Dünya

ABŞ-ın Ukraynaya kasetli bombalar verməsinə müttəfiqlər niyə qarşı çıxır?

13 İyul, 2023
736

Açıq mənbələrdən götürülüb

Ukraynaya silah tədarükü

ABŞ-ın Ukraynaya kasetli sursatlar vermək qərarı beynəlxalq aləmdə ciddi rezonans doğurub. Hətta Böyük Britaniya kimi yaxın müttəfiqi belə Vaşinqtonun bu addımının əleyhinə çıxıb. “Meduza” portalı kasetli mərmilər, onun Ukrayna müharibəsinə mümkün təsiri və Rusiyanın potensial cavabı barədə hərbi ekspert Yuri Fyodrova suallar ünvanlayıb.

— Kasetli sursatlar nə deməkdir? Hazırda Ukraynanın malik olduğu sursatlardan prinsipial olaraq nə ilə fərqlənirlər?

— Kasetli sursatlar mərmi, bomba və ya raket başlığı formasında hazırlanan və necə deyərlər, subsursatlarla doldurulmuş konteyner kimi bir şeydir. Subsursatlar stolüstü tennis şarı və ya qolf topu boyda, partlayıcı doldurulmuş kürəciklərdir. Hədəfə yaxınlaşarkən saniyənin yüzdə bir müddəti ərzində konteyner partlayır və həmin subsursatları tullayır. ATACMS tipli raket başlığının təxminən 950 belə kürəciyi olur, iri kalibrli artilleriya mərmisi və və aviasiya bombası 75-dən 350-yə qədər kürəciyə malik olur.

Yerə toxunarkən bu subsursatlar partlayır və əhatə zonasında – bu da 50-100 metr radiuslu dairədir – canlı heç nə qalmır. Əhatə zonasının ölçüsü konteynerdəki partlayıcının gücündən asılıdır.

Kassetli bombalar 100-dən çox ölkədə qadağan olunub - AFP

— Ən azı Rusiya tərəfi, şahidlərin dediklərinə görə və araşdırmalara əsasən, kaset mərmilərindən istifadə edir. Ukraynanın özünün bu tip sursatları varmı?

— Rusiyada belə sursatların olması şübhəsizdir. Təsadüfi deyil ki, həmin növ sursatların qadağan edilməsi haqqında beynəlxalq konvensiyaya qoşulmayıb. Ukrayna da onu imzalamayıb: ola bilər, sovet dövründən bir şeylər qalıb. Bəlkə də yox, demək çətindir.

Müharibədən əvvəl Ukraynada bir neçə iri sursat anbarı partladıldı, görünür, Rusiya agenturası işləyirdi. Ukraynanın indi sursat çatışmazlığı yaşamasının səbəblərindən biri budur. Əlbəttə, bütün ehtiyatlar partladılmadı, amma bir hissəsi – hə.

— Yeni sursatlar Ukraynaya hansı üstünlüklər qazandıracaq?

— Kaset mərmisinin əhatə zonası iri kalibrli adi artilleriya mərmisində olduğundan 10-20 dəfə çoxdur. Deməli, əgər belə sursatla düşmənin canlı qüvvəsinin toplaşdığı yerə və ya hücum edən qüvvələrə atəş açılarsa, adi sursatla müqayisədə qat-qat daha çox əsgər və zabit öldürmək mümkün olacaq.

Doğrudur, Ukraynanın bu sursatlardan 1991-ci il sərhədləri daxilindəki “Rusiyanın qanuni əraziləri”nə qarşı istifadə etməyəcəyi vədi var. Ancaq Krım, Donbas, Zaporojye və başqa işğal olunmuş ərazilərlə bağlı heç bir məhdudiyyət yoxdur.

— ABŞ kasetli sursatlar verməyə niyə məhz indi razı olub?

