Dünya

ABŞ-Rusiya məxfi danışıqları yayılıb

Yadigar Sadıqlı
13 Fevral, 2023
1234

Açıq mənbələrdən götürülüb

Bill Klinton və Boris Yeltsin

Corc Vaşinqton Universiteti yanında Milli Təhlükəsizlik Arxivi Rusiya ilə bağlı 1993-cü ilə aid üç sənədin məxfiliyini aradan qaldıraraq çap edib. Bunlardan biri səlahiyyətlərinin icrasına başlayan Bill Klintonun Boris Yeltsinlə ilk danışığının stenoqramıdır. İkincisi vəzifəsindən gedən dövlət katibi Lourens İqlbergerin xələfi Uorren Kristoferə tövsiyələridir. Üçüncü sənəd Rusiya üzrə mütəxəssis Stroub Telbottun Rusiya xarici işlər naziri Andrey Kozırevlə görüş ərəfəsində Uorren Kristofer üçün hazırladığı xidməti qeydlərdir.

Toplum TV “Meduzo.io”-da yayımlanan materialı təqdim edir.

Klinton və Yeltsin

Bill Klintonun ABŞ Prezidenti statusunda Boris Yeltsinlə ilk telefon danışığı 1993-cü il yanvarın 23-də, Klintonun andiçməsindən üç gün sonra baş tutub. Buna qədər Yeltsin və Klinton 1992-ci ilin iyununda Rusiya Prezidentinin ABŞ səfəri əsnasında şəxsən görüşmüşdülər. O vaxtlar Klinton Demokratlar Partiyasından namizədlər yarışında lider idi.

Klinton telefon danışığına prezidentliyi dövründə ABŞ-ın xarici siyasətində Rusiyaya “maksimum prioritet” veriləcəyini vəd etməklə başlayıb: “Biz Rusiyaya demokratik islahatlar keçirməkdə var qüvvəmizlə kömək etmək niyyətindəyik. Gözstərdiyimiz iqtisadi yardımın mümkün olan qədər faydalı olmasına çalışacağıq”.

ABŞ prezidenti həm də Rusiyanın Paris klubuna borclarının ödənişinin təxirə salınmasına yardım göstərəcəyini vəd edib.

Klinton həm də Bosniya və İraq kimi beynəlxalq məsələlərdə Rusiya ilə əməkdaşlığın mühümlüyünü vurğulayıb. Yeltsin əməkdaşlığa hazır olduğunu təsdiqləyib, amma Yuqoslaviya məsələsini NATO tərəfindən hərbi müdaxilə ilə deyil, BMT-nin iştirakı ilə siyasi yolla həllinə ümid etdiyini bildirib.

https://toplum.tv/dunya/prusiyanin-ne-qeder-rezervi-var-ve-ne-vaxta-qeder-kifayet-edecekp

Danışıq zamanı Rusiya rəhbəri prezidentlərin “fevraldan gec olmayaraq” görüşməli olduqlarını iddia edir: “Düşünürəm ki, bütün dünya bu görüşü gözləyir, belə ki, Amerika Prezidenti [Rusiyaya ilə bağlı] siyasətə dəyişikliklər edər, eyni zamanda bizim siyasətin ümumi vektorunu və məni dəstəkləyə bilər”.

Klinton Yeltsinə cavab verir ki, əvvəlcə ölkədaxili məsələlərə diqqət ayırmalıdır, - məsələn, Konqresə illik müraciətlə çıxış etməlidir, - bundan dərhal sonra isə Yeltsinlə görüşməyə hazırdır.  Prezidentlər üçüncü ölkənin ərazisində görüşmək barədə razılaşırlar, bu zaman Yeltsin seçimi Klintona buraxır. Nəticədə görüş martda Kanadanın Vankuver şəhərində baş tutur.

“Əminəm ki, biz Rusiya və ABŞ arasında maksimum yaxın əməkdaşlığa nail ola bilərik”, - Klinton söhbətin sonunda söyləyir. ABŞ Milli arxivi stenoqrama yazılan şərhdə qeyd edir ki, bu, Yeltsinin məhz eşitmək istədiyi söz idi: “Ağ Evin əvvəlki administrasiyası ilə yaxınlaşmağa çalışan, amma Buş ilə bun nail ola bilməyən Rusiya Prezidenti üçün “əməkdaşlıq” sehrli söz idi”.

