Dünya

Paşinyan: "Türkiyə ilə danışıqlara hazırıq"

8 Sentyabr, 2021
99

Rəsmi səhifə

"Türkiyə prezidenti açıq şəkildə Ermənistanla münasibətlərə toxunub. Biz bu bəyanatlarda erməni-türk əlaqələrinin normallaşması, Ermənistan-Türkiyə dəmir yolunun bərpasından danışmaq kimi bir imkan görürürük. Biz bu cür danışıqlara hazırıq".

"Novosti-Armeniya"-nın sentyabrın 8-də verdiyi məlumata görə, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan hökumətin iclasında deyib. 

Paşinyanın sözlərinə görə, burada söhbət böyük ehtimalla regionun şərqlə qərbi, şimalla cənubu birləşdirən yolayrıcı olmasından gedir: "Mənim üçün bunu demək xoşdur ki, Rusiya Federasiyası da bu prosesi aktiv şəkildə dəstək olmağa hazır olduğunu bəyan edib". 

Baş nazir açıqlamasında Azərbaycanla münasibətlərə də toxunub. Deyib ki, ölkəsi ATƏT-in Minsk qrupunun vasitəçiliyi ilə Azərbaycanla sülh prosesini bərpa etməyə hazırdır, "amma sərhədlərin demarkasiyasını və delimitasiyasını, həmçinin erməni əsirləri qaytarılması prosesini unutmadan".

"Rəsmi Yerevan Rusiya və İranla dəmiryolu əlaqəsini yoluna qoymaq istəyir və həm də başa düşür ki, Bakı da Naxçıvanla əlaqəni təmin etmək istəyir. Bu məsələnin həll olunması üçün üçtərəfli formatda (Ermənistan, Rusiya, Azərbaycan) kommunikasiyların açılması məsələsi müzakirə olunur",  -deyə Paşinyan vurğulayıb. 


 

Dünya

ABŞ Konqresi Rusiyaya qarşı yeni sanksiyalar tələb edir

23 Sentyabr 2021

Açıq mənbələrdən götürülüb

ABŞ-ın Nümayəndələr palatasının reqlament üzrə komitəsi növbəti maliyyə ili üçün (oktyabrın 1-dən başlayır) müdafiə büdcəsinə dəyişiklikləri dəstəkləyib.  RBK xəbər verir ki, konqresmen və Helsinki komissiyasının üzvü Pol Massaro siyahını "Tvitter"də açıqlayıb. Sözügedən siyahı hazırda həbsdə olan Aleksey Navalnının silahdaşları Leonid Volkov və İvan Jdanov tərəfindən hazırlanaraq AB və ABŞ nümayəndələrinə təqdim olunub.  Siyahıda Rusiyanın Baş naziri Mixail Mişustin, Kremlin mətbuat katibi Dmitri Peskov, FTX-nin (FSB) direktoru Aleksandr Bortnikov, Moskva meri Sergey Sobyaninin, həmçinin Rusiya hakimiyyətinə yaxın olan biznesmenlərin, təbliğat ruporu olan media nümayəndələrinin, Duma üzvlərinin və digərlərinin adı var.  Dəyişikliyin mətni demokrat Tom Malinovski və respublikaçı Con Kertis tərəfindən hazırlanıb....
Dünya

Türkiyənin pilotsuz döyüş təyyarəsini istehsal edəcəyi tarix açıqlandı

22 Sentyabr 2021

www.star.com.tr

2023-cü ilə qədər insansız döyüş təyyarə sistemimizi, yəni insansız döyüş təyyarəsi dediyimiz layihəni reallaşdırmağı hədəfləyirik.  "Anadolu Agentliyi"nin bu gün, sentyabrın 22-də verdiyi xəbərə görə, bunu "Baykar" şirkətinin direktoru Selçuk Bayraktar Türkiyədə keçirilən "Take Off" Beynəlxalq İnvestisiya Sammitindəki çıxışı zamanı deyib.  Bayraktar 2022-ci ildə isə “Bayraktar TB3” pilotsuz uçuş aparatının (PUA) ilk uçuşunun keçiriləcəyini bildirib.  Onun sözlərinə görə, “Bayraktar TB3”  insansız müharibə təyyarəsi kimi inqilabi keyfiyyətlərə malik olacaq: o, qısa uçuş zolağı olan gəmilərə enib qalxa biləcək. 
Seçilmiş Videolar