— Birləşmiş Ştatların Ukraynaya müəyyən silah növlərini niyə daha əvvəl, müharibənin lap əvvəlindən vermədiyini, Ukraynanın indi istədiyi silahların da hamısının hələ niyə verilmədiyini soruşmaq daha asan olardı. Bu, Ştatların siyasətidir – onların hakim dairələrində Ukraynaya həddən artıq, Rusiya ordusunu darmadağın edəcək qədər yardım edilməsinin əleyhinə olanlar var.

Onlar Koreya tipli müəyyən razılaşmanın əldə olunmasında maraqlıdırlar. Bu ssenari işğal edilmiş ərazilərin müəyyən hissəsinin Rusiyada qalmasını nəzərdə tutur. Həmin ssenarinin müəlliflərinin fikrincə, Rusiyanın darmadağın edilməsi ya Putini nüvə silahı işlətməyə sövq edər, ya da ölkənin dağılmasına, hərc-mərcliyə səbəb olar. Parçalanan Rusiya nüvə silahı üzərində nəzarəti itirər və həmin silah tamamilə məsuliyyətsiz adamların əinə keçər. Onlar da necə davranacaqlar, Allah bilir. Məntiq belədir.

— Eyni zamanda ABŞ müttəfiqlərinin neqativ reaksiyasını görürük. Ukraynaya kasetli sursatlar verilməsinə Böyük Britaniya, Kanada, Yeni Zelandiya və İspaniya qarşı çıxır. Bu, ABŞ-ı öz planlarından imtinaya vadar edə bilərmi?

— İstisna etmək olmaz, amma əgər Bayden qərar qəbul edibsə, düşünürəm ki. Rişi Sunak və digər müttəfiq ölkə liderləri ilə söhbətlərdə öz mövqeyini qoruya biləcək. Təchizatın həcmi – bu, başqa məsələdir, müzakirə oluna bilər.

Qərarın tənqidçiləri belə sursatların beynəlxalq konvensiya ilə qadağan olunması arqumentindən istifadə edirlər. Başqa nə deyə bilərlər ki? Onlar konvensiyanı imzalayıblar və əgər malik idilərsə, həmin növ sursatları ləğv etməli idilər. Belə çıxır, ABŞ onların mövqeyini nəzərə almır, onlar da bunda öz mövqelərinə qarşı saymazyana münasibət görürlər.

— Tədarükün nə vaxt başlanacağı və tənqidçilərin mövqeyinin həmin tarixə nə qədər təsir edəcəyi barədə təsəvvür varmı?

— Məndə elə təsəvvür yoxdur, heç bir tarixə rast gəlməmişəm. Əgər sursatlar Birləşmiş Ştatların arsenalında varsa, ilk partiyaların 2-2,5 həftədən sonra gəlməsi texniki baxımdan mümkündür.

Amma siyasi qərarlar da mümkündür – Vaşinqtonda “gəlin gözləyək, bu pasifistlər sakitləşsinlər və diqqətləri başqa şeyə yönəlsin”  deyərək tədarükü ləngidə bilərlər. Qərb ölkələrinin liderləri tez-tez sol pasifist intellektual elitanın təsiri altında hərəkət edirlər.

İstifadə olunmuş rus raketləri - The Washington Post

— Kasetli sursatlardan istifadə Ukrayna üçün hansı neqativ nəticələr doğura bilər? Faktiki öz ərazisini minalayır: bəzən subsursatlar partlamır və yerdə qalırlar. Həmin sursatların effekti bu risklərə dəyərmi?

—Əgər həmin sursatlar Ukraynada peyda olsalar, təmas xətti yaxınlığında yerləşən Rusiya qüvvələrinə qarşı istfadə olunacaqlar, döyüşlərin getdiyi ərazilərdə. Həmin zona onsuz da minalarla doludur, həm Rusiya, həm Ukrayna tərəfdən. Beləliklə, burada yeni bir şey yoxdur. Partlamayan kürələrin payı 10-15 faizdir. Hə, onlar ümumi minalanmanı çoxaldacaqlar.

— Ukraynaya kasetli sursatların verilməsinə Rusiya necə reaksiya verə bilər? Aqressiyanın yeni eskalasiyasını tətikləməsi riski varmı?