Gedən dövlət katibindən yenisinə

İkinci sənəd 1993-cü il yanvarın 5-də yazılıb. Bu məktubda İqlberger ABŞ xarici siyasətinin əsas istiqamətlərindən bəhs edir və potensial təhlükələr üzərində dayanır. “Dünya inqilabi dəyişikliklərin qızğın dövründədir. Bu zaman siz həm yeni dünya düzəni yaratmaq üçün tarixi fürsətlərlə, həm də problemlər toplusu ilə qarşılaşacaqsınız”, - köhnə dövlət katibi məktubuna belə başlayır və bildirir ki, ABŞ 50 il ərzində ilk dəfə “qlobal silahlı düşmənlə üz-üzə deyil”.

İqlberger yeni fürsətlər arasında “dəyişən Rusiyanın və şərqi avropalıların tədricən stabil Avropa sisteminə daxil edilməsi”ni göstərib. Mümkün problemlər sırasında “Rusiyanın öz ucqarında olan istənilən dövlətlə”, o cümlədən Ukrayna ilə hərbi konfliktini qeyd edib, bu zaman Ulrayna ilə toqquşma “ən ehtimal olunan olmasa da, ən təhlükəli” kimi səciyyələndirib.  Bundan əlavə, İqlberger Belarus, Qazaxıstanın və Ukraynanın nüvəsizləşmə barədə öhdəliklərindən imtina edə biləcəklərinə toxunub.

Daha sonra İqlberger yazır ki, keçmiş sosialist ölkələrinin “bazar münasibətlərinə meylli, beynəlxalq birliyin məsuliyyətli üzvünə” transformasiyaları ABŞ-ın özünün təhlükəsizliyinə ən yaxşı təminatdır. Bu zaman o bildirir ki, bu dövlətlərin, xüsusən də Rusiyanın avtoritarizmə meyl etməsi ehtimalından narahatdır. Dövlət katibi öz xələfinə Moskvadan dost davranışı gözləntilərində çox nikbin olmamağa çağırır: Rusiya daxilində müxaifətin artan basqısı fonunda Boris Yeltsin Balkan məsələsində daha az üzüyola olacaq, Qərbdən asılı olmadan davrandığını göstərəcək.

İqlberger öz yazısında Rusiya istiqamətində üç əsas məsələni qabardır:

ABŞ sovet nüvə arsenalı məsələsini mümkün qədər tez həll etməlidir və bütün silahların Rusiyada cəmlənməsinə, Belarus, Qazaxıstan və Ukraynanın nüvəsizləşmə ilə bağlı öhdəliklərini yerinə yetirmələrinə nail olmalıdır;

ABŞ Rusiyadakı iqtisadi islahatları dəstəkləməlidir, çünki “əgər səxavətli yardım göstərməsək, tarix bizə xor baxacaq”. İqlbergerin təsvir etdiyi strategiyada rusiyalıların ABŞ-da təhsilinə yardım və RF-da yerli biznesə texniki köməklik mühüm komponent təşkil edir;

Rusiya sərhədlərindəki etnik konfliktlərin qaynar fazaya keçməməsi üçün ABŞ Yeltsinə və davamçılarına kömək etməlidir: “Rus azlıqlarına  təhdidlərin Rusiyadakı demokratlar üçün problem olmasını istəmirik, amma Rusiyanın imperiya nəzarətinin bərpasını da arzulamırıq”.

İqlberger həm də başqa keçmiş SSRİ respublikaları ilə qarşılıqlı münasibətlərin əsas məqamlarına toxunub. Ukraynaya “bizim Rusiya ilə münasibətlərimizin əlavəsi” kimi yox, müstəqil oyunçu kimi yanaşmağı tövsiyə edir. Baltik respublikalarının “rus azlıqların hüquqları ilə bağlı məsələdə daha comərd” olmalarını təmin etməyi məsləhət görür. Mərkəzi Asiyada “nüvə silahına malik və əhalisinin 45 faizi rus olan” Qazaxıstana xüsusi diqqət yetirməyi təklif edir. Başqa ölkələr isə, İqlbergerə görə, hələ uzun müddət siyasi və iqtisadi baxımdan qeyri-sabit olacaqlar.

“Rusiyada islahatların uğuru keçmiş SSRİ-nin digər ölkələrində islahatların uğuruna təminat verə bilməz. Amma Rusiyada islahatlar uğursuz olarsa, bu, bütün keçmiş sovet imperiyasındakı islahatların uğursuzluğu demək olacaq”, - Lourens İqlberger öz məktubunun sonunda belə yazır. 

