Açıq mənbələrdən götürülüb
Nikol Paşinyan
Ermənistanın Baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) Yerevanda keçirilən sammitinin yekunu üzrə bəyannaməni imzalamaqdan imtina edib.
Toplum TV "Novosti-Armeniya"-ya istinadən məlumat verir ki, Baş nazir bunu sənəddə Azərbaycanın Ermənistanın ərazi bütövlüyünə qarşı “təcavüz”ünün siyasi qiymətləndirilməsinin olmaması ilə izah edib.
"Bu çox üzücü haldır ki, Ermənistanın KTMT-yə üzv olması Azərbaycanı aqressiv hərəkətlərdən çəkindirməyib və üstəlik faktiki olaraq, biz bu günə kimi Azərbaycanın Ermənistana qarşı təcavüzünə KTMT-nin necə reaksiya verəcəyi ilə bağlı bir qərara gələ bilməmişik. Bu faktlar həm ölkə daxilində, həm də xaricdə KTMT-nin imicinə böyük zərbə vurur və mən bunu Ermənistanın KTMT-də sədrliyinin əsas uğursuzluğu kimi qiymətləndirirəm. Müttəfiqlərimiz - Qırğızıstan və Tacikistan arasında sərhəddə eskalasiya faktları barədə də eyni sözləri deyə bilərəm", - deyə Paşinyan sammitdəki çıxışı zamanı bildirib.
https://toplum.tv/dunya/ermenistanda-rusiya-eleyhine-aksiya-istirakcilari-saxlanilib
Paşinyanın sözlərinə görə, bu şəraitdə vəziyyətə aydın siyasi qiymət verilməməsi və müvafiq qərarların qəbul edilməməsi təkcə KTMT-nin müttəfiqlik öhdəliklərindən imtina etməsi demək deyil, həm də "Azərbaycana Ermənistana qarşı növbəti təcavüzü" üçün KTMT tərəfindən yaşıl işığın yandırılması kimi şərh edilə bilər.
Baş nazir bildirib ki, Bu KTMT-nin fundamental sənədlərinin ruhu və mənası ilə ziddiyyət təşkil edir:
"Ona görə də, hörmətli həmkarlar, buna əsaslanaraq, hazırda hesab edirəm ki, imzalanmaq üçün təqdim edilmiş “KTMT Kollektiv Təhlükəsizlik Şurasının Bəyannaməsi və Ermənistan Respublikasına yardım göstərilməsi üzrə birgə tədbirlər” kifayət qədər yaxşı işlənməyib və bütün ehtiramımla bildirirəm ki, mən sənədləri bu formada imzalamağa hazır deyiləm".
Noyabrın 23-də Yerevanda KTMT-nin sammiti keçirilib. Sammitdə Rusiya Prezidenti Vladimir Putin daxil olmaqla KTMT üzvü ölkələrin dövlət başçıları iştirak edib.
Ermənistan 2022-ci ilin yanvarından etibarən KTMT-yə sədrlik edir. Növbəti estafet Belarusa keçəcək.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Un.org
HƏMAS-ı tərifləyir, İsraili pisləyir - Ərdoğanın niyyəti nədir?
100 yaşlı Türkiyə Cümhuriyyəti: Atatürkün siyasi irsindən nə qalıb?
Ərəb-yəhudi qarşıdurmasının tarixi və səbəbləri
Qarabağa böyük qayıdış nə qədər şəffaf keçiriləcək?
50 il əvvəlki neft embarqosu: ərəb ölkələri təkrar edə bilərmi?