— Rusiyanın təkcə nüvə silahından istifadəsi qalıb. Bunu da nüvə müharibəsində sağ çıxacaqlarına ümid edən bəzi rus “intellektuallar” arzulayırlar. Amma bu illüziyadır: əgər Rusiya nüvə silahı işlətsə, cavab zərbəsi ilə yer üzündən silinəcək.

Bəs Rusiya əsl həqiqətdə nə edə bilər? Əslində heç nə. Edə bildiyi hər şeyi artıq edir, nüvə qəzası – Zaporojye stansiyasında nüvə qəzasının təşkili – istisna olmaqla. Ya da Dneprdəki bəndlərin dağıdılması. Amma bu, yeri gəlmişkən, çətin işdir, Rusiyanın bunu etməsi asan deyil. Keçmiş SSRİ-də İkinci dünya müharibəsindən sonra inşa olunan bəndlər və digər strateji tikililər nüvə müharibəsi ehtimalı nəzərə alaraq tikilib. Beləcə düşünürəm ki, Rusiyanın cavab tədbirləri siyahısı çox məhduddur. Onlar, məncə, ümumiyyətlə, tükənib.

Tərcümə: Yadigar Sadıqlı


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Navalnı ilə vidalaşma mərasimində izdiham yaşanıb

1 Mart 2024

Sosial Media

Rusiyalı mərhum siyasətçi Aleksey Navalnının dəfn mərasimi bu gün Moskva yaxınlığındakı Müqəddəs Məryəmin İkonası Kilsəsində baş tutub. Toplum TV "Meduza" onlayn nəşrinə istinadən xəbər verir ki, kilsədəki vidalaşma mərasiminə yalnız qohumlar və yaxınlar buraxılıb. Açıq tabut mərasimindən sona tabut kilsədən çıxarılıb və qəbiristanlığa aparılıb. Vidalaşma mərasiminin 20 dəqiqədən də az çəkdiyi bildirilib.  Mərasim vaxtı ərazidə çox sayda polis nəzərə çarpıb, kilsə ərazisi metal hasarlarla əhatə olunub. Navalnı ilə vidalaşmaq istəyənlərin sırasının isə bir kilometrdən çox uzandığı qeyd olunub.  Əraziyə toplaşan insanlar vaxtaşırı "Navalnı!" və "Biz bağışlamayacağıq!" kimi şüarlar səsləndiriblər.  ABŞ-ın Rusiyadakı səfirinin, həmçinin Almaniya və Fransa səfirlərindən ibarət nümayəndə heyətinin...
Dünya

Ermənistan Rusiya sərhədçilərinin çıxarılması məsələsini müzakirə edir

1 Mart 2024

Açıq mənbələrdən götürülüb

Ermənistan rəhbərliyi rus sərhədçilərinin Yerevanın "Zvartnots" hava limanından çıxarılması məsələsini müzakirə edir. Toplum TV xəbər verir ki, bu barədə martın 1-də jurnalistlərə açıqlamasında parlamentdəki hakim “Vətəndaş müqavilə” fraksiyasının katibi Artur Hovhannisyan bildirib. “Bu məsələ həm bizi, həm də cəmiyyətimizin əksəriyyətini narahat edir. Partiyamız daxilində müzakirələr gedir, lakin hələlik heç bir qərar yoxdur”, - Hovhannisyan açıqlamasında bildirib.  Rusiya sərhədçilərinin hava limanından çıxarılması ehtimalını fraksiyanın digər deputatı Vladimir Vardanyan da şərh edib. O qeyd edib ki, ölkənin hava sərhədləri Ermənistan silahlı qüvvələri tərəfindən qorunmalıdır. https://toplum.tv/dunya/psimonyan-ermenistanin-ktmt-de-istirakini-dondurmasina-aydinliq-getiribp Qeyd edək ki, fevralın 27-də Ermənistan Parlamentinin spikeri Alen Simonyan bildirmişdi ki, rus sərhədçiləri "Zvartnots" hava limanını...

Seçilmiş Videolar

Toplum TV loqo