Müşavirdən yeni dövlət katibinə

ABŞ Milli arxivi öz şərhində qeyd edir ki, Telbottun Kristofer üçün hazırladığı 1993-cü il 6 fevral tarixli sənəd Klinton administrasiyasının Rusiyada islahatlara nə qədər önəm verdiyini göstərir. Bundan əlavə, həm Telbottun özünün, həm də Bill Klintonun Rusiyanın demokratikləşməsi prosesinə şəxsən nə qədər “presedenti olmayan səviyyədə”cəlb olunduqlarını anlamağa kömək edir.

https://toplum.tv/siyaset/prusiya-nefti-ldquosu-qiymetinerdquo-ndash-iqtisadiyyat-nece-tab-getirecekp

Telbott yazır ki, “hərçənd, Rusiya və keçmiş SSRİ respublikaları dünyada ən böyük və ən təhlükəli siyasi qarmaqarışıqlıq” olsalar da, o, hesab edir ki, ABŞ tərəfindən Rusiya islahatlarına yetərincə yüksək səviyyəli dəstək sayəsində “işıqlı gələcək” tezliklə gələ bilər.

Telbott SSRİ-nin dağılmasının sadəcə “Rusiyada ikinci inqilab” olmadığını, eyni zamanda baş verən üç inqilab olduğunu vurğulayır: totalitarizmdən demokratiyaya keçid, planlı iqtisadiyyatdan bazar iqtisadiyyatına keçid və imperiyadan milli dövlətə keçid.  Diplomatın fikrincə, Rusiyanın hər üç istiqamətdə qazandığı nisbi uğurlar “dövrümüzün nəhəng siyasi möcüzəsindən başqa bir şey deyildir”.

“Əgər bu, davam edərsə, pozitiv təsirinə görə bizim öz ölkəmizin, öz sistemimizin yaranması və dünyadakı rolumuz ilə müqayisə oluna bilər”, - Telbott yazısını belə yekunlaşdırır.

Tərcümə: Yadigar Sadıqlı


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

NATO Ukraynanın Rusiyaya hücumlarına haqq qazandırıb

Toplum TV
1 İyun 2023

Açıq mənbələrdən götürülüb

"Kiyevin özünü müdafiə etmək hüququ var" Toplum TV xəbər verir ki, bunu iyunun 1-də NATO-nun baş katibi Yens Stoltenberq Rusiyaya təşkil olunan hücumlarla bağlı açıqlamasında bildirib.  Stoltenberq vurğulayıb ki, NATO-nun mövqeyi dəyişməzdir: Kiyevin özünü müdafiə etmək hüququ var.   “Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsi beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Özünümüdafiə hüququ BMT Nizamnaməsində təsbit olunub”, - deyə o qeyd edib.  Baş katibin sözlərinə görə, Ukraynaya dəstək NATO-nu münaqişə tərəfi etmir: "NATO-nun iki vəzifəsi var: Ukraynanı dəstəkləmək və Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsinin bu ölkədən kənara çıxmasının qarşısını almaq”. https://toplum.tv/dunya/pmoskvaya-dron-huumlcumu-rusiya-ukraynani-ittiham-edirp Bundan əvvəl Ağ Ev Rusiya daxilinə hücumları dəstəkləmədiyini bildirmişdi.  "Vaşinqton Ukraynaya...
Dünya

Kiyevə gecə hücumu: ölənlər və yaralılar var

Toplum TV
1 İyun 2023

Açıq mənbələrdən götürülüb

Rusiyanın mayın 31-dən iyunun 1-də keçən gecə Kiyevə raket hücumu nəticəsində 1-i uşaq olmaqla 3 nəfər ölüb, 11 nəfər yaralanıb. Toplum Tv "Guardian" nəşrinə istinadən xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.  Bildirilir ki, hücum zamanı Rusiya “İsgəndər-M” ballistik raketlərindən və “İsgəndər-K” qanadlı raketlərindən istifadə edib. Onların hamısının zərərsizləşdirildiyi bildirilsə də, yerə düşən qalıqların dağıntılar yaratdığı qeyd olunub.  https://toplum.tv/dunya/pag-ev-rusiya-daxiline-huumlcumlari-desteklemirp Kiyev meriyasının məlumatına görə, dağıntıların böyük hissəsi Kiyevin şərqindəki Desnyanski rayonunda baş verib. Sursat qalıqları uşaq xəstəxanası və yaşayış binasının üzərinə düşüb, 2 məktəbə və 1 polis idarəsinə ziyan dəyib. İkinci hadisə Dniprovski rayonunda baş verib, 1...

Seçilmiş Videolar

Toplum TV loqo