Dünya

Böyük müharibə dəyişməyib: Ukrayna hücumundan beş dərs

17 İyul, 2023
1721

Ukrayna silahlı qüvvələri

Ukrayna əsgəri

Ukrayna ordusunun ölkənin cənubunda və Donbasa hücumunun başlanmasından bir ay sonra hadisələrin gedişi barədə müəyyən qənaətə gəlmək olar. Bu qənaətlər təkcə Ukrayna Silahlı Qüvvələrinin (USQ) komandanlığı üçün deyil, müasir müharibənin mahiyyətini anlamaq üçün vacibdir.

Ukraynalı hərbi ekspert Kirill Danilçenko son bir neçə həftədə Ukrayna cəbhələrində baş verənlərdən hansı dərslər almağın mümkünlüyündən danışır.

I dərs: Müharibə dəyişmir

Ukrayna hücumunun birinci ayının – elə 500 gündən artıq davam edən irimiqyaslı müharibənin - əsas nəticəsi odur ki, müharibə dəyişmir.

Gələcək müharibələrin rəqəmsal müstəvidə döyüşlərdən, özəl hərbi şirkətlərin toqquşlmalarından, ya da Liviyadakı müharibə kimi kiçik intensivli ekspedisiya konfliktlərindən ibarət olacağı haqqında bütün nəzəriyyələr yanlış çıxdı.

FPV-dronların xüsusi eynəkli operatorlarının rəqibə zərbələrini əks etdirən videoyazılar güclü təəssürat yaratsalar da, əsas işi yenə də vaqonlarla mərmi və tank batalyonları görür.

Buna görə də Danimarka özünün bütün CAESAR özüyeriyən artilleriya qurğularını, Norveç isə bütün tanklarının dörddə bir hissəsini USQ-yə göndərib.

Ukraynaya verilən bütün zirehli maşınların və transportyorların sayı çoxdan 2 mini keçib və artmaqda davam edir.

Qərb koalisiyası birlikdə Ukrayna ordusuna 500-ə yaxın özüyeriyən artilleriya qurğusu (ÖAQ) göndərib, ukraynalı tankçılar isə artıq aldıqları 500 tanka daha yüzlərlə yenisini əlavə etməyə hazırlaşırlar.

Bu qüvvələrlə Ukrayna hərbi qüvvələri Donbasın qərbindəki Vremev çıxıntısında 8 km, Baxmut ətrafında bir neçə km, Zaporojye vilayətində Jerebyanoka qədər 4 km irəliləyə biliblər. Necə deyərlər, “rəngli” Birinci dünya müharibəsi.

Son ay ərzində onlarla epizod olub ki, taqım döyüşə girir, axşam isə sıradan çıxır: minalar, dronlardan buraxılan sursatlar, atılan mərmilər üzündən.

Hər iki tərəfdə belədir.

https://toplum.tv/dunya/pabsurd-yoxsa-qelebe-nato-sammitinde-ukrayna-ne-qazandip

Avdeyevka və Kremennoy ətrafında əks-hücuma keçən rusların işi daha pisdir, çünki onlarda qərbin taktiki tibbi yoxdur, ümumiyyətlə, prinsipcə, qondarma Donetsk respublikasında səhiyyə müəssisələri ilə bağlı vəziyyət yaxşı deyil.

Rusiya üçün də müharibə çoxdan yeni mərhələyə adlayıb.

Birinci çeçen müharibəsi zamanı Yarış-Mardı kəndi yaxınlığında baş verən döyüşdə 80 nəfərin ölümü və 20 ədəd texnikanın itirilməsi fəlakət sayılırdı, 1985-ci ildə Əfqanıstanda Maravara ətrafında bölüyün darmadağın edilməsi faciə idi.

 Ukraynada isə belə itkilər istənilən sıravi toqquşma zamanı – məsələn, Urojaynaya və Makarovka arasında meşə zolağı uğrunda döyüşdə, ya da Uqledara hücum cəhdi zamanı – yaşanır.

Bölüklər kibrit kimi “yanır”, yanbayan dayanan tanklar, PDM və başqa texnikadan ibarət karvanların darmadağın edilməsi isə artıq heç kimi şok etmir.

II dərs: Kontinental müharibə beynəlxalq ittifaqları geri qaytarır

Bir il ərzində müttəfiqlər Ukraynaya 2 milyondan çox mərmi veriblər. Bunun mümkün olması üçün Avropanın üç qabaqcıl iqtsadiyyatının və ABŞ-ın səyləri lazım gəlib. Yenilərinin istehsal olunmasını gözləyənə qədər Pentaqon USQ-yə kasetli sursatlar göndərir.

Ukraynalı artilleriyaçılara 105 mm-lik L119 haubitsalarından istifadəni yenizelandiyalılar öyrədib. Norveçin MLRS yaylım atəş sistemini USQ üçün britaniyalılar bərpa ediblər.

