Dünya

Avropa İttifaqı Ukraynaya 50 milyard avroluq yardımı razılaşdırdı

1 Fevral, 2024
186

Açıq mənbələrdən götürülüb

Aİ - Ukrayna

Avropa İttifaqına üzv olan ölkələrin hamısı Ukraynaya 50 milyard avro məbləğində maliyyə yardımı göstərmək barədə razılığa gəlib. 

Toplum TV xəbər verir ki, bu barədə fevralın 1-də Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel "X" hesabında məlumat yayıb. 

“Biz razılaşdıq. 27 liderin hamısı Aİ büdcəsinin bir hissəsi kimi Ukraynaya əlavə 50 milyard dəstək paketi barədə razılığa gəlib. Bu, Ukrayna üçün daimi, uzunmüddətli və proqnozlaşdırıla bilən maliyyələşdirməni təmin edəcək”, - Mişel yazıb.

https://toplum.tv/dunya/prusiyanin-dondurulmus-aktivleri-ukrayna-uumlccediluumln-xerclenecekp

Mişelin sözçüsü Macarıstanın baş naziri Viktor Orbanın Ukraynaya 50 milyard avro yardımın ayrılmasına razılıq verdiyini təsdiqləyib. Bu, onun ötən gün İtaliya, Fransa və Almaniyanın baş nazirləri ilə görüşlərindən sonra baş verib.

Ukraynaya 50 milyard avro məbləğində iqtisadi yardımın ayrılması ilə bağlı qərarın 2023-cü ilin dekabrında verilməsi nəzərdə tutulsa da, Macarıstanın baş naziri Viktor Orban buna mane olmuşdu.

"Financial Times" bir neçə gün əvvəl yazmışdı ki, Orban növbəti dəfə layihəyə qarşı çıxsa, Aİ Macarıstan hökumətini cəzalandırmaq tədbirləri hazırlayıb. Bildirilirdi ki, bu tədbirlər milli valyutanın dəyərdən düşməsini və ölkənin investisiya cəlbediciliyinin azaldılmasını nəzərdə tuturdu.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Navalnı ilə vidalaşma mərasimində izdiham yaşanıb

1 Mart 2024

Sosial Media

Rusiyalı mərhum siyasətçi Aleksey Navalnının dəfn mərasimi bu gün Moskva yaxınlığındakı Müqəddəs Məryəmin İkonası Kilsəsində baş tutub. Toplum TV "Meduza" onlayn nəşrinə istinadən xəbər verir ki, kilsədəki vidalaşma mərasiminə yalnız qohumlar və yaxınlar buraxılıb. Açıq tabut mərasimindən sona tabut kilsədən çıxarılıb və qəbiristanlığa aparılıb. Vidalaşma mərasiminin 20 dəqiqədən də az çəkdiyi bildirilib.  Mərasim vaxtı ərazidə çox sayda polis nəzərə çarpıb, kilsə ərazisi metal hasarlarla əhatə olunub. Navalnı ilə vidalaşmaq istəyənlərin sırasının isə bir kilometrdən çox uzandığı qeyd olunub.  Əraziyə toplaşan insanlar vaxtaşırı "Navalnı!" və "Biz bağışlamayacağıq!" kimi şüarlar səsləndiriblər.  ABŞ-ın Rusiyadakı səfirinin, həmçinin Almaniya və Fransa səfirlərindən ibarət nümayəndə heyətinin...
Dünya

Ermənistan Rusiya sərhədçilərinin çıxarılması məsələsini müzakirə edir

1 Mart 2024

Açıq mənbələrdən götürülüb

Ermənistan rəhbərliyi rus sərhədçilərinin Yerevanın "Zvartnots" hava limanından çıxarılması məsələsini müzakirə edir. Toplum TV xəbər verir ki, bu barədə martın 1-də jurnalistlərə açıqlamasında parlamentdəki hakim “Vətəndaş müqavilə” fraksiyasının katibi Artur Hovhannisyan bildirib. “Bu məsələ həm bizi, həm də cəmiyyətimizin əksəriyyətini narahat edir. Partiyamız daxilində müzakirələr gedir, lakin hələlik heç bir qərar yoxdur”, - Hovhannisyan açıqlamasında bildirib.  Rusiya sərhədçilərinin hava limanından çıxarılması ehtimalını fraksiyanın digər deputatı Vladimir Vardanyan da şərh edib. O qeyd edib ki, ölkənin hava sərhədləri Ermənistan silahlı qüvvələri tərəfindən qorunmalıdır. https://toplum.tv/dunya/psimonyan-ermenistanin-ktmt-de-istirakini-dondurmasina-aydinliq-getiribp Qeyd edək ki, fevralın 27-də Ermənistan Parlamentinin spikeri Alen Simonyan bildirmişdi ki, rus sərhədçiləri "Zvartnots" hava limanını...

Seçilmiş Videolar

Toplum TV loqo