Dünya

Ağ Ev Rusiya daxilinə hücumları dəstəkləmir

Toplum TV
31 May, 2023
127

Açıq mənbələrdən götürülüb

Ağ Ev

Ağ Ev çərşənbə axşamı Moskvaya edilən kütləvi dron hücumu ilə bağlı hələ də məlumat topladığını, amma Rusiya daxilinə edilən hücumları dəstəkləyə bilməyəcəyini bildirib.

Toplum TV xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karin Jan-Pyer gündəlik brifinq zamanı bildirib.

Vaşinqton Ukraynaya əsas silah tədarükçüsüdür - bir şərtlə ki, ölkə ondan özünü müdafiə etmək və Rusiya qüvvələri tərəfindən işğal olunmuş Ukrayna ərazilərini geri almaq üçün istifadə etsin. ABŞ rəsmiləri dəfələrlə bildiriblər ki, Ukrayna Rusiya ərazisinə hücumlar üçün Amerikanın verdiyi heç bir silahdan istifadə etməməyə razılaşıb.

https://toplum.tv/dunya/pmoskvaya-dron-huumlcumu-rusiya-ukraynani-ittiham-edirp

ABŞ rəsmilərinin mayın 31-də AP xəbər agentliyinə verdiyi açıqlamaya görə, bu həftə Ukraynaya yeni hərbi yardım paketi elan olunacaq. Paketə dronlar üçün əlavə sursatlar daxil olacaq.

Moskvaya edilən hücumlarda ABŞ istehsalı olan dronlardan və ya döyüş sursatlarından istifadə olunduğuna dair heç bir sübut yoxdur. Dronlardan ən azı birinin Ukrayna şirkəti tərəfindən istehsal olunan UJ-22 olması ilə bağlı fərziyyələr var.

Kreml çərşənbə axşamı baş verən hücumda Kiyevi günahlandırsa da, Ukrayna rəsmiləri hər hansı iştirakı inkar edirlər.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Ermənistan XİN: Qarabağ erməniləri Azərbaycanın nəzarəti altında yaşaya bilər

Toplum TV
20 Sentyabr 2023

armedia.am

Ermənistan Xarici İşlər Nazirliyi Qarabağ ermənilərinin Bakı ilə danışıqlara hazır olduğunu açıqlayıb. Toplum TV "Reuters"ə istinadən bildirir ki, bu haqda sentyabrın 20-si Ermənistan xarici işlər nazirinin müavini Vahan Kostanyan deyib. Nazir müavini Qarabağ ermənilərin nəzəri olaraq Azərbaycanın nəzarəti altında yaşaya biləcəyini, lakin dialoq qurulmalı olduğunu vurğulayıb. “İki gün davam edən gərgin döyüşlər zamanı "Artsax" bölmələri canlı qüvvə və hərbi texnika baxımından bir neçə dəfə üstün olan düşmənə qarşı qəhrəmancasına müdafiə olunub, ona ən böyük itkiləri verib. Təəssüf ki, "Artsax" tərəfi də itkilər və yaralılar verib və bəzi ərazilərdə düşmən müdafiə qüvvələrinin döyüş mövqelərini yarıb bir sıra yüksəklikləri və strateji yol...
Dünya

Putin: Problemi sülh yolu ilə həll edə bilərik

Toplum TV
20 Sentyabr 2023

en.kremlin.ru

Rusiya prezidenti Vladimir Putin Qarabağda baş verən son hərbi əməliyyatlara dair şərh verib. Toplum TV TASS-a istinadən bildirir ki, bu barədə sentyabrın 20-si Vladimir Putin Çinin xarici işlər naziri Vanq Yi ilə görüşdə bildirib. Kreml rəhbəri Yerevan, Xankəndi və Bakı ilə sıx əlaqədə olduqlarını açıqlayıb. “Biz münaqişənin bütün tərəfləri və Yerevan, Xankəndi və Bakı ilə çox sıx əlaqə saxlayırıq. Ümid edirəm ki, biz gərginliyin azaldılmasına nail olaraq bu problemi sülh yolu ilə həll edə bilərik. Sülhməramlılarımız münaqişədə iştirak edən bütün tərəflərlə olduqca fəal işləyirlər. Onlar mülki insanları qorumaq üçün hər şeyi edirlər”, - Rusiya prezidenti vurğulayıb. https://toplum.tv/siyaset/ppasinyan-ermenistan-danisiqlarda-istirak-etmeyibp Bildirək ki, sentyabrın...

Seçilmiş Videolar

Toplum TV loqo