Dünya

Buker mükafatının qalibi kimdir?

4 Dekabr, 2023
264

Açıq mənbələrdən götürülüb

Pol Linç

2023-cü ilin Buker mükafatını irlandiyalı Pol Linç qazandı

Pol Linç bu mükafatı “Peyğəmbər nəğməsi” adlı aintiutopik romanına görə əldə edib. Romanda totalitar rejimin bərqərar olduğu İrlandiya təsvir olunur.

Əsərin süjeti Dublində cərəyan edir, rəvayətin mərkəzində tədqiqatçı və dörd uşaq anası Ayliş Stakın hekayəsi duru. O, öz ailəsini demokratik normaları məhv edən faşizmin yaxınlaşması və “yeni dünya” şəraitində xilas etməyə çalışır.

Müəllif mükafatın təqdimatı ərəfəsində “BBC Radio 4”-ə verdiyi müsahibəsində İrlandiyanın totalitarizm girdabına yuvarlanmasının “artıq baş verdiyi”ni deyir.

“Keçmişdə artıq baş vermiş, indi baş verən və gələcəkdə baş verəcək hadisələr bu romanda modelləşdirilir”, - deyən müəllif onun vəzifəsinin baş verənləri dinləmək və əsaslı nəticələr çıxarmaq olduğunu əlavə edib.

Linç həmçinin romanındakı bəzi səhnələri hərfən öz üzərinə biçərək “yaşaması”ndan və həmin səhnələrin koronavirus pandemiyası və lokdaun dövründə eynən təkrar olunmasından danışıb.

https://toplum.tv/dunya/ptarixccedililer-ridli-skott-un-quotnapoleonquot-filmini-niye-tenqid-edirlerp

“Bu, çox qəribə idi, çünki kitabda dövlətin hər şeyi nəzarət götürməsindən, komendant saatı tətbiq etməsindən danışılır. Bunlar artıq yazılmışdı ki, hər şeyi öz təcrübəmdə yaşadım”.

Bu yaxınlarda Dublində baş verən zorakılıq haqqında nə düşünməsi sualına Linç baş verənlərdən sarsıldığını etiraf edib və “bunun hamımız üçün xəbərdarlıq olmalı” olduğunu söyləyib. O, həm də siyasi romanlar yazmadığını vurğulayıb.

Əsərini Suriyadakı vətəndaş müharibəsinin və qaçqınlar böhranının təsiri ilə yazan Pol Linç Londondakı mükafatı təqdimat mərasimində “Buker”i məmnuniyyətlə İrlandiyaya aparacağını söyləyib, amma eyni zamanda heç vaxt qələbəyə inanmadığını boynuna alıb.

“Maraqlıdır, sən qələbəyə heç vaxt gerçəkdən inanmırsan, sənin beynin bu fikri kənara atır. Amma tanıdığım bütün adamlar mənə deyirdilər: “Bu dəfə sən dəqiq qalib olacaqsan, çünki vaxt baxımından inanılmaz təsadüfdür”, - yazıçı deyir.

Pol Linç İrlandiyanın cənub-qərbində yerləşən Limerik şəhərində 1977-ci ildə anadan olub. İndi Dublində yaşayır.

Yazıçılıq karyerasına 2013-cü ildə başlayıb. O vaxta qədər isə “Sunday Tribune” və “Sunday Times” qəzetlərində kino tənqidçisi idi.

Linçin “Səhər qırmızı səma” adlı debüt romanı XIX əsr irland mühacirlərin Filadelfiya yaxınlığındakı ümumi məzardan tapılan qalıqlarından bəhs edən sənədli filmin təəssüratı altında yazılıb. Romanı çap etmək uğrunda Londonun bir neçə nəşriyyatı mübarizə aparırdı.

Əsər ABŞ-da və “Prix du Meilleur Livre Etranger” (ən yaxşı əcnəbi əsər) mükafatının finalçısı olduğu Fransada şöhrət qazanıb.

Linçn ikinci romanı olan “Qara qar” (The Black Snow) irland mühacirin Doneqoldakı icmasına qayıtmasından bəhs edir. Əsər bir çox mükafatların finalçısı oldu və Fransanın ən yaxşı əcnəbi əsərə görə “Prix Libr'a Nous” mükafatını qazandı. 2017 və 2019-cu illərdə onun daha iki romanı – “Qreys” (Grace) və “Dəniz arxasında” (Beyond the Sea) – çapdan  çapdan çıxdı.

“Peyğəmbər nəğməsi” Linçin artıq beşinci romanıdır. O, əsər üzərində işə oğlunun doğumuna az qalmış başlayıb, bitirəndə isə oğlu artıq velosiped sürürmüş. Linçin öz etirafına görə, romanın ərsəyə gəlməsi asan olmayıb.  

