Dünya

Paşinyan Azərbaycanda saxlanılan ermənilərin əvəzinə öz oğlunu təklif edir

9 İyun, 2021
94

Sosial Media

Ermənistanda baş nazirin səlahiyyətlərini icra edən Nikol Paşinyan Azərbaycan prezidenti İlham Əliyevə "bütün erməni əsirlərin əvəzinə" öz oğlunu təklif edib.

"AzadlıqRadiosu"nun Erməni xidməti "Azatutyun" yazır ki, Paşinyan belə bir təklifi iyunun 8-də, seçki kampaniyasının ikinci günündə Aparan şəhərində seçicilərlə görüşü zamanı səsləndirib.

“Vətəndaş müqaviləsi” partiyasından baş nazirliyə namizəd olan Paşinyan əslində bu təklifi Ermənistanın keçmiş prezidenti Serj Sarqsyanın bir bəyanatına reaksiya verərkən irəli sürüb.

Bundan əvvəl isə Sarqsyan Paşinyanın belə bir bəyanatına reaksiya vermişdi ki, “əsirlər bir neçə ay da əsirlikdə qalmalarını bizə bağışlayarlar, amma əvəzsiz güzəştləri bağışlamazlar”.

Serj Sarqsyan Paşinyana öz oğlunu Azərbaycanda saxlanan 20-25 əsirlə dəyişməyi təklif etmişdi.

“Serjikə və Robikə səlahiyyət verirəm...”

Paşinyan belə deyib:

“Mən razıyam. Rəsmən Əliyevə müraciət edirəm: öz oğlumu bütün əsirlərin qaytarılması müqabilində verməyə hazıram. Amma Serjik və Robikə insan alveri üzrə mütəxəssislər kimi bu məsələ barədə danışıqları aparmaq səlahiyyəti verirəm. Düşünürəm ki, bu işdə bir neçə min dollar qazana bilsəniz kisənizə ziyan dəyməz”.

Paşinyan iyunun 7-də keçmiş prezident Robert Koçaryanın da atmacasına cavab vermişdi.

Koçaryan bildirmişdi ki, Paşinyana istənilən silah növü ilə duelə çıxmağı təklif edərdi.

Paşinyan bildirmişdi:

“Birdən mən razılaşsam və silahı seçib sənin alnına gülləni doldursam necə olsun? Bundan sonra da deyəcəksiniz ki, bu zorakılıqdır, ay qatillər?”

“Diz üstdə yaşamaq...”

“Qarşıdan gələn seçki siyasi qüvvələrin seçkisi deyil. Bu, bizim təhlükəsiz ölkədə yaşamaq və ya diz üstündə yaşamaq istəməyimiz arasında seçimdir”

"AzadlıqRadiosu"nun Erməni xidməti – "Azatutyun" yazır ki, bu sözləri Hayastan blokunun lideri, Ermənistanın keçmiş prezidenti Robert Koçaryan Gorus rayonunda keçirdiyi seçki kampaniyasında deyib.

Keçmiş prezident Sünik vilayətində etdiyi çıxışında vəd edib ki, onun bloku hakimiyyətə gəlsə, ölkənin bütün problemləri həll olunacaq:

“Biz təhlükəsiz ölkə istəyirik, yoxsa diz üstdə qalmaqda davam etmək? Biz sürətlə inkişaf edən iqtisadiyyat istəyirik, yoxsa, işsizliyin, yoxsulluğun və mühacirətin artmasını istəyirik?”

Koçaryanla bir blokda olan Daşnaksutyun Partiyasının nümayəndəsi İşxan Saqatelyan isə bəyan edib ki, onlar dəqiq vaxt çərçivəsində islahatları həyata keçirməyi planlaşdırırlar.

Saqatelyanın sözlərinə görə, onlar hakimiyyətə gəlsələr, hökumətin strukturu dəyişdiriləcək, Mədəniyyət və Kənd Təsərrüfatı nazirlikləri bərpa olunacaq, ordu üç il ərzində yenidən təşkil ediləcək.
 

Dünya

Baş Prokurorluq 4 namizədin həbsi üçün vəsatət verib

20 İyun 2021

Ria.ru

Gorusun seçki məntəqələrində əsgərlərə səsvermə ilə bağlı təlimat verilir. Bu haqda “News.am”-a şəhərin meri Aruş Aruşanyan deyib. “Çox sayda qanun pozuntusu var. Bizim yerlərdəki etibarlı şəxslərimiz güclüdürlər. Kimsə qanun pozuntusuna yol vermir, yerindəcə onları qeqdiyyata alır və buna imkan vermirlər”, - Aruşanyan deyib. Ermənistanda hərbi qullquçuların kütləvi şəkildə məcburi səs verməyə aparılması haqda sosial mediada da məlumatlar və bəzi görüntülər yayılıb. Ermənistan Müdafiə Nazirliyi mətbuatda və sosial şəbəkələrdə hərbi heyətin zorla səs verməsi barədə yayılan məlumatları təkzib edir. Nazirlik hərbçilərin seçki məntəqələrinə qrup halında aparılmasını daşınma prosesinin koordinasiyalı həyata keçirilməsi ilə izah edib. “Yayılan görüntülərdə seçki məntəqələrindəki hərbi qulluqçular çəkilib...
Dünya

Baş Prokurorluq 4 namizədin həbsi üçün vəsatət verib

20 İyun 2021

Açıq mənbələrdən götürülüb

Ermənistan Baş Prokurorluğu Mərkəzi Seçki Komissiyasına 4 namizədin haqqında həbs qətimkan tədbirinin seçilməsi barədə vəsatət göndərib. MSK-nın hüquq şöbəsinin müdiri Liliya Akopyan “Azadlıq” radiosunun erməni xidmətinə deyib ki, komissiya iki namizədlə bağlı razılığını verib. Bunlar “Şərəf duyaram” blokunun namizədi Ruben Xlgatyan və “Çiçəklənən Ermənistan” partiyasının namizədi Aramais Aproyandır. MSK təmsilçisinin sözlərinə görə, daha iki namizəd üçün vəsatətlər müzakirə olunmayıb, qanun üç günlük bir müddət təyin edib. Həmin vəsatətlərin seçkidən bir gün öncə - iyunun 19-da daxil olduğu bildirilir. Seçki günü təşviqatın Seçki Məcəlləsi ilə də qadağan olunduğunu əsas gətirən Liliya Akopyan Akopyan Baş Prokurorluğun hansı namizədlərin həbsi ilə bağlı müraciət...
Seçilmiş Videolar