Dünya

ABŞ Rusiyanın kosmosa nüvə silahı yerləşdirəcəyindən narahatdır

19 Fevral, 2024
590

Açıq mənbələrdən götürülüb

Kosmos

ABŞ dövlət katibi Antoni Blinken Münhen Təhlükəsizlik Konfransında Çin və Hindistanın xarici işlər nazirləri ilə görüşü zamanı Rusiyanın kosmosda nüvə silahı yerləşdirməsi imkanlarını müzakirə edib.  

Toplum TV xəbər verir ki, bu barədə fevralın 18-də “The New York Times” mənbələrinə istinadən məlumat yayıb.

Nəşrin həmsöhbətlərinin sözlərinə görə, Blinken danışıqlar zamanı bildirib ki, məhz Pekin və Dehli Moskvanı mümkün planlardan çəkindirməlidir. 

Dövlət Departamenti rəhbərinin sözlərinə görə, kosmosda nüvə silahından istifadə təkcə Amerikanın deyil, həm də Çin və Hindistan peyklərinin məhvi ilə nəticələnə bilər.

Bu həftənin əvvəlində ABŞ rəsmiləri Rusiyanın peyk əleyhinə silahlar hazırladığını xəbər vermişdilər. 

"The New York Times" nəşrinin mənbələrinə görə, Blinkenin Çin xarici işlər naziri Vang Yi və Hindistanın xarici işlər naziri Subrahmanyam Cayşankar ilə görüşlərində nə qədər kəşfiyyat məlumatı paylaşdığı aydın deyil. Qəzet qeyd edir ki, bəzi kəşfiyyat rəsmiləri məlumatların çox açıqlanmasının əleyhinədirlər.

Qeyd edək ki, 1967-ci ildə ABŞ, Böyük Britaniya və Sovet İttifaqı tərəfindən imzalanmış Kosmos Müqaviləsinə əsasən, nüvə silahlarının və ya hər hansı digər kütləvi qırğın silahlarının Yerin orbitində, Ayda və ya hər hansı digər göy cismində və ya kosmosda bir stansiyada quraşdırılması qadağandır.  

Ağ Ev rəsmiləri qorxurlar ki, Rusiya müqaviləni pozarsa, Şimali Koreya kimi digər ölkələr də buna cəhd edə bilər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa Prezidenti Emmanuel Makron Avropa dövlət başçılarına Ukrayna məsələsində qorxaqlıq etməmək barədə çağırış edib.  Toplum TV xəbər verir ki, Makron bu barədə Çexiyaya səfəri zamanı Praqada həmvətənləri qarşısında çıxış edərkən bildirib.  "Avropada qorxaqlıq etməməyin vacib olduğu bir məqama yaxınlaşırıq. Bizi gözləyən dramlardan danışmaq həmişə çətindir. Amma düşünürəm ki, Fransa da, Çexiya da baş verənləri anlayır. Müharibə torpaqlarımıza gəlib çatıb, dayandırılması qeyri-mümkün olan qüvvələr bizə qarşı hücum təhlükəsini genişləndirməkdə davam edir", - deyə o bildirib.  https://toplum.tv/dunya/pputin-qerbi-hedeleyib-facievi-neticeleri-olacaqp Xatırladaq ki, Fransa Prezidenti fevralın 26-da Parisdə Ukraynaya dəstək üçün keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini bildirmişdi: "Bu gün quru...
Dünya

Fransa abort hüququnu konstitusiyaya salan ilk ölkə olub

5 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa qadınların abort hüququnu öz Konstitusiyasına salan ilk ölkə olub.  Toplum TV xəbər verir ki, qərar, lideri olduğu "Renessans" partiyası ilə birlikdə düzəlişlərin müəllifi olan Prezident Emmanuel Makron tərəfindən hərarətlə qarşılanıb. Fransa Parlamentinin sədri Yael Braun-Pive bildirib ki, 780 deputat təşəbbüsün lehinə, 72-si isə əleyhinə səs verib. https://toplum.tv/dunya/pquotpolitikoquot-fransa-nato-ya-qosunlarin-ukraynaya-goumlnderilmesini-teklif-edibp "Reuters" xəbərinə görə, parlamentin iclasında spikerin açıqlaması alqışlarla qarşılanıb. Dəyişiklik Konstitusiyanın 34-cü maddəsinə əlavə ediləcək. 

Seçilmiş Videolar

Toplum TV loqo