Dünya

BMT: Əfqanıstan qadınlara qarşı ən repressiv ölkədir

Yadigar Sadıqlı
9 Mart, 2023
347

Açıq mənbələrdən götürülüb

Əfqanıstan

Martın 8-də Birləşmiş Millətlər Təşkilatı bildirib ki, “Taliban” hakimiyyəti zamanı Əfqanıstan qadın hüquqlarına riayət sahəsində dünyada ən repressiv ölkədir.

Hakimiyyət milyonlarla əfqan qadınını və qızını evlərə qadapıb, onlara məktəb və universitetlərdə təhsil almağı da qadağan edib.

BMT-nin Əfqanıstandakı missiyasının rəhbəri Roza Otunbayeva  Beynəlxalq qadınlar günü münasibətilə “Onların əfqan qadın və qızlarını ictimai həyatdan metodiki və sistematik şəkildə, qəsdən çıxarmalarını müşahidə etmək çox kədərlidir” söyləyib.

Otunbayevanın sözlərinə görə, qadınlara qarşı repressiyalar millətin özünə endirdiyi nəhəng xəsarətdir. Özü də indi Əfqanıstan humanitar və iqtisadi böhran yaşayır, bu halda işçi qüvvəsinin yarısından şüurlu şəkildə imtina vəziyyəti yalnız ağırlaşdırır.

Təhsil qadağası

Ölkədən Amerika qoşunlarının çıxarılmasından sonra hakimiyyətə gələn radikal islamçı “Taliban” hərəkatı qadınları, demək olar, bütün dövlət vəzifələrindən qovub. Parklara, yarmarkalara, idman zallarına və ictimai hamamlara getmək qadağan olunub, üstəlik, ictimai yerdə başı bağlamaq tapşırılıb, ən yaxşısı isə üzü və bədəni tamamilə örtən niqab geyinməkdir.

https://toplum.tv/dunya/pirandan-reportaj-quotoumllkemizi-bu-kuumlt-adamlardan-xilas-etmek-isteyirikquotp

Amma taliblərin qadağalarından ən çox zərər görən yeniyetmə qızlar və universitet tələbələridir: onlara məktəbə və ali təhsil müəssisələrinə getmək qadağan olunub. Qızlar üçün ibtidai məktəblər hələ açıqdır.

Bu qadağa taliblər 2021-ci ildə hakimiyyətə qayıdan kimi ortaya çıxdı.

Onlar əvvəlcə bunun oğlan və qızların ayrı-ayrı oxumasını təmin edəcək müəllim və infrastruktur çatışmazlığı səbəbindən müvəqqəti addım olduğunu deyirdilər, amma ötən ilin sonlarında Təhsil Nazirliyi bildirdi ki, qız tələbələr, ümumiyyətlə, qış tətilindən sonra universitetlərə qayıtmasınlar.  

Qadınların təhsil hüququ inkar edilir, hərçənd, ölkənin bir sıra nüfuzlu ruhaniləri “Quran”da buna məhdudiyyət olmadığını əsas gətirərək bu hüququ dəstəkləyirlər.

Əfqanıstanın ən tanınmış din xadimlərindən biri Fakirullah Faik qadınların təhsil almasının problem olmadığını bildirib. Şimali Amerika İslam Cəmiyyətinin nümayəndəsi Harun İmtiyaz da taliblərin qızların təhsilinə qoyduğu qadağanı qəbulolunmaz və İslama zidd sayır: “Quranda və peyğəmbərin söylədiklərində taliblərin davranışına haqq qazandıracaq heç bir şey yoxdur”.

UNESCO-nun məlumatına görə, hazırda şagird və tələbə yaşlı əfqan qızlarının 80 faizi (təxminən 2,5 milyon) heç bir təhsil müəssisəsinə getmir.

Taliblərin belə addımları qadın təhsili sahəsində Əfqanıstanın son 20 ildə qazandığı bütün nailiyyətlərin üstündən xətt çəkir.

