Dünya

Aleksey Navalnının anası hədələndiyini deyir

23 Fevral, 2024
139

Sosial Media

Lyudmila Navalnaya

Aleksey Navalnının anasına onun nəşi göstərilib, Lyudmila Navalnayanın sözlərinə görə, oğlunu gizli dəfn etmək istəyirlər.

Toplum TV xəbər verir ki, bir müddət əvvəl həbsxanada vəfat edən rusiyalı müxalif siyasətçi Aleksey Navalnının anası Lyudmila Navalnaya video müraciət ünvanlayıb.  

“Mən indicə Salexard şəhərinin İstintaq Komitəsinin binasından çıxdım. Demək olar ki, bir günümü orada müstəntiqlər və kriminoloqlarla təkbaşıma keçirdim. Vəkili ancaq günorta buraxdılar. Dünən gecə məni gizlincə morqa apardılar, orada Alekseyi göstərdilər. Müstəntiqlər iddia edirlər ki, ölümün səbəbini bilirlər, əllərində bütün tibbi-hüquqi sənədlər hazırdır, mən bunu gördüm və tibbi ölüm haqqında arayışa imza atdım. Qanuna görə, Alekseyin nəşini dərhal mənə verməli idilər, amma hələ də bunu etməyiblər”, - Navalnının anası video müraciətinda deyib.

https://toplum.tv/dunya/pnavalninin-anim-merasiminde-istirak-edenlere-herbi-xidmete-ccedilagiris-vesiqesi-gelibp

Qadının sözlərinə görə, onu şantaj edərək, Alekseyin harada, nə vaxt və necə dəfn olunması üçün şərt irəli sürüblər: 

“Onlar mənə ya Kremldən, ya da İstintaq Komitəsinin mərkəzi aparatından gələn əmrlərlə danışırlar. Onlar dəfnin gizli, vidalaşmadan həyata keçirilməsini istəyirlər. Məni qəbiristanlığın kənarına aparmaq, orada hansısa təzə qəbri göstərib demək istəyirlər ki, bax burada sənin oğlun dəfn olunub. Mən bununla razı deyiləm”.

Lyudmila Navalnayanın sözlərinə görə, videonu “onu hədələməyə başlayıblar” deyə çəkib. Ona deyiblər ki, əgər Navalnının gizli dəfninə razı olmasa, onun cəsədinə nəsə edəcəklər: "Müstəntiq Varapaev mənə açıq dedi ki, vaxt sizin əleyhinizə işləyir, meyit çürüyür".

Navalnının tərəfdarları əmindirlər ki, rəsmi qurumlar siyasətçinin qəbrinin yerinin bilinməsini istəmir, qorxurlar ki, insanların axını ola bilər. 

Qeyd edək ki, fevralın 16-da Rusiya Federal Penitensiar Xidməti Aleksey Navalnının həbsxanada öldüyü barədə açıqlama yayıb.

Putinin ən qatı müxalifi hesab olunan 47 yaşlı Aleksey Navalnı 2021-ci ildən bəri həbsdə idi.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa Prezidenti Emmanuel Makron Avropa dövlət başçılarına Ukrayna məsələsində qorxaqlıq etməmək barədə çağırış edib.  Toplum TV xəbər verir ki, Makron bu barədə Çexiyaya səfəri zamanı Praqada həmvətənləri qarşısında çıxış edərkən bildirib.  "Avropada qorxaqlıq etməməyin vacib olduğu bir məqama yaxınlaşırıq. Bizi gözləyən dramlardan danışmaq həmişə çətindir. Amma düşünürəm ki, Fransa da, Çexiya da baş verənləri anlayır. Müharibə torpaqlarımıza gəlib çatıb, dayandırılması qeyri-mümkün olan qüvvələr bizə qarşı hücum təhlükəsini genişləndirməkdə davam edir", - deyə o bildirib.  https://toplum.tv/dunya/pputin-qerbi-hedeleyib-facievi-neticeleri-olacaqp Xatırladaq ki, Fransa Prezidenti fevralın 26-da Parisdə Ukraynaya dəstək üçün keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini bildirmişdi: "Bu gün quru...
Dünya

Fransa abort hüququnu konstitusiyaya salan ilk ölkə olub

5 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa qadınların abort hüququnu öz Konstitusiyasına salan ilk ölkə olub.  Toplum TV xəbər verir ki, qərar, lideri olduğu "Renessans" partiyası ilə birlikdə düzəlişlərin müəllifi olan Prezident Emmanuel Makron tərəfindən hərarətlə qarşılanıb. Fransa Parlamentinin sədri Yael Braun-Pive bildirib ki, 780 deputat təşəbbüsün lehinə, 72-si isə əleyhinə səs verib. https://toplum.tv/dunya/pquotpolitikoquot-fransa-nato-ya-qosunlarin-ukraynaya-goumlnderilmesini-teklif-edibp "Reuters" xəbərinə görə, parlamentin iclasında spikerin açıqlaması alqışlarla qarşılanıb. Dəyişiklik Konstitusiyanın 34-cü maddəsinə əlavə ediləcək. 

Seçilmiş Videolar

Toplum TV loqo