Açıq mənbələrdən götürülüb
ABŞ - Ermənistan
USAİD-in (ABŞ Beynəlxalq İnkişaf Agentliyi) direktoru Samanta Pauer və ABŞ Dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə müavini vəzifəsini icra edən Yuri Kim Ermənistana səfər ediblər.
Toplum TV xəbər verir ki, bu haqda sentyabrın 25-i ABŞ-ın Ermənistandakı səfirliyi məlumat yayıb.
Səfirlik açıqlamasında, bu səfərin ABŞ-nin Ermənistanın suverenliyinə, müstəqilliyinə, ərazi bütövlüyünə, demokratiyasına dəstəyini bir daha təsdiqlədiyinin ifadəsi olduğunu bəyan edib.
Vaşinqton rəsmilərinin gəlişi, həmçinin erməni sakinlərin Qarabağda son hərbi əməliyyatlar zamanı yaranmış humanitar ehtiyaclarının həll olunması üçün olduğu diqqətə çatdırlıb.
https://toplum.tv/siyaset/pkreml-qarabagin-kime-malik-olmasi-meselesi-hell-olundup
Səfirlik rəsmi Vaşinqtonun Qarabağdakı humanitar vəziyyətlə bağlı hesabatlardan dərin narahat olduğunu və Qarabağa beynəlxalq humanitar təşkilatlarının, habelə kommersiya tranzitlərinin maneəsiz hərəkətinin bərpa olunmasına çağırdığını vurğulayıb.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
drive.com
Açıq mənbələrdən götürülüb