Almaniya “Leopard 2” tanklarınının Ukraynayaya tədarükünə icazə verə bilər.
Bu barədə Almaniyanın xarici işlər naziri Annalena Burbok Fransanın “LCI” televiziya kanalına müsahibəsində deyib.
Xarici işlər nazirinin sözlərinə görə, üçüncü ölkələr Ukraynaya alman silahı tədarük edərsə, Almaniya buna mane olmayacaq:
"Əgər Polşa “Leopard 2”ni Ukraynaya tədarük etsəydi.... Hazırda bu sual verilməyib, amma bizdən soruşsaydılar, mane olmazdıq"
Almaniya qanunlarına görə, alman istehsalı olan silahlarla silahlanmış ölkələrin Almaniya hakimiyyət orqanlarının razılığı olmadan onları yenidən döyüş bölgəsinə ixrac etmək hüququ yoxdur.
Ukrayna hakimiyyəti uzun müddətdir ki, Qərb müttəfiqlərindən Almaniya istehsalı “Leopard 2”ləri Kiyevə təhvil verməyi xahiş edir.
Bir sıra NATO ölkələri, o cümlədən Polşa tanklarını təhvil verməyə hazır olduqlarını bildiriblər, lakin bunun üçün Almaniyadan icazə lazımdır.
Ukraynanın müttəfiqləri yanvarın 20-də Ramşteyn bazasında keçirilən görüşdə tankların tədarükü məsələsini müzakirə ediblər, lakin bir qərara gəlməyiblər.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Rəsmi səhifə
Forbes