Dünya

Bayden Ukraynaya 325 milyon dollarlıq yeni hərbi yardım elan edib

Toplum TV
22 Sentyabr, 2023
193

CNN

Vladimir Zelenski və Co Bayden

ABŞ prezidenti Co Bayden Ukraynaya 325 milyon dollarlıq yeni hərbi yardım paketini elan edib.

Toplum TV "Anadolu Agentliyi"nə istinadən xəbər verir ki, bu barədə sentyabrın 22-i Ukrayna prezidenti Vladimir Zelenskiylə görüşərkən bildirib.

Belə ki, Ağ Evdə keçirilən görüş zamanı Co Bayden həyat yoldaşı Cil Baydenlə birlikdə Ukrayna prezidenti Vladimir Zelenski və xanımı Yelena Zelenskanı qəbul ediblər.

ABŞ prezidenti ikitərəfli görüşdən sonra kameralar qarşısına keçərək Ukraynanın yanında olmağa davam edəcəyini vurğulayıb. O, ardınca Kiyevə 325 milyon dollarlıq yeni hərbi yardım paketinin ayrıldığını bəyan edib.

Bayden həmçinin, gələn həftə "Abrams" tanklarının gələn həftə Ukraynaya təhvil veriləcəyini açıqlayıb.

https://toplum.tv/dunya/pnato-ukraynadaki-muumlharibe-tezlikle-bitmeyecekp

Vladimir Zelenski növbəsində, ABŞ-yə göstərdiyi köməyə görə təşəkkür edərək Ukraynanın qış dövründə hava hücumundan müdafiə imkanlarının gücləndirilməsi və taxıl ixracı kimi mövzularda müəyyən addımlar üzərində razılaşdıqlarını ifadə edib.

Bildirək ki, Ukrayna prezidenti 2023-cü ilin yanvarında "Abrams" tanklarının mümkün qədər tez Ukraynaya vermilməli olduğunu bildirərək əks halda müharibənin "olduqca gec” başa çatacağını diqqətə çatdırmışdı.


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Yaxın Şərqdə müharibə: ABŞ atəşkəs başa çatdıqdan sonra İsrail üçün qırmızı xətlər çəkib

Yadigar Sadıqlı
8 Dekabr 2023

Açıq mənbələrdən götürülüb

Atəşkəsin bu qədər uzun sürməsi diplomatik səylərin nəticəsi idi. İndi, yeddi günlük pauzadan sonra İsrail də, HƏMAS da mürəkkəb hərbi və siyasi məsələləri həll etməlidirlər.  HƏMAS üçün bu, həyatda qalmaq mücadiləsidir. Nə qədər ki, HƏMAS yaraqlısı tətiyi basa və ya İsrailə raket ata bilir, məğlubedilməz olduğunu iddia edəcək. İsrailin vəzifəsi isə, özünün nəhəng hərbi qüdrətinə baxmayaraq, daha çətindir. Oktyabrın 7-də baş tutan və çoxu mülki şəxslər olan 1200-ə yaxın adamın ölümü ilə nəticələnən hücumdan sonra ölkənin baş naziri Binyamin Netanyahu HƏMAS-dan sarsıdıcı intiqam almağa and içib. İsrail ordusunun hərbi əməliyyatları bərpa etməsindən sonrakı ilk saatlarda hökumət “WhatsApp”dakı xəbərində bir daha...
Dünya

Putin prezident seçkilərində iştirak edəcəyini açıqlayıb

Toplum TV
8 Dekabr 2023

Reuters

Rusiya Federasiyası Prezidenti Vladimir Putin 2024-cü ildə keçiriləcək prezident seçkilərində iştirak edəcəyini açıqlayıb.  Toplum TV TASS-a istinadən xəbər verir ki, bu barədə dekabrın 8-də jurnalistlərə Vətən Qəhrəmanları Günü münasibətilə Kremldə keçirilən mərasimdən sonra dövlət başçısı ilə söhbətin iştirakçıları məlumat veriblər. Məlumata görə, qondarma "Donetsk Xalq Respublikası parlamenti"nin spikeri Artyom Coqa Putinə müvafiq tələblə müraciət edib və Rusiya prezidenti bununla razılaşıb. https://toplum.tv/dunya/prusiyanin-neftden-gelirleri-rekord-hedde-ccedilatibp Putinin dövlət başçısı kimi səlahiyyətləri 2024-cü il mayın 7-də başa çatır. Rusiyada növbəti prezident seçkiləri isə martın 17-nə təyin edilib. Putin beşinci dəfə prezidentliyə namizədliyini irəli sürəcək. O, qalib gəlsə, daha 6 il, 2030-cu ilə qədər dövlət başçısı postunu...

Seçilmiş Videolar

Toplum TV loqo