Dünya

Çin ABŞ-dan Ukraynaya silah tədarükünü dayandırmağı tələb edir

Toplum TV
30 Yanvar, 2023
99

Açıq mənbələrdən götürülüb

Toplum TV - Çin bayrağı

Çin Xarici İşlər Nazirliyi (XİN) ABŞ-ı Ukrayna böhranının təşəbbüskarı adlandırıb və silah tədarükünü dayandırmağa çağırıb.

Toplum TV "Reuters"-ə istinadən xəbər verir ki, bu barədə XİN-in nümayəndəsi Mao Ninq açıqlama verib.

"ABŞ Ukrayna böhranının əsas təşəbbüskarı və hərəkətverici qüvvəsidir. Onlar Ukraynanı davamlı olaraq ağır və hücum xarakterli silahlarla təchiz etməklə münaqişəni uzadır və onu daha da gərginləşdirirlər. Əgər ABŞ həqiqətən də böhranın tezliklə bitməsini istəyirsə, Ukrayna xalqının təhlükəsizliyini həqiqətən düşünürsə, o zaman silah göndərməyi dayandırmalı və müharibədən qazanc əldə etməyi sonlandırmalıdır”, - deyə o bildirib. 

https://toplum.tv/dunya/pqerb-ukraynaya-tanklar-goumlnderir-amma-indi-basqa-problem-varp

Bundan əvvəl Vaşinqton administrasiyası Ukraynaya "Abrams" tanklarını göndərmək qərarına gəlib. Qeyd olunur ki, hərbi texnikanın tədarükü 2023-cü ilin sonundan tez baş tutmayacaq. 

Bundan əlavə, Almaniya Ukraynaya "Leopard 2" tanklarının göndərilməsinə razılıq verib. Almaniya həmçinin digər müttəfiq ölkərə alman istehsalı olan tankların tədarükünə icazə verib. 


Toplum TV Azərbaycanın müstəqil xəbər platformasıdır. Ölkədə və bölgədə baş verən hadisələri dəqiq və qərəzsiz şəkildə izləyicilərimizə çatdırırıq.

Toplum TV hər gün siyasət, iqtisadiyyat, sosial, kriminal, gender mövzularında reportajlar və xəbər proqramları, tolk-şou və müsahibələri diqqətinizə təqdim edir.

Ən doğru xəbərləri izləmək üçün Toplum TV-yə abunə olun.

Youtube: https://www.youtube.com/channel/UCztIohlYx63yMJzcRTF18IA

WebSite: https://toplum.tv

Facebook: https://www.facebook.com/toplumtv

İnstagram: https://www.instagram.com/toplumtv/

Telegram: https://t.me/Tvtoplum

Şikayətlərinizi Whatsapp-da Qaynar Xəttimizə göndərin: +99450 247 55 06

Dünya

Pakistanın keçmiş baş naziri İmran Xan nədə ittiham edilir?

Yadigar Sadıqlı
17 Mart 2023

Açıq mənbələrdən götürülüb

Martın 15-də Pakistan məhkəməsi polisə keçmiş baş nazir, indi müxalifət lideri İmran Xanın həbs cəhdlərini dayandırmaq barədə göstəriş verib. BBC bildirir ki, bu addım ölkədəki gərginliyi azaltmaq məqsədilə atılıb. Keçmiş baş nazirin yüzlərlə tərəfdarı iki gün ərzində onun həbsə alınmasına imkan vermirdilər və gözyaşardıcı qazdan, su şırnaqlarından istifadə edən polislə şiddətli toqquşmalara girirdilər. Həbsin dayandırılması barədə göstərişdən az sonra İmran Xan evdən çıxaraq tərəfdarları ilə şəkil çəkdirib. Pəncab vilayətinin yüksək çinli məmurlarından biri deyib ki, həbsin təxirə salınması ölkənin əsas idman tədbirinin – kriket üzrə superliqanın finalının keçirilməsi ərəfəsində asayişi bərpa etmək zərurətindən doğub. Final martın 19-da Xanın evindən bir...
Dünya

Kılıçdaroğlu prezident seçilsə, Rusiyaya Türkiyənin NATO üzvü olduğunu "xatırlatacaq"

Toplum TV
17 Mart 2023

Açıq mənbələrdən götürülüb

Kamal Kılıçdaroğlu Türkiyədə keçirilən prezident seçkilərində qalib gəlsə, Moskvaya Türkiyənin NATO-nun üzvü olduğunu xatırladacaq.  Toplum TV xəbər verir ki, bunu Türkiyə müxalifətinin vahid namizədi Kamal Kılıçdaroğlunun müşaviri Ünal Çeviköz “Politico” nəşrinə verdiyi müsahibədə deyib. Müsahibəsində o, Türkiyənin Rusiya ilə Ukrayna arasında vasitəçi rolunu davam etdirəcəyini, amma Kılıçdaroğlu hakimiyyətə gələrsə, Türkiyənin Rusiya Federasiyası ilə “bərabər münasibətlərə” can atacağını bildirib. Onun sözlərinə görə, Ankara İsveç və Finlandiyanın NATO-ya üzv olmasına da mane olmayacaq. https://toplum.tv/dunya/perdoganin-prezidentliye-namizedliyi-tesdiqlendip Hazırda müharibə səbəbindən Rusiyanı tərk edən vətəndaşlar fəal şəkildə Türkiyədə mülk alırlar. Ünal Çeviköz müsahibəsində onu da qeyd edib ki, əgər Kılıçdaroğlu seçkilərdə qalib gələrsə, əcnəbilərin Türkiyədə ən...

Seçilmiş Videolar

Toplum TV loqo