Dünya

Britaniyalı ekspertlər: Rusiya ordusu indi daha yaxşı döyüşür

Yadigar Sadıqlı
25 May, 2023
550

Açıq mənbələrdən götürülüb

Rusiya ordusu

Böyük Britaniyanın Kral Birləşmiş Xidmətlər İnstitutunun (Royal United Services Institute, RUSİ) ekspertləri Ukrayna ilə irimiqyaslı müharibənin başlamasından bir il sonra Rusiya ordusunun vəziyyəti barədə əhatəli məruzə hazırlayıblar. Məruzə müəllifləri başqa nəticələrlə yanaşı, RF ordusunun zəifliyi və hərbçilərin səriştəsizliyi haqqında yayılmış fikirlərin həqiqətə tam uyğun olmadığı qənaətinə gəliblər. Məsələn, ekspertlər qeyd edirlər ki, Rusiya silahlı qüvvələri müharibənin ilk aylarında daha çox təzahür edən çatışmazlıqların çoxunu aradan qaldırıblar. RUSİ-nin məruzəsində əsas hissələr bunlardır.

Piyadalar

Təcavüzün əvvəllərində Rusiya hərbçiləri taktiki tabor qruplarının (TTQ) – canlı qüvvə sayı mindən az olmayan, motopiyada, tanklar, artilleriya və HHM vasitələrinin də daxil olduğu müstəqil ümumqoşun hissələrinin - tərkibində fəaliyyət göstərirdilər. Məruzə müəlliflərinin yazdıqlarına görə, canlı qüvvənin və TTQ hissələrinin fəaliyyətində uzlaşmanın çatışmazlığı səbəbindən komandanlıq onlardan imtina etməyi qərara alıb. Bunun əvəzinə hərbi rəhbərlik piyadalardan istifadə edir, bu zaman dörd tip hissələr formalaşdırılır: xətt, həmlə, “birdəfəlik” və ixtisaslaşmış hissələr.

Xətt piyadaları çox vaxt dəstək və müdafiə üçün, həmlə hissələri isə hücum əməliyyatları üçün istifadə olunurlar. İxtisaslaşmış hissələr piyadalardan, desantçılardan, ÇVK Vaqnerin peşəkar muzdlularından və xüsusi təyinatlılardan formalaşır. Onar həm də USQ mövqelərinin bilavasitə yaxınlığında müşahidə və snayper postları yaratmaq üçün istifadə olunurlar.

https://toplum.tv/siyaset/prusiyada-buumldce-kesiri-artir-bu-iqtisadiyyat-uumlccediluumln-ne-qeder-tehluumlkelidirp

Əsasən məhkumlardan və səfərbər edilənlərdən, eləcə də ilhaq olunmuş Donetsk və Luqansk çağırışçılarından təşkil olunan “birdəfəlik” piyadalar  USQ mövqelərinin yoxlanılması, eləcə də ukraynalıları fasiləsiz döyüşlərlə yormaq üçün istifadə olunurlar. Müəlliflər yazırlar ki, “birdəfəlik” piyadalar çox vaxt 5 nəfərlik kiçik qruplar halında döyüşürlər və “insan dalğaları” taktikasına əməl edirlər: sıradan çıxan qrupun yerinə dərhal başqası gəlir.

Mühəndis-istehkam qoşunları

RUSİ yazır ki, mühəndis-istehkam qüvvələri Rusiya ordusunda ən effektli qoşun növlərindən biridir. Məruzə müəllifləri təkcə sürətlə müdafiə qurğularının yaradılmasını deyil, həm də qarışıq mina sahələrinin (piyada əleyhinə və tank əleyhinə minalardan) kompleks təşkilini qeyd edirlər. Bu sahələrdə partlayıcı maddələrin yerləşdirilməsinin aşkar sxemi müşahidə olunmur.

Artilleriya

RUSİ ekspertləri yazırlar ki, artilleriya Rusiya ordusunun əsası olub və qalmaqda davam edir. Amma irimiqyaslı müharibənin bir ili ərzində ondan istifadə metodları xeyli dəyişib. Məsələn, əgər təcavüzün əvvəlində artilleriya batareyaları TTQ-yə təhkim olunmuşdularsa, artıq 2022-ci ilin yayında onları vahid komandanlığa tabe olan taktiki artilleriya qruplarında birləşdirdilər.

Bundan əlavə, Rusiya artilleriyası kəşfiyyat üçün PUA-lardan geniş istifadə etməyə başladı, bu da həm sursatlardan effektli istifadə etməyə imkan verir, həm də artilleriyanın səpələnmiş mövqelərdən atəş açmaq bacarığını artırıb (bütün batareya bir yerə yığılanda düşmənin bir atəşi ilə məhv ola bilərdi). Bundan əlavə, Rusiya artilleriyası artıq səngərlənmir və daha mobil olub.