Hosna Cəlil Əfqanıstanda qadınlarla iş üzrə nazir müavini kimi yüksək hökumət vəzifəsini tutan ilk qadın olub. Taliblər qayıdana kimi o, Mədən Sənayesi Nazirliyində və prezident aparatında işləməyə macal tapıb. Talibanın 2021-ci ilin avqustanda Kabili tutmasından bir neçə ay əvvəl ABŞ-a köçüb.

Yeni hakimiyyət, demək olar, dərhal Qadınlarla iş üzrə Nazirliyin yerinə  Yaxşılıqları Əmr Etmək və Pisliklərdən Çəkindirmək ("əmr bil-məruf və nəhy ənil-münkər") Nazirliyini yaratdı.

“Taliban hakimiyyətindəki 20 illik fasilə insanları dəyişdirdi. Onlar qadın və kişilər daxil bütün insanların əsas hüquqlarının olması və ləyaqətlə yaşamaq anlayışını qavradılar”, - Hosna Cəlil deyir.

“Əsas fərq odur ki, qadınlar ucadan danışmağa başladılar. 1990-cı illlərdə onlar daha susqun idilər, indi isə küçələrə çıxmaqdan qorxmurlar”, - Cəlil əlavə edir.

Ölkədə qalan bəzi əfqan qadınları həqiqətən də etiraz aksiyasına çıxırdılar və çıxırlar, bu zaman həbsdən və ictimai qınağa tuş gəlməkdən çəkinmirlər. Amma hökumət qüvvələri onları tez-tələsik dağıdır, necə ki, BMT missiyasının yerləşdiyi binanın qarşısında keçirilən kiçik aksiyanı dağıtdılar. Doğrudur, sosial şəbəkələrdə Kabil universitetinin yerləşdiyi küçədə oturan və kitab oxuyan tələbə qızların bir neçə fotosu yayılmışdı.

Bəzi tələbə oğlan və qızlar oğlanlara müraciət edərək təhsil hamı üçün əlçatan olana qədər dərsləri boykot etməyə çağırdılar. Amma bu, hələ ki, baş verməyib.

Kişi tələbələrin heç də hamısı qadın təhsilinə qoyulan qadağa ilə razı deyil. Onlardan birinin sözlərin görə, universitetdə dəfn ab-havası hökm sürür: “Elə bil, kimsə ölüb. Hamı məyusdur. Səbəbini bilirəm, amma bu barədə danışmağa qorxuram ki, həbs etməsinlər”.

İctimai həyat qadağası

Qadınların ictimai həyatdan kənarlaşdırılması daha bir problem yaradır: ixtisaslı işçi qüvvəsinin çatışmazlığı. Taliblərin qayıdışından sonra da ölkədə qalmağa üstünlük verən qadın fəal Məhbubə Sərac deyir ki, qadağalar ölkəni fəlakətə sürükləyir.

Bunlar azmış kimi, 2022-ci ilin dekabrında hakimiyyət yeni fərman verərək bu dəfə qeyri-hökumət təşkilatlarında (QHT) işləməyi qadınlara qadağan etdi. Həmin qurumlarda qadın əməkdaşların xüsusi çəkisi 35-40% idi.

Bu qadağa bir çox əfqana həyatı bahasına başa gələ bilər. Əfqanıstandakı qadın və qızlar ailələrindən kənarda yalnız başqa qadın və qızlarla ünsiyyətdə ola bilərlər.

“Bu o deməkdir ki, biz yalnız qadın həkimləri, tibb bacılarını və mamaları görə bilərik. Bizim qızlara yalnız qadın müəllimlər dərs deyə bilərlər. Kişi üzvü olmayan ailələrin qadınları əgər ödəmə məntəqəsində ünsiyyət qura biləcəkləri qadın əməkdaş yoxdursa, pul və ərzaq yardımı ala bilməzlər”, - Fatimə adlı qadın Britaniyanın “Telegraph” qəzetinə danışıb.

https://toplum.tv/dunya/p2022-ci-ilde-qadin-haqlari-nece-pozuldu-ve-nece-muumlbarize-getdip

Nəticədə belə ailələrdəki qadın və uşaqlar humanitar yardımdan məhrum olacaqlar, onsuz yaşamaq isə sadəcə mümkün deyil (humanitar yardımı QHT-lər paylayır – tərc.).

