ABŞ-da yeni bank böhranı kabusu: 2008-ci il təkrar oluna bilərmi?
Açıq mənbələrdən götürülüb
Silikon Valley Bank
ABŞ-da iki bankın iflası dünya maliyyə sisteminə təsir edəcəkmi?
ABŞ-da ötən həftə başlayan bank böhranı bir çoxlarına 15 il öncəki hadisələri xatırlatdı. Hər şey ənənəvi valyutalardan əlavə kriptovalyuta ilə işləyən “Silvergate” bankından başladı. 2022-ci ilin sonunda “Silvergate” müştəriləri arasında 94 kriptobirja və təxminən 900 institutsional investor var idi. Martın 8-də, çərşənbə günü bankın daxil olduğu “Silvergate Capital” cəmiyyəti mövcud qanunvericiliyə uyğun olaraq bankın planlı şəkildə ləğv ediləcəyini xəbər verdi.
Yanğın yetərincə sürətlə müvafiq sektorlara sıçradı. Cəmi iki gün sonra “əmənətçi basqını” üzündən yüksək texnologiyalı startapla işləyən əsas banklardan biri – “Silicon Valley Bank” (SVB) – “Silikon vadisi bankı” müflis oldu.
https://toplum.tv/dunya/pbmt-efqanistan-qadinlara-qarsi-en-repressiv-oumllkedirp
O, aktivlərinin həcminə görə Amerikanın 16-cı bankıdır və onun iflası 2008-ci ildən bu yana ən böyük iflasdır. Balansında aşağı faizli, böyük zərər görmədən sürətlə satışın mümkünsüz olduğu korporativ istiqrazların çox olması bankın taleyini həll etdi. Buna görə də depozitlərinin qaytarılmasını tələb edən müştərilərin sayı kiritik həddi keçəndə bankın rəhbərliyi çarəsiz qaldı. Özü də problemlərin əsas hissəsi bazarların artıq bağlı olduğu həftəsonuna tuş gəldi.
Bazar günü, martın 12-də Nyu-Yorkun tənzimləyici orqanları şəhərdə yeləşən, “Silicon Valley” ilə bənzər aktiv struktura malik “Signature” bankını bağlamaq qərarı qəbul etdilər. Nəhayət, çılğın uik-endin sonunda, artıq Avropada bazar ertəsi olarkən Federal xəzinədarlıq, Federal rezerv sistemi və Federal əmanətlərin sığorta korporasiyası birgə bəyanatla çıxış etdilər. Mahiyyət ondan ibarət idi ki, müflis olan bankların bütün əmanətçiləri üçün martın 13-dən etibarən hesablar əlçatan olacaq. Xəzinədarlıq bu məqsəd üçün 25 milyard dollar ayırıb.
Fedrezerv, öz növbəsində, xüsusən SVB-nin iflasından zərər çəkə biləcək digər bankların təcili maliyyələşməsi proqramını işə saldı. Bu proqram çərçivəsində girov kimi “münasib aktiv” göstərə bilən kreditorlara bir ilə qədər kredit təklif olunacaq. Həmin qiymətli kağızlar nominal dəyərlərinə görə qiymətləndiriləcək.
Bütün bu addımlar hələ ki, başqa banklardan əmanətçilərin qaçışını durdurmaq və qiymətli kağızların məcburi satışının qarşısını almaq üçün yetərli görünür. Əks halda həftə birja çöküşü, aksiya və istiqrazların dəyərinin nəzarətsiz ucuzlaşması ilə başlaya bilərdi. Bu da, öz növbəsində, trilyon dollarla ölçülən itkilər demək olacaqdı.
İndiki hadisələrin hamı üçün tam gözlənilməz olduğunu söyləmək olmaz. Belə bir ssenari 2021-ci ilin sonlarında Sergey Aleksaşenko ilə müsahibədə az-çox təfərrüatlı nəzərdən keçirilib. Həmin vaxt ABŞ-da inflyasiya yüksəlməyə başlamışdı və Fedrezerv bazarı dərəcələrin artırılmasına hazırlayırdı. Artıq o zaman məlum idi ki, “sıfır dərəcə” siyasətli, demək olar, müftə kreditlər nəticəsiz keçməyəcək. O dövrdə sırf aşağı faizli yeni kreditlər hesabına mövcud ola bilən “zombi şirkətlər”in bütöv qrupu yaranmışdı. Belə şirkətlər yüksək texnologiyaların Amerika sektorunda xüsusilə çox idilər. “Silikon vadisi bankı”nın iflası da məhz bununla izah olunur.
Bununla belə, artıq indi təsbit emək mümkündür ki, Amerikanının maliyyə hakimiyyəti 2008-ci ilin dərslərini yaxşı öyrəniblər və o vaxt böhranın nəzarətolunmaz inkişafına səbəb olmuş səhvlərdən hazırda səylə yayınırlar. Son 15 il ərzində köpmüş maliyyə “qovuq”larını lokallaşdırmağa və köpünü tədricən, sistemli risklər doğura biləcək gurultulu iflaslar və digər dramatik effektlər olmadan almağa çalışırlar. Bu zaman Amerika iqtidarının ucdantutma hamını xilas etmək niyyətində olmadığını anlamaq prinsipial şəkildə mühümdür.
Etibarlılığın ziddinə mənfəət dalınca qaçan “zombi şirkət”lərin və maliyyə institutlarının səhmdarları pullarını itirəcəklər. Sadəcə maliyyə sisteminin rəqabətə qadir olmayan, ziyanla işləyən müəssisələrdən və banklardan təmizlənməsi prosesi tədricən və nəzarət altında baş verəcək. Belə taktika kifayət qədər uzun müddət ərzində inflyasiyanın daha yüksək həddi ilə nəticələnə bilər.
https://toplum.tv/dunya/pserbiyanin-kennedisi-zoran-cinciccedilin-qetlinden-20-il-oumltduumlp
Bundan əlavə, nisbətən yüksək faiz dərəcələri şəraitində fond və əmtəə bazarları daha əvvəl, Federal rezervin və digər aparıcı ölkələrin Mərkəzi banklarının misilsiz səxavətli dövründə nümayiş etdirdikləri fantastik mənfəətliliyi daha göstərə bilməyəcəklər. Bununla belə, əhali üçün neqativ fəsadlarına baxmayaraq, nəzarət olunan inflyasiya iqtisadiyyatın bütün subyektlərinin – ev təsərrüfatından tutmuş dövlətə qədər – kreditləşməsinin son dərəcə yüksək səviyyəsinin yaratdığı riskləri azaldır. Sadə dillə desək, qiymətlərin ümumi artımı üzündən borclar da dəyərdən düşür.
Bütün bunlar dünyanın qlobal maliyyə böhranından büsbütün sığortalandığı demək deyil. Yaxın illər ərzində maliyyə hakimiyyəti minalanmış sahədə gəzməli olacaq, dərəcələrin artırılması və pul kəsmək zərurəti arasındakı incə xətti axtaracaq. Bir tərəfdən, 2008-ci ildə olduğu kimi, kəskin fazaya düşməmək, digər tərəfdən, inflyasiyanın nəzarətolunmaz yüksəlişindən qaçmaq üçün. Amma yenə də həmin xətti müəyyən etmək 15 il əvvəl olduğundan daha asandır.
Mənbə: Svoboda org
Tərcümə: Yadigar Sadıqlı
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Kılıçdaroğlu prezident seçilsə, Rusiyaya Türkiyənin NATO üzvü olduğunu "xatırlatacaq"
Açıq mənbələrdən götürülüb