Dünya

ABŞ Ukraynaya 2,5 milyard dollarlıq yeni yardım paketini açıqladı

Toplum TV
20 Yanvar, 2023
117

Açıq mənbələrdən götürülüb

Stryker

ABŞ Prezidenti Co Bayden zirehli texnika və hava hücumundan müdafiə vasitələrindən ibarət 2,5 milyard dollarlıq yeni hərbi yardım paketini təsdiqləyib. 

Toplum TV xəbər verir ki, bu barədə Pentaqon məlumat yayıb.

Bildirilir ki, yeni paketə aşağıdakılar daxildir:

- 8 "Avenger" hava hücumundan müdafiə sistemi,
- 59 "Bradley" piyada döyüş maşını,
- 90 "Stryker" zirehli personal daşıyıcısı,
- 53 təkərli minadan müdafiə zirehli texnikası (MRAP).

https://toplum.tv/dunya/pzelenski-putinle-danismaq-istemir-ccediluumlnki-onun-quotsag-olub-olmadiginaquot-emin-deyilp

Yeni yardım paketi dünən, yanvarın 19-da Ukraynaya əlavə yardımın müzakirə olunacağı beynəlxalq koalisiyanın Almaniyada keçiriləcək növbəti iclasından bir gün əvvəl elan edilib.

Pentaqon qeyd edir ki, 2021-ci ilin avqustundan bəri 30-cu dəfə Ukraynaya tədarük edilməsi üçün ABŞ Müdafiə Nazirliyinin ehtiyatlarından silah-sursat çıxarılıb.

Ümumilikdə, Vaşinqton indiki ABŞ prezident administrasiyası fəaliyyətə başlayandan bəri Kiyevə 27,4 milyard dollardan çox yardım vəsaiti ayırıb. Ən böyüyü yanvarın əvvəlində baş tutan üç milyard dollarlıq yardım paketi idi.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Pakistanın keçmiş baş naziri İmran Xan nədə ittiham edilir?

Yadigar Sadıqlı
17 Mart 2023

Açıq mənbələrdən götürülüb

Martın 15-də Pakistan məhkəməsi polisə keçmiş baş nazir, indi müxalifət lideri İmran Xanın həbs cəhdlərini dayandırmaq barədə göstəriş verib. BBC bildirir ki, bu addım ölkədəki gərginliyi azaltmaq məqsədilə atılıb. Keçmiş baş nazirin yüzlərlə tərəfdarı iki gün ərzində onun həbsə alınmasına imkan vermirdilər və gözyaşardıcı qazdan, su şırnaqlarından istifadə edən polislə şiddətli toqquşmalara girirdilər. Həbsin dayandırılması barədə göstərişdən az sonra İmran Xan evdən çıxaraq tərəfdarları ilə şəkil çəkdirib. Pəncab vilayətinin yüksək çinli məmurlarından biri deyib ki, həbsin təxirə salınması ölkənin əsas idman tədbirinin – kriket üzrə superliqanın finalının keçirilməsi ərəfəsində asayişi bərpa etmək zərurətindən doğub. Final martın 19-da Xanın evindən bir...
Dünya

Kılıçdaroğlu prezident seçilsə, Rusiyaya Türkiyənin NATO üzvü olduğunu "xatırlatacaq"

Toplum TV
17 Mart 2023

Açıq mənbələrdən götürülüb

Kamal Kılıçdaroğlu Türkiyədə keçirilən prezident seçkilərində qalib gəlsə, Moskvaya Türkiyənin NATO-nun üzvü olduğunu xatırladacaq.  Toplum TV xəbər verir ki, bunu Türkiyə müxalifətinin vahid namizədi Kamal Kılıçdaroğlunun müşaviri Ünal Çeviköz “Politico” nəşrinə verdiyi müsahibədə deyib. Müsahibəsində o, Türkiyənin Rusiya ilə Ukrayna arasında vasitəçi rolunu davam etdirəcəyini, amma Kılıçdaroğlu hakimiyyətə gələrsə, Türkiyənin Rusiya Federasiyası ilə “bərabər münasibətlərə” can atacağını bildirib. Onun sözlərinə görə, Ankara İsveç və Finlandiyanın NATO-ya üzv olmasına da mane olmayacaq. https://toplum.tv/dunya/perdoganin-prezidentliye-namizedliyi-tesdiqlendip Hazırda müharibə səbəbindən Rusiyanı tərk edən vətəndaşlar fəal şəkildə Türkiyədə mülk alırlar. Ünal Çeviköz müsahibəsində onu da qeyd edib ki, əgər Kılıçdaroğlu seçkilərdə qalib gələrsə, əcnəbilərin Türkiyədə ən...

Seçilmiş Videolar

Toplum TV loqo