Əvəzində, Buker mükafatının saytında deyildiyi kimi, roman “emosional nəqlin zəfəri, cəsarətli və gümrahlaşdırıcı” alınıb. “Peyğəmbər nəğməsi”  bugünün sosial və siyasi təlaşını böyük canlılıqla əks etdirir. Oxucular onu riqqətli və doğruçu kimi qəbul edəcəklər, oradakı xəbərdarlıqları uzun müddət unutmayacaqlar”.

Buker mükafatının qalibi priz olaraq 50 min funt sterlinq (65 min dollara yaxın) alır və Linçin dediyinə görə, bu pulları, çox güman, ipotekanı qapatmağa yönəldəcək.

Şort-listə daxil olan digər müəlliflər 2,5 min funt-sterlinq və nominant romanın “Buker tərtibatı”nda yenidən çap olunması hüququnu qazanırlar.

https://toplum.tv/dunya/ptrampin-yeniden-prezident-olmaq-sanslari-ne-qederdirp

Bu il həmin müəlliflər aşağıdakılar olub:

Pol Mürrey, “Arı sancması” (The Bee Sting);

Çetna Maru, “Qərbi döngə” (Western Lane);

Pol Hardinq, “Bu, başqa cənnətdir” (This Other Eden)

Conatan Eskoffer, “Əgər səndən çox yaşasam” (If I Survive You);

Sara Bernşteyn, “İtaətin tədqiqi” (Study for Obedience).

Buker mükafatı ingiliscə yazan yazıçlar üçün haqlı olaraq ən nüfuzlu ədəbi mükafatlardan biri sayılır.

Ən məşhur laureatlar arasında Marqaret Etvud, Anna Berns, Bernardin Evaristo və Salman Rüşdünü sadalamaq olar. 

Mənbə: BBC

Tərcümə: Yadigar Sadıqlı


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Navalnı ilə vidalaşma mərasimində izdiham yaşanıb

1 Mart 2024

Sosial Media

Rusiyalı mərhum siyasətçi Aleksey Navalnının dəfn mərasimi bu gün Moskva yaxınlığındakı Müqəddəs Məryəmin İkonası Kilsəsində baş tutub. Toplum TV "Meduza" onlayn nəşrinə istinadən xəbər verir ki, kilsədəki vidalaşma mərasiminə yalnız qohumlar və yaxınlar buraxılıb. Açıq tabut mərasimindən sona tabut kilsədən çıxarılıb və qəbiristanlığa aparılıb. Vidalaşma mərasiminin 20 dəqiqədən də az çəkdiyi bildirilib.  Mərasim vaxtı ərazidə çox sayda polis nəzərə çarpıb, kilsə ərazisi metal hasarlarla əhatə olunub. Navalnı ilə vidalaşmaq istəyənlərin sırasının isə bir kilometrdən çox uzandığı qeyd olunub.  Əraziyə toplaşan insanlar vaxtaşırı "Navalnı!" və "Biz bağışlamayacağıq!" kimi şüarlar səsləndiriblər.  ABŞ-ın Rusiyadakı səfirinin, həmçinin Almaniya və Fransa səfirlərindən ibarət nümayəndə heyətinin...
Dünya

Ermənistan Rusiya sərhədçilərinin çıxarılması məsələsini müzakirə edir

1 Mart 2024

Açıq mənbələrdən götürülüb

Ermənistan rəhbərliyi rus sərhədçilərinin Yerevanın "Zvartnots" hava limanından çıxarılması məsələsini müzakirə edir. Toplum TV xəbər verir ki, bu barədə martın 1-də jurnalistlərə açıqlamasında parlamentdəki hakim “Vətəndaş müqavilə” fraksiyasının katibi Artur Hovhannisyan bildirib. “Bu məsələ həm bizi, həm də cəmiyyətimizin əksəriyyətini narahat edir. Partiyamız daxilində müzakirələr gedir, lakin hələlik heç bir qərar yoxdur”, - Hovhannisyan açıqlamasında bildirib.  Rusiya sərhədçilərinin hava limanından çıxarılması ehtimalını fraksiyanın digər deputatı Vladimir Vardanyan da şərh edib. O qeyd edib ki, ölkənin hava sərhədləri Ermənistan silahlı qüvvələri tərəfindən qorunmalıdır. https://toplum.tv/dunya/psimonyan-ermenistanin-ktmt-de-istirakini-dondurmasina-aydinliq-getiribp Qeyd edək ki, fevralın 27-də Ermənistan Parlamentinin spikeri Alen Simonyan bildirmişdi ki, rus sərhədçiləri "Zvartnots" hava limanını...

Seçilmiş Videolar

Toplum TV loqo