Belə hərtərəfli beynəlxalq dəstək heç bir ölkənin özünü təklikdə təhlükəsiz hiss etmədiyini və regional müdafiə ittifaqlarının yenidən “böyük oyun”a qayıtdığını sübut edir.

Axı təklikdə heç bir ölkə Böyük kontinental müharibədə lazım olacaq qədər silah-sursat istehsal etməyə, xidmət göstərməyə, saxlamağa qadir deyil.

Bu, hətta Almaniya və Fransa kimi iqtisadi “ağırçəkililər”ə də aiddir. Əgər onlar, əlbəttə, vətəndaşlarının həyat səviyyəsinin kəskin enişindən qaçmaq istəyirlərsə.

III dərs. Yerüstü qüvvələr – prioritetdir

Hətta İran, Şimali Koreya və Rusiya kimi militarlaşmış ölkələrin belə güclü yerüstü qüvvələrə ehtiyacı var.

Prinsipcə bunu İkinci Livan müharibəsi – 2006-cı ildə İsrail ordusu ilə Livanın cənubunu nəzarətdə saxlayan “Hizbullah” qruplaşmasının qüvvələri arasında toqquşma – zamanı anlamaq mümkün idi.

O zaman israillilər uzaqvuran toplarla Livanın cənubundakı bütün anbarları, körpüləri partlatdılar, amma, əslində, mina sahələrindən və tank əleyhinə raket komplekslərindən ibarət düşmən müdafiəsini yara bilmədilər.

Yəni ordu minlərlə yüksək dəqiqlikli mərmilərə, idarə olunan bombalara və uzaqmənzilli raketlərə malik ola bilər, amma döyüş meydanında əsas vəzifənin öhdəsindən gəlməz.

Ukrayna HİMARS qurğularından reaktiv GMLRS raketləri ilə yüzlərlə zərbələr endirir, çox vaxt rusiyalıların şəxsi heyətinə və ya neft bazasına deyil, həm də ÖAQ və yaylım atəş sistemi kimi əlahiddə hədəflərə. Təkcə bu yaxınlarda Makeyevka və Suxodolskda sursat anbarları, Volnovaxada administrasiya və müxtəlif ərazilərdə bir neçə şəxsi heyət mənzillənən məntəqə məhv edilib.

Nəticə isə dəyişmir – Ukrayna hücumu mövqe döyüşlərilə müşahidə olunur.

Onlarla uzaqmənzilli ATACMS ballistik raketləri böyük müharibə zamanı operativ vəzifələri yerinə yetirməyə çətin ki, kömək olsunlar (Ukrayna 300 km məsafəsi olan bu raketləri çoxdan istəyir, ABŞ məsələni gözdən keçirir – BBC).

Kontinental müharibəni “məsafəli” udmaq üçün dünyada heç kəsin (bəlkə ABŞ xaric) yetərli sayda yüksək dəqiqlikli mərmiləri, idarə olunan bombaları və kifayət qədər aviasiya uçuşu həyata keçirmək imkanı var.

IV dərs. Taktiki HHM olmadan döyüş meydanı üzərində səmanı bağlamaq olmaz

Taktiki HHM heç vaxt Qərbin güclü tərəfi hesab olunmayıb.

Hava hücumundan ən yaxşı müdafiə uzaq radiolokasiya izləmə təyyarəsindən hədəfin göstərilməsi və qırıcılar tərəfindən buraxılan hədəfi özü müəyyən edən, infraqırmızı başlıqlı “hava-hava” raketlərinin kombinasiyasıdır.

https://toplum.tv/dunya/paleksandr-qabuyev-ccedilin-tezlikle-rusiya-qarsisinda-istenilen-serti-qoya-bilecekp

İndi Rusiyanın tank əleyhinə “Vixr” raketləri ilə silahlanmış zərbə helikopterləri Ukrayna qüvvələrinə problem yaradırlar, hərçənd rus aviasiyası ən yaxşı optikaya malik deyil və mühərrik resursları ilə çətinlik yaşayır.

Qərbdən bir neçə təyyarə almaq olar, amma helikopterlərin üzərində pərvaz etdiyi bütün bu meşə zolaqlarını təmizləmək asan olmayacaq.

Buna görə də kiçik və orta radiuslu taktiki HHM döyüş meydanında mühüm komponent olaraq qalır.

V dərs. Mina sahələri – ciddi təhlükədir

Mina sahələri, fuqaslar, kombinasiyalı mina maneələrinin məsafədən düzülməsi, eləcə də “Tropa” kimi müxtəlif minatəmizləyici qurğular müasir müharibədə effektli olaraq qalırlar. Xüsusən də artilleriya atəşi və dronlardan sursat atılması ilə birgə istifadə olunanda.

