am.usembassy.gov
Qreqori Anderson və Patrik Ellisi
ABŞ ordusunun generalları Qreqori Anderson və Patrik Ellisi Ermənistanla birgə həyata keçirilən hərbi təlimi izləmək üçün Ermənistana səfər ediblər.
Toplum TV xəbər verir ki, bu haqda sentyabrın 15-i ABŞ-nin Ermənistandakı səfiri Kristina Kvien yerli mətbuata açıqlamasında bildirib.
Onun sözlərinə görə, generallar səfirlə birlikdə "Qartal Tərəfdaşı - 2023" hərbi təlimini müşahidə edəcəklər.
"Qartal Tərəfdaşı - 2023" təlimi bizim Ermənistanla uzunmüddətli tərəfdaşlığımızın sübutudur və Ermənistanın Kanzas Milli Qvardiyası ilə uzunmüddətli əlaqələri onilliklər boyu davam edən uğurlu sülhməramlı və təhlükəsizlik əməkdaşlığıa əsaslanır”,- səfir qeyd edib.
General-mayor Qreqori Anderson isə açıqlamasında, ABŞ-nin Ermənistana ardıcıl olaraq hərbi yardım göstərdiyini vurğulayaraq nüvə silahına qarşı Yerevanın mövqeyini gücləndirdiyini ifadə edib.
https://toplum.tv/siyaset/pkreml-rusiya-ermenistani-itirmekden-qorxmurp
ABŞ ordusunun 85 hərbçisinin iştirakı ilə keçirilən hərbi təlimlər sentyabrın 11-dən davam edir.
Ermənistan Müdafiə Nazirliyi təlimlərin beynəlxalq sülhməramlı missiyalarda iştirak edən bölmələr arasında qarşılıqlı fəaliyyət səviyyəsinin artırılması məqsədilə keçirildiyini bildirib.
Qeyd edək ki, sentyabrın 20-si başa çatacaq təlimlər Rusiya və İran rəsmiləri tərəfindən birmənalı qarşılanmayıb. Kreml sözçüsü Dmitri Peskov "Qartal Tərəfdaşı - 2023" təlimlərinin regionda sabitliyə töhfə vermədiyini bəyan edib. Həmçinin, İranın xarici işlər naziri Əmir Abdullahiyan xarici qüvvələrin Cənubi Qafqazda olmasının yolverilməz olduğunu açıqlamışdı.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Yaxın Şərqdə müharibə: ABŞ atəşkəs başa çatdıqdan sonra İsrail üçün qırmızı xətlər çəkib
Açıq mənbələrdən götürülüb
Reuters
50 il əvvəlki neft embarqosu: ərəb ölkələri təkrar edə bilərmi?
Tarixçilər Ridli Skott-un "Napoleon" filmini niyə tənqid edirlər?
Vilayət Eyvazov "Abzas Media" işi ilə bağlı açıqlama verib
Korrupsiya ilə bağlı araşdırmalar hazırlayan Abzas Medianın direktoru nədə ittiham olundu?
Trampın yenidən prezident olmaq şansları nə qədərdir?