Dünya

Paşinyanın üzrxahlığından sonra hərbçilər yenidən onun istefasını tələb etdi

2 Mart, 2021
122


Ermənistanın Silahlı Qüvvələrinin Baş Qərargahı bəyanat yayaraq hərbçilərin ünvanına əsassız ittihamları dayandırmağı tələb edib. 

Bu barədə martın 1-də "Sputnik Ermənistan" məlumat yayıb. 

“Xalqımızın övladlarından təşkil olunan Silahlı Qüvvələr milli təhlükəsizliyə olan təhdidləri əvvəlcədən görərək hərbi qüvvələrin və ayrı-ayrı vəzifəli şəxslərin ünvanına əsassız ittihamları yolverilməz sayır və qətiyyətlə onların datandırılmasnı tələb edir”, - bəyanatda deyilir.

Baş Qərargah rəhbərliyi öz mövqeyini yenidən təsdiqləyib, üçüncü dəfə baş nazir Nikol Paşinyanın və hökumətin istefaya getməsini tələb edib.

Martın 1-də Yerevanda Paşinyanın tərəfdarlarıynın mitinqi keçirilib. Toplananlar qarşısında çıxış edən baş nazir öz hökumətinin səhvlər buraxdığını etiraf edib və buna görə üzr istəyib. Paşinyan həm də bildirib ki, iqtidar parlament üsul-idarəsindən yarı-prezident üsul-idarəsinə keçidi nəzərdə tutan konstitusiya islahatı keçirməyə hazırlaşır.  Bununla yanaşı o, keçmiş prezident Serj Sarqsyanı generealları müxalifətə əks düşərgəyə çəkmək cəhdində günahlandırıb. 

Dağlıq Qarabağda uduzulan müharibədən sonra ölkədə başlanan siyasi böhran fevralın 25-də Baş Qərargahın Paşinyanın istefasını istəməsi ilə daha da kəskinləşib. Nikol Paşinyan  Baş Qərargah rəisi Onik Qasparyanın istefasını tələb edib, amma prezident Armen Sərkisyan müvafiq sərəncamı imzalamaqdan imtina edib və tərəfləri dialoqa çağırıb.

Paşinyan bildirib ki, öz qərarını həyata keçirməkdə israrlıdır. Ermənistanın Təhlükəsizlik Şurası da prezidentdən Qasparyanın istefasını istəyib.

Dünya

ABŞ İrana qarşı tətbiq olunan sanksiyaları ləğv etməyəcək

10 Aprel 2021

Panda Security

ABŞ 2017-ci ildə İrana qarşı tətbiq etdiyi sanksiyaları ləğv etməyəcək. CNN-nin məlumatına görə, bunu aprelin 10-da Dövlət Departamentinin rəsmisi deyib. O bildirib ki, İranın bütün sanksiyaların ləğv olunmasına dair tələbi qəbulolunmazdır: "Əgər İran 2017-ci ildə qəbul edilən sanksiyaların ləğv olunmasını tələb edib, əks təqdirdə sazişin əldə olunmayacağı ilə bağlı mövqeyində israr edəcəksə, o zaman danışıqlar dalana dirənəcək". İran ABŞ-ın tələb etdiyi nüvə sazişinin yenidən bərpa olunması üçün bütün sanksiyaların ləğvini tələb edir. 
Dünya

Gürcüstan prezidenti müxalifəti anlayışlı olmağa çağırdı

10 Aprel 2021

Agenda.ge

Salome Zurabişvili bütün siyasi partiyaları ölkənin ərazi bütövlüyünün həlli, pandemiya ilə mübarizə və siyasi gərginliyin azaldılması üçün həmrəyliyə çağırıb. "Sputnik Gürcüstan"ın aprelin 10-da verdiyi xəbərə görə, bu barədə Zurabişvili parlamentdəki çıxışı zamanı danışıb.  “Bu gün böyük çətinliklərlə üzləşən ölkə öz tarixi təcrübəsinə söykənməli və həmrəyliyə nail olmalıdır”, - prezident seçkilərin nəticələrinə etiraz olaraq parlamentdəki yerlərdindən imtina edən siyasi partiyalara müraciət edərkən deyib. O, partiya təmsilçilərini ölkənin siyasi həyatında fəal rol oynamağa və müxalifəti  ölkənin maraqlarına daha çox anlayış göstərməyə çağırıb.  Zurabişvilinin sözlərinə görə, Abxaziya və Cənubi Osetiyanın işğalına son verilməsi, Gürcüstanın NATO və Avropa İttifaqına inteqrasiyası prioritet məsələlər olmalıdır.  “Əgər...
Seçilmiş Videolar