Quraşdırılmış minalardan gündüzlər artilleriyaya qarşı olunduğu kimi tüstü pərdəsi ilə gizlənə bilməzsən. Gecələr hərəkət zamanı isə təmizlənmiş cığırdan çıxmaq, ya da artıq təhlükəsiz yola yenidən düzülmüş minaya tuş gəlmək riski var. 

Buna görə də döyüşçülərin poliqonda bir neçə ay sürən təlimlər keçməsinə, mühəndis kəşfiyyatının inkişafına, minatəmizləyən qurğularla işləməyi öyrənməyə ehtiyac var.

Amma bu həmişə mümkün olmur, xüsusən də ön xətdə ərazi müdafiə qüvvələri və bu yaxınlarda səfərbər olunanlar döyüşəndə.

Bununla belə, istehkamçıların və mühəndislərin hazırlanması müasir müharibə zamanı uğurlu hücum üçün həlledici şərtdir.

Ukraynalılar isə, bu zaman, düşmənin inadlı müqavimətini adlayaraq hücum edirlər.

Rusiya ordusunun cənub xəttinin yarılması, Perekop bərzəxinə çıxış və Krımı təhdid etmək mümkündürmü?

Sutka ərzində “Uraqan” batareyası, iki ÖAQ batareyası və onlarla lüləli artilleriyası məhv edilən heç bir ordu davam gətirə bilməz.

Hər şey tərəflərin itkilərə tab gətirmək, hücum edənlərin inadından, müdafiə olunanların mətinliyindən, eləcə də təchizatdan asılıdır.

Yüzminlərlə mərmi, minlərlə dron, əlavə lüləli artilleriya, batareya əleyhinə mübarizə üçün radar sistemlərinin, vəd olunan tank və PDM-lərin verilməsi həlledici ola bilər.

Mənbə: BBC

Tərcümə: Yadigar Sadıqlı


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Navalnı ilə vidalaşma mərasimində izdiham yaşanıb

1 Mart 2024

Sosial Media

Rusiyalı mərhum siyasətçi Aleksey Navalnının dəfn mərasimi bu gün Moskva yaxınlığındakı Müqəddəs Məryəmin İkonası Kilsəsində baş tutub. Toplum TV "Meduza" onlayn nəşrinə istinadən xəbər verir ki, kilsədəki vidalaşma mərasiminə yalnız qohumlar və yaxınlar buraxılıb. Açıq tabut mərasimindən sona tabut kilsədən çıxarılıb və qəbiristanlığa aparılıb. Vidalaşma mərasiminin 20 dəqiqədən də az çəkdiyi bildirilib.  Mərasim vaxtı ərazidə çox sayda polis nəzərə çarpıb, kilsə ərazisi metal hasarlarla əhatə olunub. Navalnı ilə vidalaşmaq istəyənlərin sırasının isə bir kilometrdən çox uzandığı qeyd olunub.  Əraziyə toplaşan insanlar vaxtaşırı "Navalnı!" və "Biz bağışlamayacağıq!" kimi şüarlar səsləndiriblər.  ABŞ-ın Rusiyadakı səfirinin, həmçinin Almaniya və Fransa səfirlərindən ibarət nümayəndə heyətinin...
Dünya

Ermənistan Rusiya sərhədçilərinin çıxarılması məsələsini müzakirə edir

1 Mart 2024

Açıq mənbələrdən götürülüb

Ermənistan rəhbərliyi rus sərhədçilərinin Yerevanın "Zvartnots" hava limanından çıxarılması məsələsini müzakirə edir. Toplum TV xəbər verir ki, bu barədə martın 1-də jurnalistlərə açıqlamasında parlamentdəki hakim “Vətəndaş müqavilə” fraksiyasının katibi Artur Hovhannisyan bildirib. “Bu məsələ həm bizi, həm də cəmiyyətimizin əksəriyyətini narahat edir. Partiyamız daxilində müzakirələr gedir, lakin hələlik heç bir qərar yoxdur”, - Hovhannisyan açıqlamasında bildirib.  Rusiya sərhədçilərinin hava limanından çıxarılması ehtimalını fraksiyanın digər deputatı Vladimir Vardanyan da şərh edib. O qeyd edib ki, ölkənin hava sərhədləri Ermənistan silahlı qüvvələri tərəfindən qorunmalıdır. https://toplum.tv/dunya/psimonyan-ermenistanin-ktmt-de-istirakini-dondurmasina-aydinliq-getiribp Qeyd edək ki, fevralın 27-də Ermənistan Parlamentinin spikeri Alen Simonyan bildirmişdi ki, rus sərhədçiləri "Zvartnots" hava limanını...

Seçilmiş Videolar

Toplum TV loqo