Açıq mənbələrdən götürülüb
Mixail Saakaşvili
Hazırda həbsdə olan Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin məsələsi Avropa Parlamentinin bu gün, fevralın 2-də keçiriləcək iclasının gündəliyinə daxil edilib.
Toplum TV xəbər verir ki, bu barədə Avropa Parlamentinin rəsmi saytında məlumat verilib.
İclas zamanı parlamentin üzvü Kati Piri bildirib ki Saakaşvilinin başına gələcək istənilən hadisəyə görə məsuliyyəti birbaşa Gürcüstan hökuməti daşıyır.
“Biz Saakaşvilinin dərhal azad edilməsini və müalicə üçün Avropaya göndərilməsini tələb edirik. Gedişat belə davam edərsə, bizim blok Gürcüstanın Aİ-yə üzvlük prosesini dondura bilər”, - deyə deputat bildirib.
Dünən, fevralın 1-də sabiq prezidentin məhkəmə iclasında video kadrları göstərilib. Kadrlarda onun hədsiz arıqladığı və tükənmiş olduğu görünüb.
Saakaşvilinin lideri olduğu "Vahid Milli Hərəkat" Partiyasının üzvü Giorgi Çiladze jurnalislərə açıqlamasında bildirib ki, eks-prezidentin səhhəti kritikdir:
“Saakaşvilinin vəziyyəti təşviş doğurur, o, kritik vəziyyədədir. Həyatını qorumaq üçün reanimasiya şöbəsində olması mütləqdir”.
Ukrayna Prezidenti Volodimir Zelenski də Saakaşvilininin üzləşdiyi vəziyyətlə bağlı etirazını dilə gətirib. O bildirib ki, bu, "Ukrayna vətəndaşına qarşı açıq işgəncədir".
"Mən Gürcüstanın keçmiş prezidentinin niyə həbs edildiyi, bunun Gürcüstanda siyasət və demokratiya üçün hansı nəticələrə səbəb olmasını müzakirə etmirəm. Bu onların daxili işidir. Mən hər gün açıq formada işgəncələrə məruz qalan Ukrayna vətəndaşı Mixail Saakaşvilinin həbsindən danışıram. Düşünürəm ki, onların məqsədi onu öldürməkdir”, - deyə Ukrayna Prezidenti bildirib.
Xatırlatma
Mixail Saakaşvili 2021-ci ilin oktyabrından bəri həbsdədir. O, bir sıra cinayətlərdə ittiham edilir.
Son vaxlarda sabiq prezidentin səhhəti kəskin pisləşib. Həkimlər onun ölüm ayağında olduğunu bildirirlər. Belə ki, onun hədsiz arıqladığı, günü-gündən zəiflədiyi, qızdırmasının çəkilmədiyi deyilir. Bir müddət əvvəl həmçinin məlumat yayılmışdı ki, sabiq prezidentin orqanizmində zəhərli maddələr - arsen, civə, barium və tallium aşkarlanıb.
Yaxınları Saakaşvilinin təcili müalicə üçün xaricə göndərilməsini tələb etsələr də, hökumət rəsmiləri buna yol verilməyəcəyini bildirib.
Saakaşvili səhhətindəki problemlərə görə 2022-ci ilin may ayından etibarən Tbilisidəki “Vivamed” özəl klinikasındadır.
Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.
Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.
Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.
Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA
WebSite: https://toplum.tv
Facebook: https://www.facebook.com/toplumtv
İnstagram: https://www.instagram.com/toplumtv/
Telegram: https://t.me/Tvtoplum
Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06
Açıq mənbələrdən götürülüb
Kılıçdaroğlu prezident seçilsə, Rusiyaya Türkiyənin NATO üzvü olduğunu "xatırlatacaq"
Açıq mənbələrdən götürülüb