KHN
Koronovirus pandemiyası dövrünü ədəbsiz, çılğın və üzlü insanlar daha rahat keçirirlər.
"RİA Novosti"nin martın 4-də verdiyi xəbərə görə, bu nəticəyə İtaliyanın Florensiya universitetinin alimləri gəlib.
Alimlərin tədqiqat işində göstərilir ki, COVID-19 səbəbindən tətbiq olunan sosial təcrid siyasəti ciddi psixoloji fəsadlara, o cümlədən gərginliyin artmasına və emosional rahatlığın azalmasına səbəb ola bilər. Alimlər 2020-ci ilin 10 mart və 2 iyun tarixləri arasında sorğu keçiriblər. Sorğuda orta yaş həddi 31,3 il olan 619 nəfər iştirak edib.
Tədqiqat işində göstərilir ki, psixopatiya - amansızlıq və mərhəmət çatışmazlığı, sosial dominantlıq və manipulyasiyaçılıq, eləcə də çılğınlıq və kəskin duyğulara meyllə xarakterizə olunur. Sorğunun nəticələrindən belə məlum olub ki, çılğın və üzlü adamlar, həmçinin xarakterində “qaranlıq” cəhətlər olan şəxslər məhdudiyyət tədbirlərini daha yaxşı adlayırlar və daha az stres yaşayırlar.
Tümen Dövlət Universitetinin ümumi və sosial psixologiya kafedrasının dosenti Mariya Boqdanova da tədqiqatın nəticələri ilə razılaşaraq, psixopat cəhətlərin həqiqətən də böhranlı vəziyyətləri daha yaxşı adlamağa kömək etdiyini söyləyib.
Panda Security
Agenda.ge
İlkin versiyaya görə, Nihad Əliyev özü özünü vurub
Jurnalistin həyat yoldaşı: “Məni intim görüntülərimi yaymaqla şantaj edirlər”
Aygün Əliyeva AZƏRTAC-dan niyə çıxarılıb?
Ermənistanın Baş qərargah rəisi Aprel döyüşləri və “İsgəndər” raketi barədə
ABŞ-ın Dövlət katibindən Şəhla Hümbətova ilə bağlı çağırış