Avropa Şurası Parlament Assambleyasının (AŞPA) qış sessiyasında Azərbaycanda Siyasi məhbuslar məsələsi müzakirə olunacaq.
Sessiyanın birinci hissəsi bu gün başlayır, yanvarın 26-na qədər davam edəcək.
Təqdimatı AŞPA-nın üzvləri Frank Şvabe və Piter Omtzigit aparır.
AŞPA-nın qış sessiyasının gündəliyində həmçinin bu məsələlər də müzakirə olunacaq:
-Rusiyanın təcavüz cinayəti üzrə xüsusi tribunal, Ukraynada sülh formulu: Avropa Şurasının rolu;
-Jurnalistlər, iddiaçılar və insan hüquqları müdafiəçilərinə qarşı siyasi təqib;
-Çirkli pulların yuyulmasına qarşı tədbirlərin tətbiqi və qarşısının alınması;
-Terrorizmin maliyyələşdirilməsi qaydaları transmilli repressiya vasitəsi kimi;
Yanvarın 26-sı gündəlikdə Minalardan təmizləmə: sülhə və davamlılığa doğru yol açmaq məsələsinin müzakirəsi gözlənilir.
Mövzu ilə bağlı Azərbaycandan Milli Məclisinin nümayəndə heyətinin sədri Səməd Seyidov, Minatəmizləmə Agentliyinin (ANAMA) idarə heyətinin sədr müavini Samir Poladov, İşğaldan azad edilmiş ərazilərin bərpa və yenidənqurması üzrə Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin nümayəndəsi Sultan Hacıyev çıxış edəcək.
Qeyd edək ki, bundan 10 il əvvəl 2013-cü ildə Azərbaycanlı deputatlar AŞPA-nın qış sessiyasında Kristofer Ştrasserin Azərbaycanda siyasi məhbuslarla bağlı hesabatına etiraz etmişdi.
Azərbaycanın AŞPA-dakı nümayəndə heyəti hələ o zaman hesab edirdi ki, heç vaxt Azərbaycanda olmamış Ştrasserin hesabatı qərəzlidir.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Rəsmi səhifə
Forbes