Zirehli texnika

Təcavüzün başlanğıcı ilə müqayisədə Rusiya ordusu zirehli texnikadan istifadə taktikasını da dəyişib. Məsələn, əgər əvvəllər tanklar cəbhənin müəyyən sahəsində müdafiəni yarmaq üçün tətbiq edilə bilərdilərsə, indi, bir qayda olaraq, piyadalara kömək funksiyasını yerinə yetirirlər. Rusiya hərbçiləri tanklardan artilleriya ilə bərabər qapalı mövqelərdən atəş açmaq üçün istifadə edirlər (bir növ erzats-haubitsa kimi, birbaşa tuşlamadan). Haubitsalardan daha mobil və daha müdafiəli tanklar lojistik yolların qorunması və çoxsaylı topların sursatla təmin olunması üçün HHM vasitələrinin çatışmadığı yerlərdə istifadə olunurlar. Bununla belə, məruzə müəllifləri qeyd edirlər ki, lülələrinin qalxma bucağının kiçik olması üzündən tanklar qapalı mövqelərdən atəş zamanı artilleriya silahları qədər effektli ola bilməzlər.

Rusiya hərbçiləri tanklardan həm də  piyadalara dəstək vasitəsi kimi istifadə edirlər, çünki onlar təmas xəttinin bilavasitə yaxınlığında işləyə bilirlər, təkmilləşmiş optika isə onlara düşmənin atəş nöqtələrini tapmaq və məhv etmək imkanı verir.

Bundan əlavə, tanklar reyd keçirmək üçün tətbiq olunurlar. Müəlliflər izah edirlər ki, Rusiya piyadalarının daimi təzyiqi üzündən USQ qoşunların mütəmadi rotasiyasını keçirməli olur. Rotasiya haqqında məlumat alan Rusiya hərbçiləri öz növbəsində tankları göstərilən sektora yönəldir və qüvvələrin dəyişməsi üzündən ən zəif məqamda düşmən mövqelərinə zərbələr endirirlər. 

RUSİ ekspertləri deyirlər ki, Rusiyanın köhnəlmiş T-55 və T-62 tanklarından istifadə etməsi sosial şəbəkələrdə istehzaya səbəb olsa da, onlar piyadaların döyüş maşınına (PDM) aid edilən funksiyaları yerinə yetirə bilərlər. Bu baxımdan köhnəlmiş tanklar hətta daha effektli ola bilərlər. Baxmutda ruslar tanklardan bilavasitə şəhər hüdudlarında istifadə edirdilər və bu halda köhnə tanklardan istifadə daha məqbuldur, çünki şəhər mühiti daha müasir tanklara yetərincə taktiki üstünlük vermir ki, onların itirilməsi özünü doğrultsun. 

Ekspertlər Rusiya hərbçilərinin tankları daha davamlı və bəzi tankvuran sistemlər üçün daha dişbatmaz edən müəyyən modifikasiyalar etdiklərini söyləyirlər.

Radioelektron mübarizə vasitələri

RUSİ mlumatlarına görə, Rusiya özünün radiolektron mübarizə (REM) vasitələrini təkmilləşdirə bilib. Hazırkı məqamda ruslar cəbhənin hər 10 km üçün bir iri REM sistemindən istifadə edirlər. Bu sistemlər əsasən PUA vurulmasına istiqamətlənib. RUSİ bəzi ukraynalı hərbçilərə istinadən yazır ki, bunun nəticəsində USQ hər ay 10 minə yaxın PUA itirir. Ekspertlər həmçinin qeyd edirlər ki, ruslar, görünür, USQ-nin geniş istifadə etdiyi Motorola radiostansiyalarının şifrələnməsini real zaman rejimində sındırmağı öyrəniblər.

Hava hücumundan müdafiə vasitələri

Müharibə başlayandan ruslar HHM vasitələrindən istifadə qaydasını dəyişiblər. Əvvəlcə onlar xeyli səpələnmiş olurdular. RUSİ yazır ki, bu vəziyyətdə Rusiya HHM vasitələri radiolokasiya əleyhinə raketlərdən (Ukraynaya NATO tərəfindən verilib) və REM vasitələrindən istifadə ilə kompleks hücumlar qarşısında çarəsiz qalırdılar. Cəbhədə HİMARS sistemləri peyda olduqda məlum oldu ki, səpələnmiş HHM sistemləri bu raketlərin (GMLRS) atəşini tutmağa qadir deyillər.

https://toplum.tv/dunya/pputinin-yanindan-qaccedilmis-kapitan-onu-cinayetkar-hesab-ediremp

Eksperlətin məlumatına görə, 2022-ci ilin payızından ruslar HHM vasitələrini arxa təchizat və operativ komandanlıq yaxınlığındakı mühüm nöqtələr ətrafında yerləşdirdilər. Bundan əlavə, rus hərbçilər HHM vasitələrini müxtəlif radarlarla birlikdə işlətməyə başladılar, bu da yekunda sistemlərin ümumi effektliliyini artırdı və GMLRS zərbələrinin, heç olmasa, bir hissəsini dəf etmək fürsəti yaratdı.

