Dünya

Ağ Ev: Ukraynanın cəbhədəki vəziyyəti sadəcə dəhşətlidir

28 Fevral, 2024
159

Açıq mənbələrdən götürülüb

Ağ Ev

“Cəbhədəki ukraynalı əsgərlər harda və nə ilə atəş açacaqları ilə bağlı çox çətin qərarlar qəbul edirlər. Onların sursatı tükənir... Yəni vəziyyət sadəcə dəhşətlidir".

Toplum TV xəbər verir ki, bunu Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi gündəlik brifinq zamanı bildirib.

"Mən vaxt təyin eləmək və onların filan tarixdə müharibəni uduzacaqlarını deyə bilmərəm, amma ruslardan aldıqları əraziləri itirməyə başlayırlar. İndi əraziləri ruslara verməlidirlər, çünki bacarmırlar, cavab verə bilmirlər”, - deyə Kirbi bildirib. 

https://toplum.tv/dunya/pkreml-makronun-ses-kuumlyluuml-beyanatina-cavab-veribp

Bundan əvvəl Böyük Britaniya Silahlı Qüvvələrinin komandanı, admiral Toni Radakin bildirmişdi ki, Ukrayna daha bir neçə ay döyüş meydanında əlverişsiz vəziyyətdə olacaq.
 
Onun sözlərinə görə, Kiyev çətin ki yayın sonuna qədər yeni əks-hücum əməliyyatı keçirə bilsin.
 
Radakin açıqlamasında həmçinin qeyd edib ki, Qərb Kiyevi dəstəkləmək üçün əlavə addımlar barədə razılığa gələnə qədər Ukrayna bir neçə ay ərzində Rusiya ilə müharibədə sursat çatışmazlığı üzləşəcək və geriyə düşəcək. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa Prezidenti Emmanuel Makron Avropa dövlət başçılarına Ukrayna məsələsində qorxaqlıq etməmək barədə çağırış edib.  Toplum TV xəbər verir ki, Makron bu barədə Çexiyaya səfəri zamanı Praqada həmvətənləri qarşısında çıxış edərkən bildirib.  "Avropada qorxaqlıq etməməyin vacib olduğu bir məqama yaxınlaşırıq. Bizi gözləyən dramlardan danışmaq həmişə çətindir. Amma düşünürəm ki, Fransa da, Çexiya da baş verənləri anlayır. Müharibə torpaqlarımıza gəlib çatıb, dayandırılması qeyri-mümkün olan qüvvələr bizə qarşı hücum təhlükəsini genişləndirməkdə davam edir", - deyə o bildirib.  https://toplum.tv/dunya/pputin-qerbi-hedeleyib-facievi-neticeleri-olacaqp Xatırladaq ki, Fransa Prezidenti fevralın 26-da Parisdə Ukraynaya dəstək üçün keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini bildirmişdi: "Bu gün quru...
Dünya

Fransa abort hüququnu konstitusiyaya salan ilk ölkə olub

5 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa qadınların abort hüququnu öz Konstitusiyasına salan ilk ölkə olub.  Toplum TV xəbər verir ki, qərar, lideri olduğu "Renessans" partiyası ilə birlikdə düzəlişlərin müəllifi olan Prezident Emmanuel Makron tərəfindən hərarətlə qarşılanıb. Fransa Parlamentinin sədri Yael Braun-Pive bildirib ki, 780 deputat təşəbbüsün lehinə, 72-si isə əleyhinə səs verib. https://toplum.tv/dunya/pquotpolitikoquot-fransa-nato-ya-qosunlarin-ukraynaya-goumlnderilmesini-teklif-edibp "Reuters" xəbərinə görə, parlamentin iclasında spikerin açıqlaması alqışlarla qarşılanıb. Dəyişiklik Konstitusiyanın 34-cü maddəsinə əlavə ediləcək. 

Seçilmiş Videolar

Toplum TV loqo