BMT-nin son məlumatlarına görə, hazırda Avropada 7,8 milyon qaçqın var. Artıq mayda bütün dünyada qaçqınların sayı 100 milyona çatırdı. Əvvəlki və indiki hərbi konfliktlərin təcrübəsindən çıxış edən hüquq müdafiəçiləri Rusiyanın Ukraynaya irimiqyaslı təcavüzü başlayandan yüksək seksual zorakılıq təhlükəsindən danışırlar. Ukraynadan nə qədər qadının seksual zorakılıqla üzləşməsi barədə rəsmi statistika hələ yoxdur. Amma işğal altına düşən ərazilərdə sağ qalanların və təhlükəsiz yerə gedənlərin ifadələri var.

https://toplum.tv/dunya/pavropa-niye-rusiya-qazi-olmadan-donmur-ve-bu-ne-qeder-davam-edecekp

“Bəzi ölkələrdə qadınların vəziyyətinin yaxşılaşmasını müşahidə etdik: bu planda geridə qalmış hesab olunan [vətəndaş hüquqları baxımından] ölkələrdəki dəyişikliklər xüsusilə mühümdür”, - Rusova vurğulayır. Misir və Qabonda qadınların ümumi hüquqlarını müdafiə edən, o cümlədən, məişət zorakılığından qoruyan qanunlar qüvvəyə minib. Qabonda, eyni zamanda, qadına ərin razılığı olmadan işləmək hüququ verilib. Bununla yanaşı, geriyə doğru iri addım atan ölkələr də var. Məsələn, Sudanda xəyanətkar qadınların daşqalaqla öldürülməsi üsulu bərpa edilib.

Tərcümə: Yadigar Sadıqlı


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Bayden Ukraynaya F-16 qırıcılarının verilməyəcəyini deyib

Toplum TV
31 Yanvar 2023

Forbes

ABŞ Prezidenti Co Bayden bildirib ki, Vaşinqton Kiyevə F-16 qırıcıları verməyəcək. Toplum TV CNN-ə istinadən xəbər verir ki, brifinq zamanı jurnalistlərin Ukraynaya təyyarələrin verilməsi ideyasını dəstəkləyib-dəstələmədiyini soruşduqda Bayden “Xeyr” cavabını verib. Bundan sonra ABŞ Milli Təhlükəsizlik Şurasının rəsmi nümayəndəsi Con Kirbi Baydenin bəyanatını şərh edib. O, bildirib ki, Vaşinqton artıq Kiyevi kifayət qədər silahla təmin edib. https://toplum.tv/dunya/pqerb-ukraynaya-tanklar-goumlnderir-amma-indi-basqa-problem-varp Kiyevə qırıcı təyyarələrin tədarükü məsələsi ötən həftə Qərb istehsalı olan tankların Ukraynaya göndərilməsi təsdiqləndikdən sonra müzakirə olunmağa başlayıb. Ukrayna ordusu 180-ə yaxın qırıcı təyyarəyə ehtiyac olduğunu bildirib. Hollandiya və Polşa Ukraynanı öz F-16 qırıcıları ilə təmin etməyə hazır olduqlarından bildiriblər. Yanvarın 30-da Polşanın...
Dünya

Çin ABŞ-dan Ukraynaya silah tədarükünü dayandırmağı tələb edir

Toplum TV
30 Yanvar 2023

Açıq mənbələrdən götürülüb

Çin Xarici İşlər Nazirliyi (XİN) ABŞ-ı Ukrayna böhranının təşəbbüskarı adlandırıb və silah tədarükünü dayandırmağa çağırıb. Toplum TV "Reuters"-ə istinadən xəbər verir ki, bu barədə XİN-in nümayəndəsi Mao Ninq açıqlama verib. "ABŞ Ukrayna böhranının əsas təşəbbüskarı və hərəkətverici qüvvəsidir. Onlar Ukraynanı davamlı olaraq ağır və hücum xarakterli silahlarla təchiz etməklə münaqişəni uzadır və onu daha da gərginləşdirirlər. Əgər ABŞ həqiqətən də böhranın tezliklə bitməsini istəyirsə, Ukrayna xalqının təhlükəsizliyini həqiqətən düşünürsə, o zaman silah göndərməyi dayandırmalı və müharibədən qazanc əldə etməyi sonlandırmalıdır”, - deyə o bildirib.  https://toplum.tv/dunya/pqerb-ukraynaya-tanklar-goumlnderir-amma-indi-basqa-problem-varp Bundan əvvəl Vaşinqton administrasiyası Ukraynaya "Abrams" tanklarını göndərmək qərarına gəlib. Qeyd olunur ki, hərbi texnikanın...

Seçilmiş Videolar

Toplum TV loqo