Dünya

Paşinyanın diplomatik pasportu oğurlanıb

27 Yanvar, 2021
350

BBC

Ermənistanın baş naziri Nikol Paşinyanın diplomatik pasportu oğurlanıb.

"Novosti-Armeniya"nın yanvarın 26-da verdiyi xəbərə görə, diplomatik pasport noyabrın 10-da imzalanan atəşkəs sazişindən sonra Yerevanda başlanan iğtişaşlar zamanı hökumət binasından oğurlanıb.

"10 noyabrda hökumət binasına basqın edən şəxslər baş nazirinki daxil olmaqla, 14 diplomatik pasportu oğurlayıblar. Pasportların hamısı etibarsız elan edilib", - bunu Ermənistan XİN-in mətbuat katibi Anna Naqdalyan deyib.

"Lenta.ru"nun məlumatına görə isə, Ermənistan hökuməti yanında analitik mərkəzin keçmiş əməkdaşı Andraik Ovannissan müsahibəsində Paşinyanın diplomatik pasportunu Qazaxıstanda azərbaycanlılardan uyğun məbləğə satın aldığını deyib. Ovannisyanın iddiasına görə, guya Qazaxıstanda tanış olduğu azərbaycanlıların ona istənilən erməni sənədini milli kəşfiyyat xidmətinin keçmiş sədri vasitəsilə aldıqlarını deyiblər. Ermənistan hökuməti 2019-cu ildən etibarən Ovannisyanın ölkəyə girişinə qadağa qoyub.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Makron Avropadakı müttəfiqləri qorxaq olmamağa çağırıb

6 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa Prezidenti Emmanuel Makron Avropa dövlət başçılarına Ukrayna məsələsində qorxaqlıq etməmək barədə çağırış edib.  Toplum TV xəbər verir ki, Makron bu barədə Çexiyaya səfəri zamanı Praqada həmvətənləri qarşısında çıxış edərkən bildirib.  "Avropada qorxaqlıq etməməyin vacib olduğu bir məqama yaxınlaşırıq. Bizi gözləyən dramlardan danışmaq həmişə çətindir. Amma düşünürəm ki, Fransa da, Çexiya da baş verənləri anlayır. Müharibə torpaqlarımıza gəlib çatıb, dayandırılması qeyri-mümkün olan qüvvələr bizə qarşı hücum təhlükəsini genişləndirməkdə davam edir", - deyə o bildirib.  https://toplum.tv/dunya/pputin-qerbi-hedeleyib-facievi-neticeleri-olacaqp Xatırladaq ki, Fransa Prezidenti fevralın 26-da Parisdə Ukraynaya dəstək üçün keçirdiyi görüşdən sonra verdiyi açıqlamada Qərb qoşunlarının Ukraynaya göndərilməsini istisna etmədiyini bildirmişdi: "Bu gün quru...
Dünya

Fransa abort hüququnu konstitusiyaya salan ilk ölkə olub

5 Mart 2024

Açıq mənbələrdən götürülüb

Fransa qadınların abort hüququnu öz Konstitusiyasına salan ilk ölkə olub.  Toplum TV xəbər verir ki, qərar, lideri olduğu "Renessans" partiyası ilə birlikdə düzəlişlərin müəllifi olan Prezident Emmanuel Makron tərəfindən hərarətlə qarşılanıb. Fransa Parlamentinin sədri Yael Braun-Pive bildirib ki, 780 deputat təşəbbüsün lehinə, 72-si isə əleyhinə səs verib. https://toplum.tv/dunya/pquotpolitikoquot-fransa-nato-ya-qosunlarin-ukraynaya-goumlnderilmesini-teklif-edibp "Reuters" xəbərinə görə, parlamentin iclasında spikerin açıqlaması alqışlarla qarşılanıb. Dəyişiklik Konstitusiyanın 34-cü maddəsinə əlavə ediləcək. 

Seçilmiş Videolar

Toplum TV loqo