Almaniya Ukraynaya 14 “Leopard 2” tankı verəcək. Eyni zamanda, Berlin başqa ölkələrin də həmin tankların Rusiya ilə müharibə aparan Kiyevə göndərməsinə razılaşıb. Bunu Almaniya hökumətinin nümayəndəsi Şteffen Hebestrayt bəyan edib.
Berlin tərəfdaşları ilə birgə Ukrayna üçün qısa zamanda iki tank batalyonunu formalaşdırmağa hazırlaşır. Xəbəri “Welt.de” yayıb.
Daha öncə Polşa, Hollandiya, İspaniya da Ukrayna ordusuna öz ehtiyatlarından “Leopard” tanklarının bir hissəsini verməyə hazır olduqlarını bildirmişdilər. Hərçənd sözügedən texnikanın istehsalçısı olan Almaniyanın icazəsi olmadan onların belə bir addım atmaları mümkün deyildi.
Yanvarın 20-də Kiyevin müttəfiqləri Ukrayna Silahlı Qüvvələrinə tank verilməsində razılığa gələ bilməmişdilər.
Müharibə başlayandan Ukraynanın azı 449 tankının məhv edildiyi deyilir.
“ABC News” kanalının məlumatına görə, ümumilikdə 12 belə ölkə var və Ukraynaya toplam 100-ə yaxın tank göndərilə bilər. “The Wall Street Journal”-sa yazır ki, ABŞ administrasiyası “Ukraynaya xeyli sayda “Abrams M1” tankları göndərməyə hazırlaşır. Artıq bu gün - yanvarın 25-də preziden Co Bayden bu barədə rəsmi açıqlama verəcək. “Politico” nəşrinin xəbərinə görə, söhbət 30-a yaxın tankdan gedir. Bundan başqa, “New York Times” ABŞ Ordu Komandanlığının hesabatına istinadən yazır ki, Pentaqon artilleriya mərmilərinin istehsalını altı dəfə artırmağı planlaşdırır. Rusiyanın Ukraynaya hücumundan əvvəl ABŞ hərbi fabrikləri ayda 14.400 artilleriya mərmisi istehsal edirdi. İndi isə Pentaqon yaxın iki il ərzində istehsalı ayda 90 min mərmiyə çatdırmağı planlaşdırır. Koreya müharibəsindən bəri ABŞ-da bu sayda mərmi istehsal olunmayıb. Onların, demək olar ki, hamısının Ukraynaya göndəriləcəyi gözlənilir. Məqalədə həmçinin vurğulanır ki, mərmi istehsalını kəskin artırmaq qərarı ABŞ-ın Ukraynanı uzun müddət dəstəkləməyə hazır olduğunu göstərir.
O zaman Ukraynanın avropalı müttəfiqləri bunu tənqidlə qarşılamışdılar. Baltikyanı ölkələrin xarici işlər nazirləri Almaniya hökumətini “Rusiya təcavüzünü dayandırmaq” və “Avropada sülhü bərqərar etmək” məqsədilə dərhal Ukrayanaya tank verməyə çağırmışdılar.
Polşanın baş naziri Mateuş Moravetskiy bəyan etmişdi ki, Almaniya hökuməti Ukraynaya “Leopard 2” tankları göndərmək haqda qərar verməsə, Varşava Kiyevi müasir texnika və tanklarla təchiz edəcək ölkələrin kiçik koalisiyasını yaradacaq.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Rəsmi səhifə
Forbes