Dünya

ABŞ İsrailin Qəzzanı yenidən işğal etməsini dəstəkləmir

Toplum TV
17 Noyabr, 2023
188

Açıq mənbələrdən götürülüb

Entoni Blinken

Birləşmiş Ştatlar İsrailin baş naziri Benyamin Netanyahuya Qəzza zolağının İsrail ordusu tərəfindən yenidən işğalının qeyri-mümkün olduğunu bildirib.

Toplum TV xəbər verir ki, bu barədə noyabrın 16-da ABŞ-ın dövlət katibi Entoni Blinken ABC televiziyasına müsahibəsində bildirib.

“Biz tamamilə açıq şəkildə bildirdik ki, Qəzza zolağının İsrail tərəfindən yenidən işğalı qeyri-mümkündür. Qəzza Fələstinin nəzarəti altında olmalıdır”.

https://toplum.tv/dunya/pzelenski-israil-hemas-muumlnaqisesine-goumlre-ukraynaya-silah-tedaruumlkuuml-azalibp

Bundan əvvəl amerikalı jurnalist, Pulitzer mükafatı laureatı Seymur Herş bildirmişdi ki, İsrail münaqişə bitdikdən sonra Qəzza zolağının Fələstin Milli Administrasiyası tərəfindən idarə olunmasını istəyir və bu qurumun rəhbərliyi yəhudi dövləti tərəfindən təsdiqlənəcək. Jurnalistin mənbələrinin qeyd etdiyi kimi, İsrail Misirlə sərhədə və Qəzza zolağına insanların gediş-gəlişinə də nəzarət etməyi planlaşdırır. Eyni zamanda Herş vurğulayıb ki, Netanyahunun məqsədi HƏMAS-ı tamamilə məhv etməkdir.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

"Tesla"nın elektrik yük maşını "Sibertrak" satışa çıxarılıb

Toplum TV
1 Dekabr 2023

drive.com

"Tesla" şirkəti "Sibertrak" (Cybertruck”) elektrik yük maşınının tədarükünə başladığını elan edib. Toplum TV “The Financial Times” nəşrinə istinadən xəbər verir ki, elektrikli avtomobilin qiyməti 60,990 dollardan başlayır. Tədarükünün başlanması ilə bağlı keçirilən tədbirdə çıxış edən "Tesla"-nın qurucusu Elon Mask futuristik dizaynlı yeni elektrikli pikapın “yolların simasını dəyişəcəyini” bildirib.   https://toplum.tv/dunya/pelon-mask-anti-semitizm-ittihamlarindan-sonra-israile-sefer-edibp "Sibertrak", "Tesla"-nın pikap bazarında ilk addımıdır.  Bununla belə, "The Financial Times" qeyd edir ki, "Tesla" iki ildir  "Sibertrak" buraxmağa hazırlaşdığı vaxtda "Ford" və "General Motors" da daxil olmaqla, digər istehsalçıların elektriklə işləyən pikapları bazara daxil olub.
Dünya

Navalnıya qarşı yeni cinayət işi açılıb 

Toplum TV
1 Dekabr 2023

Açıq mənbələrdən götürülüb

Rusiyada həbsdə olan siyasətçi Aleksey Navalnıya yeni cinayət işi açılıb. O, "vandalizm"də ittiham olunur Toplum TV xəbər verir ki, bu barədə dekabrın 1-də siyasətçinin Telegram-kanalı məlumat verib.  "Meduza.io"-nun yazdığına görə, Navalnıya Rusiya Federasiyası Cinayət Məcəlləsinin 214-cü maddəsi üzrə ittiham irəli sürülüb. Bu maddənin 2-ci bəndində “bir qrup şəxs tərəfindən, habelə siyasi, ideoloji, irqi, milli və ya dini nifrət və ya ədavət, yaxud hər hansı sosial qrupa qarşı nifrət və ya düşmənçilik motivləri ilə törədilmiş əməllər” nəzərdə tutulur. https://toplum.tv/dunya/pzelenski-ukraynanin-eks-huumlcumunun-ugurlu-olmadigini-etiraf-edibp Bu maddə üzrə üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək məcburi əmək və ya eyni müddətə azadlıqdan məhrum etmə cəzası...

Seçilmiş Videolar

Toplum TV loqo