Qadınların hələ işləyə bildikləri yerlərdə də - məsələn, xəstəxanalarda, – hər şey, Hosni Cəlilin sözlərinə görə, şifahi razılaşmaya bağlıdır: “Taliblər buna şifahi razılıq veriblər, belə icazələri istənilən anda geri çəkə bilərlər”.

Hakimiyyətə qayıdandan dərhal sonra qadınların iş və təhsil hüququna hörmət edəcəklərini demələrinə baxmayaraq, taliblər qadınların həyatını get-gedə daha çox məhdudlaşdırırlar.

“Əfqanıstanda söhbət etdiyimiz qadınlardan biri söylədi ki, bütün bu qadağalar edam hökmünün yavaş-yavaş yerinə yetirilməsini xatırladır”, - “Amnesty International” təşkilatının Avstraliya şöbəsindən Nikita Uayt nəql edir.

Mənbə: BBC Rusiya

Tərcümə: Yadigar Sadıqlı


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Pakistanın keçmiş baş naziri İmran Xan nədə ittiham edilir?

Yadigar Sadıqlı
17 Mart 2023

Açıq mənbələrdən götürülüb

Martın 15-də Pakistan məhkəməsi polisə keçmiş baş nazir, indi müxalifət lideri İmran Xanın həbs cəhdlərini dayandırmaq barədə göstəriş verib. BBC bildirir ki, bu addım ölkədəki gərginliyi azaltmaq məqsədilə atılıb. Keçmiş baş nazirin yüzlərlə tərəfdarı iki gün ərzində onun həbsə alınmasına imkan vermirdilər və gözyaşardıcı qazdan, su şırnaqlarından istifadə edən polislə şiddətli toqquşmalara girirdilər. Həbsin dayandırılması barədə göstərişdən az sonra İmran Xan evdən çıxaraq tərəfdarları ilə şəkil çəkdirib. Pəncab vilayətinin yüksək çinli məmurlarından biri deyib ki, həbsin təxirə salınması ölkənin əsas idman tədbirinin – kriket üzrə superliqanın finalının keçirilməsi ərəfəsində asayişi bərpa etmək zərurətindən doğub. Final martın 19-da Xanın evindən bir...
Dünya

Kılıçdaroğlu prezident seçilsə, Rusiyaya Türkiyənin NATO üzvü olduğunu "xatırlatacaq"

Toplum TV
17 Mart 2023

Açıq mənbələrdən götürülüb

Kamal Kılıçdaroğlu Türkiyədə keçirilən prezident seçkilərində qalib gəlsə, Moskvaya Türkiyənin NATO-nun üzvü olduğunu xatırladacaq.  Toplum TV xəbər verir ki, bunu Türkiyə müxalifətinin vahid namizədi Kamal Kılıçdaroğlunun müşaviri Ünal Çeviköz “Politico” nəşrinə verdiyi müsahibədə deyib. Müsahibəsində o, Türkiyənin Rusiya ilə Ukrayna arasında vasitəçi rolunu davam etdirəcəyini, amma Kılıçdaroğlu hakimiyyətə gələrsə, Türkiyənin Rusiya Federasiyası ilə “bərabər münasibətlərə” can atacağını bildirib. Onun sözlərinə görə, Ankara İsveç və Finlandiyanın NATO-ya üzv olmasına da mane olmayacaq. https://toplum.tv/dunya/perdoganin-prezidentliye-namizedliyi-tesdiqlendip Hazırda müharibə səbəbindən Rusiyanı tərk edən vətəndaşlar fəal şəkildə Türkiyədə mülk alırlar. Ünal Çeviköz müsahibəsində onu da qeyd edib ki, əgər Kılıçdaroğlu seçkilərdə qalib gələrsə, əcnəbilərin Türkiyədə ən...

Seçilmiş Videolar

Toplum TV loqo