Aviasiya

Ukrayna HHM vasitələri üzündən Rusiya aviasiyasının tətbiqi sahəsi bütün müharibə boyunca məhdud olaraq qalır. Bununla belə, savaşın bir ili ərzində RF hava-kosmik qüvvələri mövcud məhdudiyyətlərə adaptasiya olublar. Məsələn, hərbçilər sursat defisitinə uyğunlaşıblar, buna görə də aviasiya zərbələrindən əvvəl PUA hücumları baş verir, Ukrayna HHM-nin zəif yerləri aşkar edilir, bu da atəşi daha az yaxalama riski ilə həyata keçirməyə imkan verir. Bundan əlavə, ruslar modul planlaşdırılması və korreksiya ilə modifikasiya olunmuş FAB-500 aviabombalarından geniş istifadə etməyə başlayıblar. RUSİ Rusiyada bu bombaların böyük ehtiyatının olduğunu yazır.  

Məruzə müəllifləri yekunda qeyd edirlər ki, hərbi əməliyyatların bir ili ərzində Rusiya ordusu adaptasiya olmaq və öz səhvlərindən nəticə çıxarmaq bacarığını nümayiş etdirib. Bu zaman bütün dəyişiklikləri mövcud şərtlər diktə edib və təcavüz zamanı ortaya çıxan çatışmazlıqların ortadan qaldırılmasına yönəlib. RUSİ yazır ki, indi Rusiya ordusu bilavasitə üzləşdiyi problemlərin daha yaxşı həll edən strukturdur, bununla belə, ekspertlər komandanlığın təhlükələri öncədən görmək və onlara operativ reaksiya vermək bacarığına şübhə ilə yanaşırlar.

Mənbə: Meduza.io

Tərcümə: Yadigar Sadıqlı


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

NATO Ukraynanın Rusiyaya hücumlarına haqq qazandırıb

Toplum TV
1 İyun 2023

Açıq mənbələrdən götürülüb

"Kiyevin özünü müdafiə etmək hüququ var" Toplum TV xəbər verir ki, bunu iyunun 1-də NATO-nun baş katibi Yens Stoltenberq Rusiyaya təşkil olunan hücumlarla bağlı açıqlamasında bildirib.  Stoltenberq vurğulayıb ki, NATO-nun mövqeyi dəyişməzdir: Kiyevin özünü müdafiə etmək hüququ var.   “Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsi beynəlxalq hüququn kobud şəkildə pozulmasıdır. Özünümüdafiə hüququ BMT Nizamnaməsində təsbit olunub”, - deyə o qeyd edib.  Baş katibin sözlərinə görə, Ukraynaya dəstək NATO-nu münaqişə tərəfi etmir: "NATO-nun iki vəzifəsi var: Ukraynanı dəstəkləmək və Rusiyanın Ukraynaya qarşı təcavüzkar müharibəsinin bu ölkədən kənara çıxmasının qarşısını almaq”. https://toplum.tv/dunya/pmoskvaya-dron-huumlcumu-rusiya-ukraynani-ittiham-edirp Bundan əvvəl Ağ Ev Rusiya daxilinə hücumları dəstəkləmədiyini bildirmişdi.  "Vaşinqton Ukraynaya...
Dünya

Kiyevə gecə hücumu: ölənlər və yaralılar var

Toplum TV
1 İyun 2023

Açıq mənbələrdən götürülüb

Rusiyanın mayın 31-dən iyunun 1-də keçən gecə Kiyevə raket hücumu nəticəsində 1-i uşaq olmaqla 3 nəfər ölüb, 11 nəfər yaralanıb. Toplum Tv "Guardian" nəşrinə istinadən xəbər verir ki, bu barədə Ukrayna Hərbi Hava Qüvvələri məlumat yayıb.  Bildirilir ki, hücum zamanı Rusiya “İsgəndər-M” ballistik raketlərindən və “İsgəndər-K” qanadlı raketlərindən istifadə edib. Onların hamısının zərərsizləşdirildiyi bildirilsə də, yerə düşən qalıqların dağıntılar yaratdığı qeyd olunub.  https://toplum.tv/dunya/pag-ev-rusiya-daxiline-huumlcumlari-desteklemirp Kiyev meriyasının məlumatına görə, dağıntıların böyük hissəsi Kiyevin şərqindəki Desnyanski rayonunda baş verib. Sursat qalıqları uşaq xəstəxanası və yaşayış binasının üzərinə düşüb, 2 məktəbə və 1 polis idarəsinə ziyan dəyib. İkinci hadisə Dniprovski rayonunda baş verib, 1...

Seçilmiş Videolar

Toplum TV loqo