Dünya

Paşinyan təkbaşına hökumət quracağını bəyan etdi

21 İyun, 2021
395

TASS

Ermənistanda iyunun 20-də keçirilən növbədənkənar parlament seçkilərində qələbə qazanan Vətəndaş Müqaviləsi Partiyasının lideri Nikol Paşinyan bu gün  yaydığı açıqlamada partiyasının təkbaşına hökumət quracağını bəyan edib. 

"Tvitter"də paylaşım edən Paşinyan bildirib ki,  Vətəndaş Müqaviləsi Partiyası yeni seçilən parlamentdə 105 yerdən ən azı 71-nə sahib olmaqla konstitusional çoxluğa malik olacaq. O həmçinin bəyan edib ki, yeni hökumətə özü başçılıq edəcək. 

Seçkilərin yekun nəticələri belədir: 

1. Vətəndaş Müqaviləsi Partiyası (Nikol Paşinyan) - 53,92% 

2. “Ermənistan” bloku (Robert Koçaryan) - 21,04%

3. “Mənim şərəfim var” bloku (Serj Sarqsyan) - 5,23% 

4. Çiçəklənən Ermənistan Partiyası (Qaqik Tsarukyan) - 3,96% 

5. Erməni Milli Konqresi Partiyası (Levon Ter-Petrosyan) – 1,54% 

6. Aydınlanmış Ermənistan (Edmon Marukyan) – 1,22% 

Seçkilərdə Nikol Paşinyanın əsas rəqibi olan Robert Koçaryanın bloku seçkilərin nəticələrini tanımaqdan imtina edib. Keçmiş prezident Serj Sarqsyanın dəstəklədiyi "Mənim şərəfim var" bloku isə səsvermədə kobud xətaların baş verdiyini bəyan edib. 

MSK səsvermədə respublika səviyyəsində 49,4% aktivlik qeydə alındığını bildirib. Növbədənkənar parlament seçkilərində 25 siyasi qüvvə - 21 partiya və 4 blok mübarizə aparıb. Parlamentdə düşə bilmək üçün partiyalar 5%, bloklar isə 7%-lik həddi aşmalı idi.

Dünya

ABŞ, Avstraliya, Yaponiya və Hindistan yeni ittifaq yaradıb

25 Sentyabr 2021

Rəsmi səhifə

ABŞ, Avstraliya, Yaponiya və Hindistan “Dördlük” (“Quad”) yaradılması barədə razılıq əldə edib. “Report” “Haberturk”ə istinadən xəbər verir ki, bu barədə Avstraliyanın Baş naziri Skot Morrison bildirib. Onun sözlərinə görə, ABŞ Prezidenti Cozef Bayden, Hindistanın Baş naziri Narendra Modi, Yaponiyanın Baş naziri Suğa Yosihide və özü arasında Hind-Sakit okeanı bölgəsində “Çini sabitləşdirmək üçün” “Dördlük” (“Quad”) adlı formatı qəbul edənlərin Vaşinqtonda ilk görüşü keçirilib: “Dördlük” Çin, yaxud hər hansı bir ölkə üçün ortaqlıqdır. Bu, Hind-Sakit okean regionundakı xalqların rifahını yüksəltmək üçün müsbət təşəbbüsdür”. Ağ Evin Şərq Otağında bir araya gələn 4 lider koronavirusa qarşı mübarizə, yeni texnologiyalar, regional infrastruktur, təmiz enerji, iqlim dəyişikliyi, habelə regional...
Dünya

Tramp seçici bəyənməsinə görə Baydeni üstələyib

24 Sentyabr 2021

Açıq mənbələrdən götürülüb

ABŞ-ın keçmiş Prezidenti Donald Tramp sentyabrın nəticələrinə əsasən indiki Prezident Co Baydeni seçicilərin bəyənməsində qabaqlayır.  Bu barədə "The Hill" nəşri Harvard Mərkəzinin sorğu nəticələrinə istinadən xəbər verir. Sorğu nəticələrinə görə, Birləşmiş Ştatların keçmiş prezidentini seçicilərin 48 faizi, indikini isə 46 faizi dəstəkləyir. Respondentlərin 51 faizi Trampın Baydendən yaxşı prezident olduğunu düşünürlər.  "The Hill" qeyd edir ki, indiki prezidentin reytinqi koronavirus yoluxmalarının artması və Amerika qoşunlarının Əfqanıstandan çıxarılması fonunda azalır. İyulda Baydenin reytinqi 52% təşkil edirdi, bu da bir ay əvvəl ilə müqayisədə 10% az idi. Əfqanıstanda “Taliban”ın hakimiyyətə gəlməsi ilə Baydenin reytinqi 46 faizə düşüb.  Avqustun 13-də keçirilən analoji sorğuda...
Seçilmiş Videolar