Dünya

Paşinyan Rusiyayla hərbi əməkdaşlığın dərinləşməsini istəyir

16 İyun, 2021
238

PBS

Ermənistanda baş nazir səlahiyyətlərini icra edən Nikol Paşinyan Rusiya ilə hərbi və strateji əməkdaşlığın daha da dərinləşməli olduğunu bildirib. 

Bu barədə TASS-ın xəbərində deyilir. 

"Biz Azərbaycanın aqressiv siyasətinə beynəlxalq müdafiə instrumentləri ilə cavab verməliyik. Rusiya ilə hərbi və strateji əməkdaşlığın ciddi şəkildə dərinləşməsi vacibdir. Biz ölkəmizin təhlükəsizliyini təmin etməliyik, burada ATƏT-in Minsk Qrupunun rolu da zəruridir", - deyə baş nazir əvəzi Sünik vilayətində seçiciləriylə görüşdə bildirib. 

Bundan əvvəl Paşinyan Minsk Qrupunun Rusiyadan, ABŞ-dan və Fransadan olan həmsədrlərini Dağlıq Qarabağ mövzusunda Azərbaycanpərəst mövqe sərgiləməkdə ittiham etmişdi. Siyasətçinin sözlərinə görə, bu cür mövqe onun 2018-ci ildə hakimiyyətə gəlməsinə qədər artıq formalaşmışdı. 

Paşinyan bu məsələnin ortaya çıxmasında Ermənistanın keçmiş prezidentləri Robert Koçaryan və Serj Sarqsyanı da ittiham edib. 

Dünya

“Neftçi” və “Qarabağ” avrokuboklarda nə qədər pul qazanıb?

17 Sentyabr 2021

Açıq mənbələrdən götürülüb

“Neftçi” və “Qarabağ”a cari mövsüm avrokuboklarda iştirakları qarşılığında UEFA-dan 5 milyon avrodan çox maliyyə vəsaiti ayrılıb. AFFA-nın rəsmi saytının məlumatına görə, vəsait milli assosiasiyanın vasitəçiliyi ilə hər iki klubun hesabına köçürülüb. “Neftçi” UEFA Çempionlar Liqasındakı çıxışı səbəbindən 1 210 000 avro, “Qarabağ” isə Konfrans Liqasındakı oyunlarına görə 3 000 000 avro qazanıb. Ağdam təmsilçisi həmçinin əmsallar cədvəlinə görə 934 500 avro əldə edib.
Dünya

Şahmat üzrə dünya çempionu seriala görə “Neftlix”-i məhkəməyə verib

17 Sentyabr 2021

Agenda.ge

Əfsanəvi şahmatçı Nona Qaprindaşvili “Neftlix”i təhqirdə ittiham edir və 5 milyon dollar məbləğində kompensasiya tələb edir.  Bu barədə "The New Times" nəşrinin verdiyi xəbərdə bildirilir.  Məsələ “Vəzir qambiti” mini-serialı haqqındadır. İddiaya görə, serialda Nona Qaprindaşvilinin nailiyyətləri barədə doğru olmayan informasiya səslənib. Epizodların birində deyilir ki, Qaprindaşvili heç zaman kişi şahmatçılarla görüşməyib, bu isə yalandır. İddiada qeyd olunur ki, “Vəzir qambiti”nin həmin epizodunda 1968-ci ilin hadisələri işıqlandırılır, həmin vaxta qədər isə Qaprindaşvili əllidən artıq kişi şahmatçı ilə yarışmışdı.  Qeyd olunur ki, “Neftlix” Nona Qaprindaşvilini Rusiya şahmatçısı kimi təqdim etməklə bir az da təhqir edib. “Neftlix”ə qarşı iddiada Qaprindaşvilini bir qrup Amerika...
Seçilmiş Videolar